Paşinyanın uğursuzluq seriyası davam edir
09.04.2019 [09:31]
Onun və komandasının son addımları nəticəsində işğalçı ölkədə fəaliyyət göstərən azsaylı xarici şirkətlər də Ermənistanı tərk edir
Ermənistanın baş naziri Nikol Paşinyan son günlər ölkənin regionlarına səfər etməklə əhali arasında nüfuz qazanmağa çalışsa da, əslində, onun fəaliyyətsizliyi və uğursuzluğu göz qabağındadır. Ermənistan mətbuatı açıq şəkildə yazır ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra sosial-iqtisadi sahədə heç bir irəliləyiş əldə olunmayıb, əksinə işğalçı dövlətə investisiya qoyan azsaylı xarici şirkətlər də fəaliyyətini dayandırıb, Ermənistanı tərk edir.
Bu məqamda qeyd edək ki, Paşinyanın rəhbərlik etdiyi hökumətin yaratdığı süni problemlərdən ABŞ sərmayəsini Ermənistana gətirən, Cermuk rayonundakı Amulsar qızıl filizi yatağının istismarı ilə məşğul olan “Lidian” şirkətinə də “pay düşüb”. Məlumatlara əsasən, Paşinyan hökuməti ilə şirkət arasında qalmaqal hətta beynəlxalq hüquq müstəvisinə qədər gedib çıxa bilər. Üstəlik, yerli mətbuat yazır ki, bu məsələ ABŞ-Ermənistan əlaqələrinə də mənfi təsir göstərir.
Onu da bildirək ki, bu şirkətin fəaliyyətini dayandırması təkcə işğalçı ölkədə işsizlərin sayını artırmır, hətta digər sektorların da fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, erməni mətbuatı yazır ki, 2015-ci ildə Cermukda açılmış “Hyatt Place Jermuk” hotelinin binası artıq “Hyatt” şirkətlər şəbəkəsinə aid deyil. İllik gəlirin ən aşağı səviyyədə olması nəticəsində bu şirkət də Ermənistanda fəaliyyətini dayandırıb. KİV-in məlumatına görə, “Lidian” şirkəti ilə davam edən anlaşılmazlıq “Hyatt”ın Ermənistanı tərk etməsinə səbəb olub. Çünki bu şirkətin hotelindən istifadə edən “Lidian-Armenia” törəmə şirkətinin əməkdaşlarının bir çoxu Ermənistanı tərk edib, bəziləri də gəlirləri az olduğu üçün bu hoteldən çıxıblar. Qeyd edək ki, 2016-cı ilin sonundan 2017-ci ilin sonunadək (1 il ərzində) şirkət işçilərinin qaldığı hotelə “Lidian-Armenia” ayda 60-70 min dollar köçürüb. Verilən digər məlumatlara görə, “Lidian-Armenia” şirkəti ilə hökumət arasındakı qalmaqalın fonunda Cermukdakı bankların bəzilərinin fəaliyyətini dayandıracağı da istisna edilmir.
Xatırladaq ki, “Lidian” şirkəti bağlanılan müqaviləni pozduğuna görə Ermənistan hökumətini beynəlxalq məhkəməyə vermək fikrindədir.
Lakin Paşinyanın uğursuzluğu bununla tamamlanmır. Belə ki, Ermənistan mətbuatının yazdığına görə, keçmiş hakimiyyət dövründə olduğu kimi, N.Paşinyanın da etinasız yanaşması nəticəsində Ermənistanın energetika sisteminə 8 milyard ABŞ dolları məbləğində sərmayə qoyuluşu fürsəti əldən verilir. Bu təklif ABŞ-ın sabiq səfiri Riçard Mills tərəfindən irəli sürülmüşdü. Mütəxəssislərin fikrinə görə, bu bəyanatdan iki il keçməsinə baxmayaraq, hakimiyyətə gələndə investisiya vəd edən siyasi komanda bu istiqamətdə heç bir təklif və təşəbbüs irəli sürməyib.
Ən nəhayət, ekspertlərin fikrincə, Ermənistanın yeni hakimiyyətinin də əvvəlki kimi Rusiya ilə əlaqələri prioritet götürdüyü müddətcə, ABŞ-dan maliyyə yardımı gözləmək sadəlövhlük olardı. Problem o deyil ki, Rusiya bu əlaqələrin qarşısını alır. Məsələ ondadır ki, yeni hakimiyyət, şəxsən N.Paşinyan beynəlxalq güc hesab olunan bütün ölkələrlə bərabər münasibətlər qurmaq üçün lazımi və qətiyyətli mövqe sərgiləyə bilmir. Əksinə, onun özü və komandasının üzvləri yersiz, populist bəyanatlarla beynəlxalq aləmdə Ermənistanın etibarsız, aqressiv imicini daha da möhkəmləndirir. Son nəticədə isə N.Paşinyan hakimiyyəti onsuz da acınacaqlı durumda olan Ermənistanı həm daxili, həm regional, həm də beynəlxalq müstəvidə dalana dirəyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19

