Ermənistanda iqtisadi böhran siyasi xaosa yol açıb
07.04.2015 [09:58]
Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verir
Ermənistanın işğalçı, təcavüzkar siyasət nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirib. Sirr deyil ki, heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.
Ermənistandan köçənlərin sayında fantastik dərəcədə artım müşahidə edilib
“Armenia today” yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında fantastik dərəcədə artım müşahidə edilib. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalıb. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Əsas məqam isə ondan ibarətdir ki, Ermənistanı tərk edənlər sırasında yenə də əmək qabiliyyətli və hazırda müəyyən qurumlarda çalışan insanlar üstünlük təşkil edir.
Ekspertlərin qənaəti budur ki, mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bütün bunları nəzərə alan siyasi şərhçilər qeyd edirlər ki, Ermənistan sosial inqilab astanasındadır.
Ermənistanda iqtisadi tənəzzül sürətlənib
Yeri gəlmişkən, mənbə onu da diqqətə çatdırır ki, Ermənistan Dövlət Statistika Xidməti idarəsinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə qalxır. Son bir ayda qiymətlər ümumilikdə 5,6 faiz artıb. Ölkə mətbuatı qiymətlərin artmasının əhalinin yaşayış səviyyəsinin düşməsinə və narazılığa səbəb olduğunu yazır. Bu, ekspertlər tərəfindən ölkə iqtisadiyyatının iflası kimi dəyərləndirilir.
“Armenia today” Yerli mal istehsalçıları İttifaqının sədri Vazgen Safaryana istinadən onu da yazır ki, ölkənin ixracı 26 faiz azalıb, idxal isə 25 faiz aşağı düşüb. Səbəb isə beynəlxalq bazarda neftin qiymətinin azalması və Rusiya rublunun dəyərdən düşməsidir. Bildirilir ki, bu, Ermənistan üçün çox təhlükəli vəziyyətdir və hakimiyyət bunu İctimai Şurada müzakirəyə çıxarmalıdır.
İşğalçı ölkə xaos və qarşıdurma ərəfəsində...
Eyni zamanda, Ermənistanda dərin sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verir. “Armenia Today” yazır ki, hakimiyyətin yanlış siyasətinə etiraz əlaməti olaraq bu ölkədə aksiyalar davam edir, insanlar Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntaya kəskin etirazlarını bildirirlər. Mənbə onu da qeyd edir ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin mürəkkəbliyi və siyasi sabitliyin olmaması etiraz aksiyalarının davamlı olacağına dəlalət edir.
Ermənistan əməkdaşlıq yox, təzyiq obyektinə çevrilib
“News.am” saytı isə diqqətə çatdırır ki, Ermənistanda siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq yox, çox hallarda təzyiq obyektinə çevrilib. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır.
Bununla yanaşı, Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Eyni zamanda, hakimiyyət repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39

