Ərdoğan: Türkiyə telekommunikasiya peykləri istehsal edən 11 ölkə arasında yer alır
22.04.2025 [09:54]
Türkiyə peyk texnologiyaları və kommunikasiya sahəsində bəyan etdiyi hədəflərə yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Gölbaşı bölgəsində ilk yerli kommunikasiya peyki olan “Türksat 6A”nın istifadəyə verilməsi mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, “Türksat 6A” peyki 2024-cü il iyulun 9-da Yer orbitinə çıxarılıb və peykdən ilk test yayımları bu ilin fevralın 17-də həyata keçirilib. “Peykin test prosesi problemsiz şəkildə plan üzrə həyata keçirilib”, – deyə Prezident bildirib və “Türksat 6A” layihəsində iştirak edən bütün mütəxəssislərə təşəkkürünü ifadə edib.
Dövlət başçısı bildirib ki, yerli istehsal olan bu kommunikasiya peykinin istismar müddəti ən azı 15 il olacaq. “Sevindirici haldır ki, “Türksat” şirkətinin idarə etdiyi peyklərin sayı altıya çatıb, ümumilikdə isə Türkiyənin Yer orbitində 10 aktiv peyki var”, – deyə o qeyd edib.
Ərdoğan “Türksat 6A” peykini “Türkiyənin fasiləsiz televiziya yayımının təmin olunmasında həyati əhəmiyyətə malik mərhələ” adlandırıb. “Xarici mütəxəssislər və şirkətlərin iştirakı olmadan yerli peyklərin hazırlanması Türkiyənin milli təhlükəsizliyi baxımından çox önəmlidir. Hazırda ölkəmiz dünyada öz kommunikasiya peyklərini hazırlaya bilən 11 ölkədən biridir”, – deyə Prezident vurğulayıb və “Türksat 6A”nın komponentlərinin 80 faizindən çoxunun Türkiyədə istehsal edildiyini qeyd edib.
Dövlət başçısı əlavə edib ki, artıq “Türksat” peyklərinin əhatə dairəsinə Hindistan, Tailand, Malayziya və İndoneziya da daxildir. “Türk peyklərinin əhatə etdiyi əhalinin sayı 3,5 milyarddan 5 milyard nəfərə yüksəlib”, – deyə o bildirib.
Türkiyə Prezidenti xatırladıb ki, ölkənin ilk peyki olan TÜRKSAT 1B 31 il əvvəl orbitə çıxarılmışdı, “Türksat 6A” isə Türkiyə mühəndisliyinin uğurunun sübutudur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

