Avropada sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötən il 11 faiz azalıb
03.03.2025 [22:54]
Ötən il Avropada sığınacaq almaq üçün müraciət edənlərin sayı əvvəlki illə müqayisədə 100 min nəfər azalaraq 1 milyon 14 min nəfər olub.
AZƏRTAC “Tagesschau”ya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyinin (EUAA) illik hesabatında qeyd edilib. Azalmanın əsas səbəbi Almaniyaya mühacirətlə bağlı müraciətlərin sayının kəskin şəkildə aşağı düşməsidir. Ötən il 237 min nəfər ilk dəfə sığınacaq almaq üçün müraciət edib ki, bu da əvvəlki illə müqayisədə 30 faiz - 92 min nəfər azdır. Bununla belə, Almaniya Avropada sığınacaq üçün ən çox müraciət alan ölkə olaraq qalır.
Bu göstərici Avropa İttifaqının üzvü olan digər böyük ölkələrdə demək olar ki, sabit qalıb. İspaniyada 169 min, Fransa və İtaliyanın hər birində 159 min nəfər sığınacaq almaq üçün müraciət edib. Əhalinin sayına nisbətdə ən çox müraciət Kipr və Yunanıstanda qeydə alınıb.
Avropada sığınacaq almaq üçün müraciətlərin əksəriyyəti Suriyadan (151 min), Əfqanıstandan (87 min), Venesueladan (74 min) və Türkiyədən (56 min) edilib. Digər ölkələrdən gələnlərin sayı azalsa da, Venesueladan edilən müraciətlərin sayı artıb. Müraciətlərin 48 faizi adətən 80 faizdən çox hallarda rədd cavabı verilən Banqladeş, Mərakeş və Tunis kimi ölkələrdən edilib. Müraciətlərin müsbət cavablandırılması isə 42 faiz səviyyəsində qalıb.
Avropa İttifaqı miqrant axınının qarşısını almaq üçün Şimali Afrika ölkələri ilə əməkdaşlıq etsə də, qoca qitəyə giriş üçün Aralıq dənizini keçmə cəhdləri davam edir ki, bu da tez-tez faciələrlə müşayiət olunur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14

