Ermənistanda etiraz dalğası regionlara yayılır
28.04.2018 [10:09]
Nümayişçilər hava limanına gedən yolları, şəhər və rayonların mərkəzi magistrallarını bağlayıblar
Ermənistanda aprel ayının 13-dən başlanan siyasi böhran davam edir. Belə ki, aprelin 17-də Ermənistan parlamentinin Serj Sarkisyanı baş nazir seçməsinin ardından daha da güclənən etiraz dalğaları qısa zaman kəsiyində bütün ölkəni bürüyüb. Serj Sarkisyan komandasının bütövlükdə Ermənistan hakimiyyətindən uzaqlaşdırılmasında israr edən etirazçılar və onların lideri Nikol Paşinyan yeni hökumətin qurulmasını tələb edir. Nikol Paşinyan Ermənistanın yeni baş naziri olmağa belə hazırdır. Hərəkat rəhbərinin sözlərinə görə, bu posta gələndən sonra açıq və dürüst şəkildə parlament seçkiləri keçiriləcək. Baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan isə irəli sürülən bu bəyanatlarla razılaşmır, aksiya iştirakçılarına hisslərini cilovlamağı tövsiyə edir. Bildirib ki, ölkədə hər an baş verə biləcək təxribat Ermənistanı 10 il geri ata bilər. Müxalif qüvvələr isə bütün bunları bəhanə hesab edirlər.
Bu arada etirazçıların lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib. Paşinyan bildirib ki, Ermənistan Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli nümayəndə etmək qərarına qəlib. O, bunu nəzərə aldıqlarını və əvvəlki kimi, danışıqlar prosesini məhz etirazçıların gündəlikləri çərçivəsində davam etdirməyə hazır olduqlarını bəyan edib: “Mən Karapetyanı aprelin 28-də danışıqlara başlamağa dəvət edirəm”.
Nikol Paşinyan həmçinin danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayıb. Ermənistan müxalifətinin başçısı hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmayacaqlarını bildirib. Qeyd edək ki, hakim Respublika Partiyası isə növbədənkənar parlament seçkilərinə razılıq versə də, müxalifətin lideri Paşinyanın baş nazir olmaq tələbini qəbul etmir, bu tələbi konstitusiyaya zidd hesab edir.
Vurğulamaq yerinə düşər ki, etiraz aksiyaları artıq Ermənistanın ətraf bölgələrində də geniş vüsət alıb. Paşinyanın tərəfdarları bütün ölkə boyu həyatı iflic etmək və beləliklə hazırkı hakimiyyəti tam formatda istefaya məcbur etmək niyyətindədir. Belə ki, hava limanına gedən yol və nəqliyyatın intensiv işlədiyi magistral nəzarət altına alınıb. Sərnişinlər “Zvartnots” aeroportuna piyada getmək məcburiyyətində qalıblar. Etirazçılar Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” gömrük məntəqəsinə gedən magistralı da bağlayıblar. Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən İrəvan-Meğri yolunu kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevana, İcevana gedən şose də etirazçılar tərəfindən bağlanıb. Bölgələrdən yüzlərlə maşın paytaxta doğru yola çıxıb. Narazı vətəndaşlar bildirirlər ki, məqsədləri birdir - Karen Karapetyan başda olmaqla bütün nazirlər postlarını tərk etməli, ölkədə yeni hökumət qurulmalıdır. Müxalifətin lideri Nikol Paşinyan aprelin 28-də ölkənin ikinci böyük şəhəri hesab edilən Gümrüdə avtoyürüş keçirmək niyyətini bəyan edib. O, Gümrü sakinlərinin etirazçıları şəhərin girişində qarşılayacaqlarına ümidvar olduğunu deyib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

