Vaşinqton Moskvanın istəyini nəzərə alır
26.09.2009 [20:36]
Prezident Barak Obamanın Şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi planından imtina edilməsi ilə bağlı bu günlərdə elan etdiyi qərar beynəlxalq aləmdə sensasiya doğurmadı. Əslində, prezidentin həmin qərarı ilə əlaqədar söz-söhbətlər beynəlxalq siyasi dairələrdə çoxdan dolaşmaqda idi və bu səbəbdən də bir yenilik olmadı. çünki hələ ötən il seçkiqabağı kampaniya dövründə B.Obama prezident seçiləcəyi təqdirdə eks-prezident C.Buş hökuməti tərəfindən qəbul edilmiş bu qərara yenidən baxılacağını bildirmişdi.
Qeyd edək ki, prezident B.Obama tərəfindən elan edilən bu qərarı ABŞ-ın həyati maraqlarına uyğun bir addım kimi dəyərləndirmək olar və hazırkı şəraitdə bu addım ölkənin milli mənafeyinə, təhlükəsizliyinə ziyan gətirə bilməz. İqtisadi-maliyyə baxımından da bu qərarın ortaya çıxması ABŞ üçün əlverişlidir. Belə ki, hökumətin həddən artıq bahalı olan bu layihədən vaxtında imtina etməsi, ölkə büdcəsini də əlavə xərclərdən azad etmiş oldu. Rəsmi Vaşinqtonun bu addımı Polşa və çexiyanın rəsmi dairələri tərəfindən çox soyuq və müəyyən narazılıqla qarşılansa da, ekspertlərin fikrincə, bu ölkələrin mənafeyi və təhlükəsizliyi üçün ciddi problemlər ortaya çıxa bilməz. Adıçəkilən dövlətlərin təhlükəsizliyi hərtərəfli surətdə ABŞ başda olmaqla NATO tərəfindən təmin edilib.
Prezident B.Obama son çıxışlarının birində qeyd edib ki, ABŞ hökuməti tərəfindən belə mühüm bir qərarın qəbul edilməsində heç bir xarici qüvvənin təsiri olmayıb. Bugünkü şəraitdə ABŞ-ın Şərqi Avropadakı maraqları və onun yaxın müttəfiqləri üçün İran tərəfindən gözlənilən raket hücumu təhlükəsi real və ciddi görünmür. Onu da deyək ki, B.Obamanın bu qərarından ən çox məmnunluq duyan Rusiya olub. çünki ABŞ tərəfindən Şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı layihə hələ C.Buş hökuməti dönəmində ortaya çıxdıqda, rəsmi Moskva bu planın məhz Rusiya və onun maraqlarına qarşı yönəldiyini israrla bəyan edirdi. Elə bu səbəbdən də Rusiya, ABŞ tərəfindən bu planın reallaşdırılacağı halda Kalininqrad vilayətində cavab tədbiri olaraq “İsgəndər” tipli raket kompleksinin yerləşdirilməsini nəzərdə tuturdu. B.Obamanın bəhs edilən qərarından sonra Rusiya tərəfinin də cavab tədbirinə artıq zərurət qalmadı.
Bir çox siyasi müşahidəçilərin fikrincə, məsələ bu il Londonda və Moskvada yüksək səviyyədə keçirilən ABŞ-Rusiya görüşlərində diqqət mərkəzində duran əsas mövzulardan biri olub. B.Obama bu güzəştli addımı ilə Rusiya üçün gələcək əməkdaşlığa dair bir növ “yaşıl işıq yandırmış” oldu. İndiki şəraitdə beynəlxalq aləmdə cərəyan edən proseslərin tənzimlənməsində və bəzi “qaynar nöqtələr”də vəziyyətin sabitləşməsi istiqamətində atılan addımlarla bağlı Rusiya əvvəlkitək ABŞ üçün vacib tərəfdaş olaraq qalır. Beynəlxalq münasibətlər çərçivəsində Rusiya ilə əməkdaşlıq Əfqanıstan, xüsusilə, İran və Şimali Koreyanın nüvə-raket proqramları, eləcə də terrorçuluğa qarşı birgə mübarizə, strateji hücum silahlarının məhdudlaşdırılması, nüvə silahının yayılması və s. məsələlərlə bağlı problemlərin həlli yolunda ABŞ üçün xüsusi önəm kəsb edir. Ancaq bir maraqlı məqam da var ki, istər ABŞ, istərsə də Rusiya beynəlxalq aləmdə cərəyan edən mühüm problemlərə münasibətdə sırf “siyasi alver” kontekstindən yanaşırlar.
Yeri gəlmişkən, rəsmi Vaşinqtonun Şərqi Avropada raketdən müdafiə sistemlərini yerləşdirmək fikrindən imtina etməsi, bunun müqabilində isə Moskvanın Kalininqrad vilayətində “İsgəndər” tipli raket sistemini yerləşdirməkdən vaz keçməsi onu göstərdi ki, ABŞ və Rusiya “soyuq müharibə” dövründən qalma stereotipləri artıq dəf edə bilirlər. Hər iki tərəf tarixin acı ibrət dərslərindən lazımi nəticələr çıxarmağı artıq vərdiş edirlər. Qeyd edək ki, bu ilin iyulunda B.Obama ilə prezident D.Medvedev arasında keçirilmiş Moskva görüşünün nəticələri iki ölkə arasındakı soyuq münasibətlərə bir qədər mülayimlik gətirdi. Lakin bütün bu müsbət tərəfdaşlıq meyillərinə baxmayaraq, Amerika-Rusiya münasibətlərində ziddiyyətli məqamlar və gərginliklə dolu bir ab-hava bu gün də hökm sürməkdədir. Belə bir ab-hava artıq təxminən10 ildir ki, ikitərəfli münasibətləri əhatə edir. Düzdür, 30-40 il öncə olduğu kimi, keçmiş SSRİ ilə ABŞ arasında o zaman gedən “soyuq müharibə”nin bu gün təzahür etməsindən söhbət belə gedə bilməz. Bunun üçün indiki şəraitdə tərəflər arasında fərqli ideoloji zəmin və kəskin qarşıdurmalara meyillik də mövcud deyil. İstər ABŞ, istərsə də Rusiya rəsmiləri indiki durumda keçmiş “soyuq müharibəyə” qayıdışın qeyri-mümkün olduğunu dönə-dönə bəyan edirlər.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

