Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03.03.2021 [08:28]
Məlum olduğu kimi, Ermənistanda siyasi böhran ordu-hökumət qarşıdurması fonunda daha da kəskinləşib. Vətəndaş müharibəsi astanasında olan məğlub ölkədə həm müxalifət, həm də hakimiyyət əhalini küçələrə çıxarır. Belə ki, martın 1-də Yerevanda parlament binasının qarşısında müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın, eyni zamanda, Respublika meydanında Paşinyan tərəfdarlarının mitinqi baş tutub. Xatırladaq ki, müxalifət vətəndaş itaətsizliyi aksiyalarını davam etdirmək fikrindədir və növbəti mitinq martın 3-nə təyin olunub.
Yeri gəlmişkən, Ermənistan mediasının yazdığına görə, ölkənin bir neçə vilayətinin, şəhər və icmalarının rəhbərliyi baş nazirin istefası tələbi ilə çıxış ediblər. Məsələn, Geqarkunik vilayətinin qubernator müavini, Ermənistanın keçmiş hərbi komissarı general-mayor Henrik Muradyan etiraz əlaməti olaraq istefa ərizəsi yazıb. “Armenia today” yazır ki, H.Muradyan baş qərargahın hökumətin istefası tələbi ilə bağlı verdiyi açıqlamanı dəstəklədiyini söyləyib.
Lori vilayətinin Spitak şəhər icmasının meri Qagik Sahakyan da baş nazir və hökumətin istefasını tələb edir. “Panorama.am”a verdiyi açıqlamada mer deyib ki, dekabrın 8-dən Paşinyanın istefa tələbinə qoşulub. Vanadzor bələdiyyə sədri Mamikon Aslanyan da hakimiyyətə qarşı fikirlər ifadə edib. “Faktinfo” yazır ki, Aparan rayonunun rəhbəri Karen Yegiazaryan və 22 icma rəhbəri də Paşinyanın istefasını tələb edərək ordu ilə həmrəy olduqlarını bildiriblər. Qeyd edək ki, baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə sənəd isə hələlik baş nazir N.Paşinyan və prezident Armen Sarkisyanın dəftərxanaları arasında “dövriyyə edir”.
Yaranmış vəziyyətə münasibət bildirən “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib ki, ölkə bilərəkdən qeyri-müəyyənliyə və təlatümlərə doğru aparılır: “Ermənistan prezidentinin baş qərargah rəisi O.Qasparyanın istefası ilə bağlı baş nazirin təşəbbüsünün (fərman layihəsinin) konstitusiyaya zidd olduğu üçün geri göndərməsi və güzəştə getməkdən imtina edən baş nazirin sənədi prezidentə qaytarması bunu deməyə əsas verir”.
Müxalifətin sonuncu mitinqinə gəlincə, “News.am” yazır ki, iştirakçılar N.Paşinyanın dərhal istefasını tələb edib, baş qərargah rəisinə tam dəstək ifadə ediblər. Mitinqdə çıxış edən “Vətənin xilası naminə hərəkat”ın lideri Vazgen Manukyan baş nazir Paşinyanın istefasının qaçılmaz olduğunu bildirib: “Bu gün hərəkat üçün dönüş nöqtəsidir. Ermənistanı bərpa etmək, ordu yaratmaq və dirçəltmək üçün hər kəs ayağa qalxmalıdır”.
Respublika meydanında öz tərəfdarları qarşısında çıxış edən Paşinyan isə deyib ki, eks-prezident Serj Sarkisyanın diktəsi ilə hərəkət edən baş qərargah rəisi O.Qasparyan mütləq getməlidir. “Aysor.am” yazır ki, Paşinyan çıxışında ölkədə idarəetmə formasını dəyişmək üçün payızda referendum keçirilməsinin vacibliyini də bildirib.
Göründüyü kimi, siyasi qarşıdurma fonunda kəskinləşən xaotik vəziyyət məğlub Ermənistanı yeni kataklizmlərə sürükləyir. Müxalifət aksiyalarını davam etdirməkdə, baş nazir isə ordu rəhbərliyini vəzifədən kənarlaşdırmaq üçün bütün yollara baş vurmaqda israrlıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

