Ermənistandakı siyasi qarşıdurma seçkidən sonra açıq toqquşmalarla əvəzlənə bilər
10.06.2021 [09:05]
Məlum olduğu kimi, iyunun 20-də məğlub Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Erməni mətbuatı yazır ki, 7 iyun tarixindən başlayan seçkiqabağı təşviqat-təbliğat kampaniyasının ilk iki günü siyasi qüvvələrin bir-birinə qarşı ünvanladıqları kəskin ittihamlarla yadda qalıb. Xüsusilə mövcud hakimiyyətin əleyhdarları Paşinyanı kəskin tənqid edir, onu müxtəlif kompromatlarla şantaj edirlər. Paşinyan da öz növbəsində, keçirilən mitinq və görüşlərdə rəqiblərini seçkidən sonra “haqq-hesab çəkməklə” hədələyir.
“News.am” yazır ki, mövcud durumu dəyərləndirən “Alternativ layihələr qrupu” bəyanat yayaraq bütün nüfuzlu şəxsləri, təşkilatları təhlükəni aradan qaldırmaq üçün fəaliyyətə keçməyə çağırıb. QHT-nin yaydığı bəyanatda qeyd edilir ki, əks halda həmin şəxslər susqunluq nümayiş etdirməklə mümkün qan tökülməsinə şərik olacaqlar. Açıqlamada vurğulanır ki, Paşinyan məsuliyyəti ona etibar edən və inanan insanların üzərinə qoymaqla, müxtəlif təxribatlar törətməklə ölkədə yenidən qan tökülməsinə rəvac verə bilər.
“Hraparak” qəzeti isə yazır ki, mövcud durum parlament seçkilərinin ikinci turunun qaçılmaz olacağına işarə edir: “Nə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, nə də digər parlament qüvvələri koalisiya hökuməti qurmaq üçün ilk turda 50+1 faiz səs toplamağa müvəffəq olmayacaqlar. Seçki məcəlləsinə (SM) görə, koalisiya qurmaq üçün 6 gün vaxt verilir. Bu altı gün ərzində ən çox üç qüvvə 54 faizə malik olan bir koalisiya qura bilməsə, seçkilərin ikinci turu təyin ediləcək. SM-ə görə, ikinci tur ilk səsvermədən sonrakı 28-ci gündə baş tutmalıdır. İkinci turda ən çox səs qazanan iki partiya (blok) iştirak edir. Seçkilərin ikinci turunda qalib gələn və ilk turda ən çox səs toplamış partiya (partiyalar bloku) parlamentdə sabit çoxluğu - 54 faizi təşkil etmək üçün avtomatik olaraq əlavə mandatlar alacaq”.
Bu arada “Joğovurd” qəzeti Paşiyan hakimiyyətinin rəqiblərinin reytinqini aşağı salmaq üçün yeni taktikalara baş vurduğunu yazır: “Rəqiblərinin (əsasən, keçmiş hakimiyyət təmsiliçiləri) seçkilərə qədər vətəndaşlara külli miqdarda pul paylayacaqları barədə cəmiyyətdə məlumatlar yayırlar. Eyni zamanda, bütün təbliğat kanalları vasitəsilə cinayət məcəlləsinə cinayət məsuliyyəti nəzərdə tutan yeni maddələrin əlavə edildiyi barədə xatırlatmalar verilir: seçki məntəqəsindən bülleten çıxaranları 5, seçicilərə pul paylayanları 7, seçiciləri rüşvətlə ələ almağa çalışanları 3 il həbs gözləyir”.
Qəzet yazır ki, bu xəbərlərin yayılması onsuz da yoxsulluq səviyyəsindən aşağı yaşayan və səsvermədən əvvəl pul paylanmasını gözləyən məğlub ölkə vətəndaşlarını olduqca məyus edib.
Beləliklə, məğlub ölkədə seçki günü yaxınlaşdıqca siyasi ehtiraslar daha da qızışır. Bir sözlə, ciddi siyasi böhran dövrünü yaşayan məğlub ölkənin daxilində gərgin vəziyyət hökm sürür. Yaranmış vəziyyət isə Ermənistanda seçkidən sonra siyasi qarşıdurmanın açıq toqquşmalara çevriləcəyinə dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

