Ermənistan hakimiyyəti yeni repressiyalara rəvac verir
25.05.2021 [08:50]
Növbədənkənar parlament seçkilərinə 1 aydan da az vaxt qalan Ermənistanda siyasi qarşıdurma hər keçən gün bir qədər də dərinləşir. Erməni mediası yazır ki, son günlər həm vətəndaşların, həm də siyasi qüvvələrin təşəbbüsü ilə paytaxt Yerevanda etiraz aksiyalarının keçirilməsi gərginliyi daha da artırır. Belə ki, yenidən hökumət və parlamentin binalarının qarşısında aksiyaların keçirilməsi hakimiyyətin qəzəbinə səbəb olub, buna görə də həmin kütləvi aksiyalar güc tətbiqi və həbslərlə başa çatır.
“Panorama.am”ın yaydığı xəbərə görə, bu günlərdə parlament binası qarşısında siyasi qüvvələrin təmsilçilərinin iştirakı ilə keçirilən aksiyaya polisin müdaxiləsi nəticəsində zərərçəkənlər olub, bir çox iştirakçı isə saxlanılıb. Sayt yazır ki, saxlanılanlar arasında “Əriklər ölkəsi” partiyasının sədri, vəkil Zaruhi Bostançıyan da olub. Saxlanılan zaman polis tərəfindən ona qarşı da güc tətbiqi qeydə alınıb. Nəticədə, polis şöbəsindən buraxılan zaman Z.Bostançıyan özündən gedib və xəstəxanaya yerləşdirilib. Partiya sədri olan bu qadına qarşı polis zorakılığı yerli mediada ciddi tənqid edilib.
Qeyd edək ki, Paşinyan hakimiyyəti təkcə kütləvi aksiyalara dözümsüzlük nümayiş etdirmir, müxalif siyasi qüvvələrə qarşı təzyiq və repressiyaların digər yollarına da baş vurur. Məsələn, yaradılan seçkiqabağı blokların nümayəndələri bir-bir xüsusi istintaq xidmətinə çağırılır, onlar keçmişdə baş verən hadisə və ya məhkəmə işləri ilə bağlı təhdid və şantaj edilirlər. Bu repressiyaların səbəbi isə yeni yaradılan blokların hazırda baş nazir vəzifəsini icra edən N.Paşinyanın səlahiyyətlərinə xitam verilməsi və digər ciddi tələblər səsləndirmələri olub.
Buna baxmayaraq, parlamentdə təmsil olunan və növbədənkənar seçkilərin baş tutmasına cavabdeh olan iki müxalifət partiyasının rəhbərləri N.Paşinyanın baş nazir vəzifəsini icra etməsinin qanuniliyi məsələsində susurlar. Bu kimi səbəblərdən də bəzi siyasi ekspertlər parlamentdəki müxalifəti Paşinyanın yedəyində getməkdə suçlayırlar.
Bu arada, “Past” qəzeti öz mənbələrinə istinadən yazır ki, mövcud vəziyyətlə əlaqədar hakimiyyət daxilində də ziddiyyətlər artır: “Bəzi deputatların və hakimiyyət nümayəndələrinin hər hansı bir şəkildə Nikol Paşinyana dəstək verməyə çalışmalarına baxmayaraq, narazı olanlar da az deyil. Üstəlik, əldə etdiyimiz məlumata görə, narazıların bəziləri məsuliyyət götürməmək üçün sadəcə susurlar. Həmin şəxslər Paşinyanla razılaşmayan, ancaq üsyan etməkdən qorxanlardır ki, onlar üçün mandat və yüksək maaş (mükafat) daha vacibdir”.
Göründüyü kimi, məğlub ölkədəki əksər siyasi qüvvələrin 20 iyun seçkilərinə hazırlaşması fonunda Ermənistan hakimiyyəti yeni repressiyalara rəvac verir. Belə ki, seçkilər yaxınlaşdıqca Paşinyan siyasi rəqiblərinə və vətəndaşların keçirdikləri kütləvi etiraz aksiyalarına qarşı dözümsüzlük nümayiş etdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04

