"İrana zərbə endirmək ehtimalını istisna etmirik"
01.10.2009 [10:46]
“Dünya birliyi İranda uranın zənginləşdirilməsi ilə məşğul olan ikinci zavodun aşkarlanmasından sonra bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq etməlidir”. APA-nın məlumatına görə, bu bəyanatla İsrailin müdafiə naziri Ehud Barak çıxış edib. O qeyd edib ki, İsrail hadisələrin heç bir inkişaf variantını istisna etmir və bu, həmçinin, İrana zərbə endirmək variantına da şamil olunur. Bundan əvvəl isə, İsrailin xarici işlər naziri Aviqdor Liberman Qərb ölkələrini öz ərazisində uranın zənginləşdirilməsi ilə məşğul olacaq ikinci zavodun tikintisinə başlandığını bəyan edən İrana layiqli cavab verməyə çağırıb. İsrail bu faktı İranın nüvə silahı istehsalına başlaması kimi dəyərləndirib. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi isə bəyan edib ki, İsrailin İrana hərbi güc tətbiq edəcəyi barədə təhdidləri blefdən başqa bir şey deyil.
İsraillə İran arasında müharibə başlayacağı barədə məlumat Qərbdə fərqli dəyərləndirilir. “The Washington Times” qəzetinin təhlilçisi Armstronq Uilyamsın məqaləsində bildirilir ki, bir nüvə bombası ilə yer üzündən silinə biləcək İsrail İranın nüvə silahına malik olmasına yol verə bilməz: “Nüvə dövləti olacaq İran terrorçu rejimlərə dəstəyini genişləndirə, həmçinin, Suriya və “Hizbullah”ı atom bombası ilə təmin edə bilər”.
Müəllif İranın Səudiyyə Ərəbistanının neft infrastrukturuna da zərbələr endirə biləcəyini istisna etmir: “İranın nüvə silahına malik olması Yaxın Şərqdə nüvə silahlanması yarışına start verə bilər ki, bu, regionda onsuz da kövrək olan stabilliyin pozulması deməkdir. Lakin İran hələ də əmindir ki, Amerika bu ölkəyə hücum etməyəcək. Situasiyanın yeganə proqnozlaşdırıla bilinməyən elementi - İsraildir. Əgər ABŞ-la İran arasında sülh danışıqları nəticəsiz başa çatsa, İsrail böyük ehtimalla İrana müharibə elan edəcək”.
Armstronq Uilyams hesab edir ki, öz nüvə obyektlərinin bombalanmasına cavab olaraq Tehran Livan ərazisindən İsrailə zərbə endirə bilər: “Bu zaman İsrail İranı irimiqyaslı nüvə zərbəsi ilə yer üzündən silib-silməməyə qərar verməlidir. Bu ssenarinin gerçəkləşməməsi üçün ABŞ diplomatik səylərini inandırıcı təhdidlərlə möhkəmlətməlidir. Vaşinqton bəyan etməlidir ki, İranın nüvə silahına malik olmasına imkan verməmək üçün bu ölkəyə sarsıdıcı zərbə endirəcək. Vaşinqton həmçinin, İsraili bunker bombaları ilə təchiz etməli, öz ətrafında koalisiya formalaşdırmalıdır. Bu koalisiya İranı təkcə iqtisadi sanksiyalarla təhdid etməməli, həmçinin, regionun digər ölkələrinə hərbi yardım göstərməlidir. Ən nəhayət ABŞ İsrailin müdafiə məqsədilə preventiv zərbələr endirmək hüququnu tanıdığını bəyan etməlidir. III Dünya müharibəsinin başlamasını yalnız bu addımlar əngəlləyə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

