ABŞ Yaxın Şərq siyasəti ilə bağlı diplomatik fəallığını artırıb
24.04.2009 [15:28]
Ən əsası odur ki, uzun illərdən bər i davam edən münaqişənin tez bir zamanda dinc yolla nizamlanması və bölgədə möhkəm sülhün bərqərar olması üçün B.Obama hökuməti müstəqil Fələstin dölətinin təşəkkül tapması ideyasını ən vacib amillərdən biri kimi ortaya qoyub. Qeyd edək ki, hələ eks-prezident C.Buş hökuməti dönəmində 2007-ci ilin noyabrında Annapolis konfransı zamanı ortaya çıxmış bu ideyanı Ağ Evin indiki rəhbərliyi strateji kurs kimi qəbul edərək davam etdirmək niyyətindədir. Prezident B.Obama bu günlərdə Ağ Evdə İordaniya kralı II Abdulla ilə keçirdiyi görüşdə bir daha bəyan edib ki, Yaxın Şərqdə möhkəm sülhə nail olmaq üçün müstəqil Fələstin dövlətinin yaranması qaçılmazdır. Regionda dalana dirənən sülh prosesini yenidən canlandırmaq və onu davamlı etmək məqsədilə ABŞ prezidenti İsrail, Fələstin və Misir liderlərini yaxın zamanlarda Vaşinqtona dəvət etmək və onlarla təkbətək görüşmək niyyətindədir. Eyni zamanda, B.Obama sülh prosesinə başlamaq üçün hazırlıq mərhələsi kimi İsrailin yeni hökumətinə əlavə vaxtın verilməsi zərurətini də vurğulayıb. Məlum olduğu kimi, İsrailin yeni hökuməti keçmiş hökumətdən fərqli olaraq müstəqil Fələstin dövləti qurulması ideyasına və bu istiqamətdə sülh prosesinin aparılmasına münasibətdə bir qədər ehtiyatlı mövqe tutur. Bu məsələyə münasibətdə, ümumiyyətlə, yeni koalision hökumətin tərkibində vahid mövqe yoxdur. Baş nazir B.Netanyahu isə Qəzzə sektorunun ardınca, radikal-ekstremist təmayüllü “Həmas” təşkilatının İordan çayının Qərb sahilindəki Fələstin ərazilərini də öz nəzarəti altına alacağı ehtimalından daha çox ehtiyat edir. Belə olan halda, İsrail çox ciddi problemlərlə üzləşə bilər.
Lakin siyasi müşahidəçilərin fikrincə, bütün maneələrə baxmayaraq, sonda məhz ABŞ-ın təsiri altında İsrail hökuməti fələstinlilərlə sülh prosesi ilə bağlı siyasi dialoqu əvvəllər əldə edilmiş qarşılıqlı razılaşmalar çərçivəsində davam etdirməyə razı olacaq. Bunu hər şeydən öncə Vaşinqtonun mənafeyi tələb edir. Şübhəsiz ki, danışıqların gedişində İsrailin təhlükəsizliyi və maraqları da ön planda olacaq. Qeyd edək ki, müstəqil Fələstin dövlətinin yaranması ideyasına rəsmi Vaşinqton tərəfindən ən yüksək səviyyədə verilən dəstək heç də təsadüfi deyil. Vaşinqtondakı bir çox ekspertlərin, strateqlərin rəyinə görə, indiki şəraitdə bu ideyanın aktual bir məsələ kimi siyasi gündəmdə olması və gələcəkdə gerçəkləşməsi Yaxın və Orta Şərqdə, bütövlükdə müsəlman aləmində ABŞ-ın siyasi imicinə münasibətdə müsbət dəyişikliklərin baş verməsində və mövqeyinin möhkəmlənməsində, eyni zamanda B.Obamanın şəxsiyyətinə rəğbətin və ona olan ümidlərin daha da artmasında mühüm rol oynaya bilər. Eyni zamanda, bu vacib ideya ilə bağlı Vaşinqtonun formalaşdırdığı və həyata keçirdiyi siyasi kurs durğunluğun və müxtəlif münaqişələrin hökm sürdüyü bu regionda tədricən sabitliyin bərqərar olmasına və ilkin dəyişikliklərin başlanmasına səbəb ola bilər. Bu prosesin gerçəkləşməsi nəinki Fələstin üçün, o cümlədən, qonşuluqda yerləşən Livan və bölgənin digər dövlətləri üçün də önəmli ola bilər. Bu baxımdan, Livanda iyun ayında keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar məsələ Ağ Evin diqqət mərkəzindədir. Bir sözlə, regionda gedən siyasi prosesləri yaxın gələcəkdə ciddi sınaqlar gözləyir.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

