Konqres daha böyük xarici siyasət strategiyasını müəyyənləşdirməlidir
16.04.2015 [10:17]
Hazırkı ABŞ administrasiyası Orta Şərq, Avrasiya və ətraf bölgələrdə üzləşdiyimiz problemlərin ciddiliyini anlamır. Bu regionlarda artan qeyri-sabitlik problemlərinə tətbiq edilən uzaqgörən olmayan yanaşma ən yaxşı halda qəbuledilməz, ən pis halda isə adamı şok vəziyyətinə salandır. Administrasiya Konqresin yardımı ilə artan problemləri aradan qaldırmaq məqsədilə daha geniş mövqe nümayiş etdirməli və daha hərtərəfli strategiyanı müəyyən etməlidir.
Belə ki, buraxılan səhvlər həddindən artıq çoxdur.
Bununla belə, Ağ Ev ən mühüm münasibətlərinin əsaslarını, o cümlədən, məhz Amerikanın müttəfiqi olduqlarına görə İran mollalarının açıq tənqidinə məruz qalan demokratik İsrail dövləti və terrorçuluğa qarşı mübarizə aparan Azərbaycanla əlaqələrinin bünövrəsini sarsıdır.
Obama və Baş nazir Benyamin Netanyahu arasında kiçik, fərdi toqquşmalar səbəbindən İsrail ilə olan münasibətlərimizin əvvəlki dövrlərlə müqayisədə pis olduğunu demək, yəqin ki, yerinə düşərdi. ABŞ administrasiyasının rəhbərlərinin Azərbaycanı avtoritar, sərt dövlət adlandıraraq, özündən sürətlə və birdəfəlik qaydada uzaqlaşdırması Azərbaycan rəhbərlərinin məyusluğunu artırır. Azərbaycan vətəndaş cəmiyyəti dəyərlərinə, qadın məsələlərinə və Qərbə ardıcıl və mərhələli şəkildə açıqlığı ilə seçilən yeganə müsəlman ölkəsidir. Azərbaycan ABŞ-ın müsəlman dünyasında yeganə əsl və etibarlı dostlarından biridir... və bu ölkə digər müsəlman ölkələrlə münasibətlərə və hətta Moskva ilə əlaqələrə gəldikdə, öz müdrik məsləhətləri ilə xidmət edə bilər. Bunun əksi olaraq, administrasiya Azərbaycanda mövcud, birmənalı şəkildə dünyəvi, Qərb yönümlü və inkişaf edən ölkə kimi aydın proseslərə göz yumur. Halbuki, Amerika öz tərəfdaşlarından məhz bu cəhətləri istəyir.
“Dünya təlatümlər içərisindədir”, lakin ABŞ belə məsələləri həll etmək üçün kifayət qədər çalışmır. Bu mesajı konqresmen Con Boner İsraildə aprelin 2-də açıqlamışdır. Bonerin sözlərini “artıq” hesab edənlər sadəlövh insanlardır.
Obamanın qətiyyətsiz olması, mövcud olmuş qərarların ləğvi və öz komandasının verdiyi tövsiyələri açıq şəkildə rədd etməsi Amerikanı gücsüz duruma salır. Bu cür qarşısıalınmaz xaos Amerikanın formalaşan (və ya çətin vəziyyətdən çıxa bilən) dövlətlərə, eləcə də, dünyanın strateji baxımdan mühüm bölgələrinə təsirinin azalması ilə nəticələnəcəkdir.
Konqres administrasiyaya düşdüyü bataqlıqdan çıxması üçün daima və ardıcıl şəkildə kömək etməlidir.
Caffe 19 ildir jurnalist işləyir. O, “The Jerusalem Post” qəzetinin keçmiş manşet xəbərlər redaktoru, “The Baltimore Jewish Times”ın keçmiş baş redaktoru və hazırda “Netsmart” şirkətində baş jurnalist və redaktordur.
Məqalə kiçik ixtisarla verilir.
Mənbə: The Hill, 12 aprel 2015-ci il, müəllif: Maayan Caffe
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

