Si Cinpin: Ticarət müharibələrinin qalibi olmayacaq
14.04.2025 [19:33]
Ticarət və tarif müharibələrinin qalibi olmayacaq. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatı Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Vyetnama səfəri zamanı deyib. O əlavə edib ki, proteksionizm heç bir tərəf üçün müsbət nəticə verməyəcək.
Si Cinpinin bu bəyanatı dünyanın iki iqtisadi lideri olan Pekin ilə Vaşinqton arasında tarif yarışması – Donald Tramp administrasiyasının Çindən idxala 145 faizlik tariflər tətbiq etdiyi və qarşı tərəfin 125 faizlik rüsumlarla cavab verdiyi bir şəraitdə verilib. ABŞ administrasiyası, həmçinin Vyetnamdan idxal olunan mallara 46 faiz rüsum tətbiq edib.
Bazar ertəsi Vyetnamın paytaxtı Hanoyda olan ÇXR Sədri 2025-ci ilin ilk xarici səfərinə - Cənub-Şərqi Asiyada üç ölkədən ibarət turuna başlayıb. Bu, həm də onun 2012-ci ilin noyabrında Çin Kommunist Partiyasının Baş katibi olduqdan sonra Vyetnama dördüncü səfəridir.
Vyetnama ikigünlük dövlət səfərindən sonra Si Cinpin Kral Sultan İbrahimin dəvəti ilə Malayziyaya yollanacaq və cümə günü Kambocaya səfəri ilə bu turu yekunlaşdıracaq.
Səfər artan regional gərginlik və ABŞ ilə şiddətli ticarət müharibəsi fonunda baş verir. Belə ki, hər iki iqtisadi güc mərkəzi cavab tarifləri ilə məşğuldur.
Çin iyirmi ildən artıqdır ki, Vyetnamın ən böyük ticarət tərəfdaşı olaraq qalır və keçən il ikitərəfli ticarət həcmi 260 milyard dolları ötüb. ÇXR Sədri Hanoya gəlişindən əvvəl verdiyi açıqlamada diplomatiya və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O deyib: “Biz fikir ayrılıqlarını düzgün idarə etməli və regionumuzda sülh və sabitliyi qorumalıyıq. Sərhədlərimizin quruda və Beibu körfəzində uğurlu delimitasiyası göstərir ki, biz uzaqgörənliklə dəniz məsələlərini məsləhətləşmələr və danışıqlar yolu ilə düzgün şəkildə həll etməyə tam qadirik”.
Çinin hər üç ölkə ilə güclü iqtisadi əlaqələri olsa da, həm Vyetnam, həm Malayziya, həm də regional təhlükəsizlikdə uzun müddətdir davam edən mübahisəli Cənubi Çin dənizində ASEAN-ın digər üzv dövlətləri ilə rəqabət fonunda ciddi fikir ayrılıqları var.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

