Fransada büdcə ilə bağlı hələ də razılığa gəlmək mümkün deyil
05.11.2025 [19:43]
Fransa Milli Assambleyasında Sosial Müdafiə büdcəsi (PLFSS) üzərində gərgin debatlar davam edir. Bu gün deputatlar 2025 və 2026-cı illər üçün sosial müdafiəyə dair gəlir və xərclər proqnozu cədvəlini özündə əks etdirən qanun layihəsinin əsas maddəsini ləğv etməyə səs veriblər.
AZƏRTAC xəbər verir ki, sosial müdafiə büdcəsi üzrə müzakirələrin ikinci günü gərgin keçib. Milli Birlik Partiyası (RN), sağçı siottistlər, “Əyilməz Fransa” (LFI) və kommunistlər ləğv qərarının lehinə səs veriblər.
Sosialistlər cədvəlin saxlanmasını müdafiə etsə də, yaşıllar (ekoloqlar) bitərəf qalıblar. Bu cədvəl Fransa sosial müdafiə sisteminin – yəni səhiyyə, pensiya, ailə və sosial yardım fondlarının – maliyyə istiqamətlərini müəyyən edən əsas hissə idi. Səhiyyə naziri Stefani Rist debatların əvvəlində millət vəkillərini məsuliyyətli qərar verməyə çağırıb.
Hesablama Palatasının məlumatına görə, 2025-ci ildə sosial müdafiə sisteminin kəsiri 23 milyard avroya çatacaq. Hökumət bu kəsiri 2026-cı ilə qədər 17,5 milyard avroya endirməyi planlaşdırır. Lakin bu məqsədə çatmaq üsulu parlamentdə birmənalı qarşılanmayıb. Solçu qüvvələr layihəni “dəhşətlər muzeyi” adlandırıb, RN isə onu “Fransua Bayrunun təkliflərinin uğursuz surəti” kimi tənqid edib.
Dünən dövlət büdcəsi naziri Ameli dö Monşalen müzakirələr barədə nikbin danışaraq, kompromis imkanların yaranmağa başladığını söyləmişdi: “Biz ədalətli, ölçülü və səmərəli tədbirləri dəstəkləməyə hazırıq. Hamı istəsə, bu məqsədə çata bilərik”.
RN nümayəndəsi Joel Mölən parlamentdə çıxışında sosial müdafiə sisteminin daxili idarəetməsinə dair istintaq komissiyası yaradılmasını təklif edib: “Xərcləri və gəlirləri yoxlamaq lazımdır, amma ən əsası – maliyyə axınlarını və daxili idarəçiliyi nəzarətə almağın vaxtıdır. Bu, indiyədək heç vaxt edilməyib”.
Beləliklə, sosial müdafiə büdcəsi üzərində debatlar Fransa parlamentində siyasi xəttləri daha da kəskinləşdirib. Hökumət kəsiri azaltmaq və sosial sistemi dayanıqlı saxlamaq istəyir, amma müxalifət metodların qeyri-şəffaf və qeyri-aydın olduğunu bildirir. PLFSS-2026 layihəsi qarşıdakı həftələrdə assambleyada yenidən müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

