Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi qarşıdurma daha da güclənir
05.06.2021 [09:15]
Məlum olduğu kimi, məğlub Ermənistan 20 iyunda keçiriləcək seçkilərə hazırlaşır. Artıq iyun ayının 7-dən seçkiqabağı təşviqat-təbliğat kampaniyasına start veriləcək. Ermənistan mediası yazır ki, seçki günü yaxınlaşdıqca ölkədə siyasi qarşıdurma daha da güclənir. Seçkidə iştirak edən siyasi qüvvələrin əksəriyyəti əsas fəaliyyətini hakimiyyətin sərt tənqidi üzərində qurur. Xüsusilə, müharibədə məğlubiyyət, kapitulyasiya aktının imzalanması və digər məsələlərdən hakimiyyətə qarşı istifadə edilməkdədir.
Qeyd edək ki, seçkiqabağı qarşıdurma fonunda ölkə parlamentində də hakimiyyətə qarşı ciddi ittihamlar səslənməkdədir. Məsələn, “Aysor.am” yazır ki, buraxıldığı elan olunsa da, fəaliyyətini davam etdirən Ermənistan parlamentində maraqlı hadisələr baş verib. Növbəti iclasda hakimiyyəti sərt tənqid atəşinə tutan bitərəf deputat Taquhi Tovmasyan parlamentin sədr müavini Lena Nazaryan tərəfindən təhqir olunub. Belə ki, parlament tribunasında çıxış etdikdən sonra vitse-spiker onu “axmaq” adlandırıb. Mikrofon açıq olduğu üçün vitse-spikerin işlətdiyi ifadə hamı tərəfindən eşidilib. Buna görə də yenidən çıxış edən Tovmasyan Nazaryanın ona ünvanlanan ifadəyə görə açıq şəkildə üzr istəməsini tələb edib: “Tənqidə təhqirlə cavab verirsiniz?” İqtidar təmsilçilərini vəziyyətdən düzgün nəticələr çıxarmağa çağıran Tovmasyana görə, hakimiyyətin siyasi komandası bir-birinin ardınca səhvə yol verir və dövlətin əsaslarını təhlükəyə atır. Xatırladaq ki, hazırda müstəqil deputat kimi fəaliyyət göstərən T.Tovmasyan əvvəllər hakim “Mənim addımım” fraksiyasının üzvü olub.
Yeri gəlmişkən, məğlub ölkədə hakimiyyət böhranı da davam edir. Belə ki, Paşinyanın rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının iclasında XİN-dən heç bir vəzifəli şəxsin iştirak etməməsi erməni mediasında ciddi müzakirələrə səbəb olub. Hətta xarici işlər nazirinin müavinlərinin hamısının istefa verməsi ilə bağlı xəbərlər də yayılıb.
Göründüyü kimi, seçkilər yaxınlaşdıqca Ermənistanda daxili siyasi vəziyyət daha da gərginləşir. İstefalar, ittihamlar və qalmaqallar seçkidən sonra da məğlub ölkə üçün ciddi xaos vəd edir. Ekspertlər isə seçkilərin hər hansı bir böyük sürprizlə nəticələnməyəcəyini desələr də, mandat əldə edəcək partiyaları proqnozlaşdırmaqda çətinlik çəkirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

