Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanın əsas müxalifət liderlərinin biri də həbs olunub

Gürcüstanın əsas müxalifət liderlərinin biri də həbs olunub

27.06.2025 [21:30]

Tbilisi Şəhər Məhkəməsi müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri, “Vahid Milli Hərəkat” partiyasının keçmiş sədri Nika Meliyanı 8 ay müddətinə azadlıqdan məhrum edib.

AZƏRTAC xəbər verir ki, məhkəmənin qərarı ilə N.Meliyanın iki il müddətinə vəzifə tutması da qadağan olunub.

Qeyd edək ki, N. Meliya parlamentin sabiq dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.

Tbilisi Şəhər Məhkəməsinin qərarları ilə eyni ittiham əsasında digər müxalifətçilər – “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze 8 ay, “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze və siyasətçi Givi Tarqamadze 7 ay müddətinə həbs ediliblər.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30