Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada silahlı şəxslər karqo şirkətinin ofisinə hücum edib, bir milyon avroluq məhsul oğurlayıblar

İtaliyada silahlı şəxslər karqo şirkətinin ofisinə hücum edib, bir milyon avroluq məhsul oğurlayıblar

03.11.2024 [20:47]

İtaliyanın Piaçenza şəhərində silahlı şəxslər DHL karqo şirkətinin ofisinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, şirkətin ofisini qarət edən silahlı dəstə üzvləri anbardan və yük maşınlarından külli miqdarda dəyərli texnoloji məhsullar oğurlayıblar. Silahlı şəxslər hadisə yerindən qaçan zaman dəstənin digər üzvləri əraziyə giriş-çıxış yollarında saxladıqları oğurlanmış avtomobilləri və mikroavtobusları yandırıblar.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb, dəstə üzvlərinin axtarışları davam edir.

Anbardan və yük maşınlarından oğurlanan məhsulların dəyərinin azı bir milyon avro olduğu bildirilir.

Paylaş:
Baxılıb: 318 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30