Ermənistanda siyasi böhran dərinləşir
04.03.2021 [08:46]
Paşinyan yenidən növbədənkənar seçkiləri gündəmə gətirir, müxalifət isə hökumətin istefası tələbində israrlı olduğunu nümayiş etdirir
Məlum olduğu kimi, artıq neçə aydır ki, Ermənistanda siyasi böhran və xaos vəziyyəti davam edir. Erməni mediasının yazdığına görə, müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın hökumətin istefası tələbi ilə təşkil etdiyi növbəti etiraz aksiyası da baş tutub. Belə ki, martın 3-də Yerevanda parlamentin binası qarşısında keçirilən mitinqdə baş nazir Paşinyanın istefası tələb edilib, baş qərargah rəisi Onik Qasparyana dəstək ifadə olunub.
Xatırladaq ki, hökumətin istefasını tələb edən baş qərargah rəisi O.Qasparyanın vəzifədən azad edilməsi məsələsi isə müşkülə çevrilib. Belə ki, onun istefaya göndərilməsi barədə sənəd N.Paşinyan tərəfindən yenidən prezidentə qaytarılsa da, dövlət başçısı Armen Sarkisyan bu dəfə də onu imzalamaqdan imtina edib. “News.am” yazır ki, prezident müvafiq səlahiyyətlərindən istifadə edərək sənədi martın 4-də konstitusiya məhkəməsinə (KM) göndərə bilər, əgər göndərməsə, baş qərargah rəisi avtomatik olaraq vəzifədən kənarlaşdırılmış hesab olunacaq.
Yeri gəlmişkən baş nazirin Respublika meydanında tərəfdarları qarşısındakı çıxışından sonra hakimiyyətin növbədənkənar seçkilərə getmək niyyəti barədə xəbərlər artmağa başlayıb. Belə ki, həmin çıxışında Paşinyan müxalifəti növbədənkənar parlament seçkiləri üçün məsləhətləşməyə çağırıb.
“Hraparak” qəzeti yazır ki, Ermənistan hakimiyyəti guya ictimai tələb olmadığı üçün 3 həftə əvvəl növbədənkənar seçki məsələsinin qapandığını elan etsə də, son hadisələrdən sonra seçkilərə hazırlaşır: “Bu yaxınlarda hökumət daha bir layihəni parlamentə göndərib. Hökumətdəki mənbələrimizə görə, seçkiqabağı addımlardan hesab olunan qanun layihəsinə əsasən, ölkədə hərbi vəziyyət rejimində səlahiyyət müddəti bitmiş bələdiyyə sədrləri və icma rəhbərlərinin vəzifədən azad olunması, müvəqqəti icraçıların təyin edilməsi və bələdiyyə məclislərinin fəaliyyət müddətinin seçkilərə qədər uzadılması təklif olunur”.
Qəzet xatırladır ki, hərbi vəziyyət zamanı heç bir seçki keçirilə bilməz. Buna görə də iddia olunur ki, müvəqqəti icma liderlərini təyin etməklə hakimiyyət növbədənkənar parlament seçkilərinə hazırlaşır: “Çünki seçkilər baş tutsa, icma rəhbərləri vəzifələrinə arzuolunmaz şəxslər gələ bilər. İndiki icma rəhbərlərinin bir çoxunu müxalifətə işləməkdə ittiham edən hakimiyyət başa düşür ki, yerli özünüidarə orqanlarını öz tərəfinə çəkmədən seçkilərdə qalib gəlmək mümkün deyil”.
Xatırladaq ki, bir qədər əvvəl E.Marukyan baş nazir N.Paşinyana ölkədəki mövcud böhran vəziyyətindən çıxış yolu üçün baş qərargah rəisinin istefaya göndərilməsi barədə fərman layihəsini prezident administrasiyasından geri götürməyi və parlament seçkilərinə getməyi təklif edib. Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts isə iqtidarın Marukyanın ölkədəki mövcud böhrandan çıxış üçün verdiyi təklifin ikinci hissəsini qəbul etdiyini bildirib. Yayılan xəbərə görə, baş nazir növbədənkənar seçkiyə getməyi təklif edən Edmon Marukyanı görüşə dəvət edib.
Buna baxmayaraq, parlamentdənkənar müxalifət qəti şəkildə Paşinyan hakimiyyəti dövründə seçkiyə getməyi rədd edir. Müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın lideri Vazgen Manukyan bu variantın mümkünsüzlüyü barədə fikir bildirib. Bu arada “News.am” yazır ki, “Vətənin xilası naminə hərəkat”ın nümayəndələri yaranmış vəziyyətlə bağlı Ermənistan prezidenti A.Sarkisyanla görüşüblər.
Beləliklə, Ermənistanda ordu-hökumət qarşıdurmasından sonra yaranan gərgin vəziyyət davam edir. Hakimiyyət yenidən növbədənkənar seçkilərə getmək təklifi ilə çıxış edir, lakin müxalifət Paşinyan və hökumətin istefası tələbində israrlı olduğunu nümayiş etdirir. Bu durum isə Ermənistanda siyasi böhranın getdikcə dərinləşəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31

