Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin 17 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən onlarla şəxs saxlanılıb

Türkiyənin 17 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən onlarla şəxs saxlanılıb

16.04.2025 [11:31]

İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin müəyyən edilməsi əməliyyatları çərçivəsində Türkiyənin 17 vilayətində 89 şübhəli saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat Kahramanmaraş, Antalya, İstanbul vilayətlərini əhatə edib və prokurorluqla razılaşdırılıb.

Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz əvvəllər bəyan etmişdi ki, İŞİD terrorçuları ilə mübarizə məqsədilə Türkiyə ilə yanaşı, İraq, Suriya, İordaniya və Livanın da iştirakı ilə regional terrorla mübarizə mexanizmi formalaşdırılıb.

Yılmaz Ankaranın İŞİD təhlükəsini çox ciddi qəbul etdiyini və bu məsələdə qonşu dövlətlərə fəal dəstək verməyə hazır olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31