Ermənistanın işğal siyasətini pisləyən ölkələrin sayı artır
16.08.2013 [09:22]
Panama parlamentinin qəbul etdiyi Qətnamə Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda tanınması və ifşasının davamıdır
Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılması Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Bu yöndə aparılan fasiləsiz diplomatik təşəbbüslərin, QHT-lərin və xaricdə yaşayan soydaşlarımızın səylərinin nəticəsi olaraq beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı və digər həqiqətlərdən xəbərdar olur, münaqişəyə ədalətli münasibətin əksini tapdığı siyas-hüquqi sənədlər qəbul edir. Bu günlərdə növbəti belə bir sənədin qəbulu xəbəri Panama parlamentindən gəlib. Belə ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinə istinadla yaydığı məlumata əsasən, 2013-cü ilin 7 avqust tarixində Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair dörd saylı Qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılıb və yekdilliklə qəbul edilib. Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də, 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda Ermənistan tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilib. Qətnamədə, həmçinin, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnamələrinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilib.
Sözügedən qətnamənin qəbulu, ilk növbədə, Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda tanınması və ifşası deməkdir. Artıq dünya ictimaiyyəti Cənubi Qafqazda və qonşu regionlarda sülh və inkişafa ciddi hədə olan və benəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edən mövcud vəziyyətə əvvəlki biganə mövqeyində dayanmır. Ayrı-ayrı dövətlər, beynəxalq təşkilatlar Ermənistanın davam edən işğal siyasətinə etiraz edirlər. Xatırladaq ki, bu vaxta qədər bir çox nüfuzlu beynəlxalq təşkilatlar - BMT və onun Təhlükəsizlik Şurası, ATƏT, AŞPA, İƏT Dağlıq Qarabağdan işğalçı qoşunların çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə qaytarılmasını tələb edən çoxsaylı sənədlər qəbul ediblər. Lakin beynəlxalq qurumların bir çox hallarda Ermənistanın işğal siyasətinə münasibətdə kifayət qədər qətiyyət sərgiləməməsi bu ölkəni aqressiv siyasətini davam etdirməyə həvəsləndirir. Buna baxmayaraq, Dağlıq Qarabağ həqiqətlərinin ayrı-ayrı dövlətlərin parlamentləri səviyyəsində qəbulu Ermənistana beynəlxalq təzyiqin artırılması baxımından faydalıdır.
Digər bir tərəfdən, Panama parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənəd Azərbaycanın Latın Amerikası ölkələri ilə son illərdə genişənən əlaqələrinin və bölgədə artan nüfuzunun göstəricisidir. Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrinin genişlənməsi uzun illərdir ki, region ölkələrində mövqelərini möhkəmləndirən erməni lobbisinə böyük zərbədir. Erməni lobbisinin fəaliyyətinə qarşı inamla əks hücuma keçən Azərbaycan rəhbərliyi və diasporu ölkə həqiqətlərinin tanıdılmasında mühüm uğurlara nail olub. Belə ki, Xocalı soyqırımını tanıyan dövlətlərdən ikisi məhz Latın Amerikası ölkələridir. 2011-ci ilin dekabrında Meksika, 2012-ci ilin aprelində isə Kolumbiya senatları Xocalı qətliamının soyqırımı kimi tanındığını təsdiqləyən qətnamələr qəbul ediblər.
Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına münasibəti Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin tanınması baxımından böyük önəm daşıyır. Xatırladaq ki, Meksika və Kolumbiya ilə yanaşı, 2012-ci ilin fevral ayında Pakistan, 2013-cü ilin fevralında Çexiya, eləcə də, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınıb.
Bundan başqa, ABŞ-ın bir sıra ştatları hadisəni faciə, qətliam və soyqırımı kimi tanıyıb. Bunlar Massaçusets (2010), Texas (2011), Nyu-Cersi (2011), Corciya (2012), Meyn (2012), Nyu-Meksiko (2013), Arkanzas (2013), Missisipi (2013), Oklahoma (2013), Tennessi (2013), Pensilvaniya (2013), Vest Virciniya (2013) və nəhayət Konnektikutdur (2013).
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də, diaspor siyasətinin uğurudur. Müxtəlif dövlət və federal qurumların Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı gerçəkliklərini tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə öz münasibətini ortaya qoyur.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

