Fransada 2026-cı ilin dövlət büdcəsi böhran astanasındadır
28.10.2025 [19:51]
Fransa Milli Assambleyasında bu həftə hökumət üçün həlledici olacaq.
AZƏRTAC xəbər verir ki, sosialist deputat Filipp Brən (Parti socialiste-PS) “FranceInter” radiosuna verdiyi açıqlamada xəbərdarlıq edib ki, 2026-cı il dövlət büdcəsi ilə bağlı razılıq əldə olunmasa, hökumət, hətta Milli Assambleya da buraxıla bilər.
Fransa hökumətinin taleyi büdcə səsverməsindən asılıdır.
“Əgər Milli Assambleya çərşənbə axşamına, noyabrın 4-dək razılaşma tapmasa, hər şey dağılacaq və hökumət çökəcək. Hazırda Baş nazir Sebastyən Lökornü hökumətinin taleyi sosialistlərin dərhal etimadsızlıq səsi verməməsi qərarına bağlıdır. Bu, hökumətə müvəqqəti “nəfəs alma” imkanı yaradıb. Lakin 4 noyabr, çərşənbə axşamı keçiriləcək büdcə səsverməsi “ya razılaşma, ya da böhran” mənzərəsini yaradacaq”, - deyə deputat F. Brən bildirib.
F. Brən onu da əlavə edib ki, partiyası kompromis təklifi üzərində dayanıb.
Sosialistlər hökumətə qarşı irəli sürdükləri “Zükmən” vergi (Zucman) layihəsinin yeni, daha yumşaq versiyasını təqdim ediblər. Bu təklifə əsasən, bütün sektorlar deyil, yalnız ən iri korporasiyalar bu vergi çərçivəsinə daxil ediləcək. Filipp Brən izah edib ki, startaplar — xüsusən də “Mistral” kimi texnoloji şirkətlər və “licornes” adlandırılan (dəyəri 1 milyard dollardan çox olan) 11 iri gənc şirkət bu vergidən azad ediləcək. Eyni zamanda, ailə tipli sənaye müəssisələri də vergi siyahısından çıxarılacaq. F. Brən vurğulayıb ki, bu azadolmalar yalnız o zaman tətbiq ediləcək ki, şirkətin 51 faizdən çox payı tək bir sahibkarın əlində olsun.
Fransada 2026-cı il büdcəsi ətrafında yaşanan siyasi gərginlik artıq maliyyə böhranı ilə siyasi böhranın birləşdiyi kritik mərhələyə çatıb. Nəticə isə, çoxlarının fikrincə, “Lecornu” hökumətinin taleyini müəyyən edəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04

