Ermənistanda böhran: hökumətin istefası labüdləşir
11.06.2020 [09:20]
Çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan isə uğursuz manevrlər etməklə məşğuldur
Məlum olduğu kimi, işğalçı Ermənistanda daxili vəziyyət son günlər daha da gərginləşib. Bu da səbəbsiz deyil. Belə ki, sosial-iqtisadi tənəzzül dövrü keçirən ölkədə pandemiyanın yaratdığı problemlərin həllində acizlik nümayiş etdirən baş nazir Nikol Paşinyanın atdığı səhv addımlar bütün sahələrdə böhranın daha da dərinləşməsinə şərait yaradıb. Paşinyan iqtidarının nəzarəti getdikcə itirdiyi Ermənistanda siyasi böhran da kuliminasiya mərhələsinə qədəm qoyub. İş o yerə çatıb ki, artıq həm parlamentdə təmsil olunan, həm də qanunverici orqandan kənarda qalan siyasi qüvvələr yekdilliklə hökumətin istefasını tələb edirlər.
“Koronavirus böhranı”: Paşinyan aciz vəziyyətdə
Ermənistan mətbuatı bu ölkədə vəziyyətin gərgin olmasını şərtləndirən amillər sırasında pandemiyaya qarşı mübarizənin aparıla bilməməsini də göstərirlər. Qeyd edilir ki, pandemiyadan ölənlərin sayı artıq 300 nəfərə, koronavirusa yoluxanların sayı isə 14 minə yaxınlaşır. Əhalinin 1 milyon nəfərinə nisbətdə yoluxma və ölümlərin sayına görə Ermənistan artıq dünya ölkələri arasında 20-ci yerə çıxıb.”News.am” xəbər verir ki, Ermənistanda vəziyyətin gərgin olduğunu etiraf edən baş nazir ölkədəki “koronavirus böhranı”nın qarşısını almaqda aciz olduqlarını, yoluxanların 100 minə qədər artacağını dilə gətirib.
Yeni istefalar vəziyyətin nəzarətdən çıxdığını göstərir
Yeri gəlmişkən, Ermənistanda hakimiyyət böhranının mövcud olmasını bir gündə güc strukturları rəhbərləri və baş qərargah rəisinin istefaya göndərilməsi də sübut edib. Baş qərargah rəisi Artak Davtyanın istefasının pandemiya dövründə öz malikanəsində oğluna toy məclisi təşkil etməsindən qaynaqlandığı deyilsə də, Polis xidmətinin rəisi Eduard Martirosyanın və Təhlükəszilik xidmətinin (TX) direktoru Arman Sarkisyanın istefaya göndərilmə səbəbləri hələ açıq qalır. Yəni bu məsələ ilə əlaqədar qeyri-müəyyənlik hökm sürür. Baş nazir N.Paşinyan iyunun 9-da güc strukturlarının yeni rəhbərlərinin təqdimatında da bu məsələyə aydınlıq gətirməyib. Xatırladaq ki, yeni təynatlarla baş qərargah rəisi Onik Qasparyan, TX-nindirektoru Argişti Kərəmyan, Polis xidmətinin rəisi isə Vahe Kazaryanolub.
Son 9 ay ərzində iki dəfə güc strukturları rəhbərlərinin dəyişdirilməsi bir daha Ermənistanda vəziyyətin nəzarətdən çıxmasından xəbər verir. Ekspertlərin fikrincə, bir qədər əvvəl TX-nin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyasının təsis qurultayının baş tutması, sonra isə onun ölkədəki sosial-iqtisadi vəziyyət və koronavirus pandemiyası ilə bağlı acınacaqlı duruma görə hökumətin istefasını tələb etməsidə bu dəyişikliklərdə bəzi gizli mətləblərin olmasını göstərir.
İstefa tələbləri artır: gözləntiləri qarşılamaq mümkün deyil
Bununla belə, parlamentdə təmsil olunan və vaxtilə mövcud hakimiyyəti dəstəkləyən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan da hökumətin istefası tələbini ortaya qoyub. Partiya sədri bəyan edib ki, hökumətin bu tərkibi ilə xalqın gözləntilərini qarşılamaq mümkün deyil: “Mən əvvəl hökumətin 97 faizinin dəyişdirilməsini tələb edirdim. Amma bugünkü uğursuzluqları görəndə deməliyəm ki, 97 deyil, hökumətin tərkibi 100 faiz dəyişməlidir. Çünki hökumətin fəaliyyətinin nəticəsi olaraq bütün sektorlar çöküb”.
“Hraparak” qəzeti isə yazır ki, Çarukyanın bu çıxışından sonra Paşinyan ona zəng edərək təhdid edib və daha bir addım atacağı təqdirdə, partiyasını məhv edəcəyini deyib. Qəzetin yazdığına görə, Çarukyanın məlum çıxışından sonra hakimiyyətlə “Çiçəklənən Ermənistan”partiyası arasındakı “atışmalar” dayanmayıb. Belə ki, partiyanın deputatı Artyom Çarukyan baş nazirin yaxın adamları ilə daha bir “korrupsiya sövdələşməsi”ni ifşa edib və deyib ki, Paşinyan mühafizəçisinin bacısının adına Kanadada 3 milyon dollara ev alıb.
Qeyd edək ki, Ermənistan mediasında da baş nazirin istefasının labüdlüyü barədə fikirlər geniş yer alır. Məsələn, “armenianreport.am” saytında yer alan “Nikol mütləq getməlidir” yazısında Qalust Qriqoryan məsələni qəti şəkildə ortaya qoyur: “İndi Paşinyanın yalnız Sarkisyanı devirən insanlar tərəfindən ona verilən baş nazir kreslosu var. Xalq Nikola çox şeyi, onun qaranlıq siyasi keçmişini də bağışladı. Hakimiyyəti itirmək təhlükəsi indi Paşinyanın başının üstündən “Damokl qılıncı” kimi asılıb, xalq bundan sonra onun daha dəhşətli səhvlər etməsinə imkan verməyəcək. Xalq aldandığını başa düşüb”.
İşğalçı ölkənin baş nazirinin manevr imkanları tükənib
Göründüyü kimi, işğalçı Ermənistandakı mövcud hakimiyyətdən narazılığını təkcə hakimiyyətə müxalif olan keçmiş hökumət təmsilçiləri deyil, sosial-iqtisadi vəziyyətdən əziyyət çəkən əhali, reallığı görən media nümayəndələri, hətta vaxtilə Paşinyan hökumətini dəstəkləyən qüvvələr də açıq şəkildə bəyan edirlər. Ekspertlərin qənaətinə görə, hazırda çıxılmaz vəziyyət olan N.Paşinyan gah ona qarşı çıxanları hədələməklə, gah da güc strukturları rəhbərlərini dəyişməklə sadəcə vaxt qazanmağa çalışır.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

