Paşinyan əleyhdarlarına qarşı repressiya və təzyiqləri davam etdirir
10.07.2021 [09:20]
20 iyunda Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri mərkəzi seçki komissiyası (MSK) tərəfindən elan olunsa da, müxalifətin nəticələrin ləğv edilməsi tələbi ilə konstitusiya məhkəməsinə (KM) müraciəti ölkədəki siyasi böhranı daha da dərinləşdirib. Digər tərəfdən, erməni KİV-i yazır ki, KM hakimiyyətin lehinə qərar çıxarsa belə, Ermənistanın yeni parlamentinin ilk iclasında böhran baş verməsi gözlənilir. Məsələn, “Hraparak” qəzeti yazır ki, ölkə konstitusiyasına görə parlamentin üç vitse-spikerindən biri müxalifət nümayəndəsi olmalıdır, lakin qanunda hansı müxalifət fraksiyasından ola biləcəyi göstərilməyib. Bir qayda olaraq daxili razılaşma ilə bu vəzifə ən çox yer qazanan müxalifət fraksiyasına verilir. Qəzet yazır ki, vitse-spiker vəzifəsinə namizəd irəli sürülməsi məsələsi “Şərəfim var” blokunda da müzakirə olunur: “Bu vəziyyətdə vitse-spiker məsələsinin həlli “Vətəndaş müqaviləsi” fraksiyasından asılı olacaq və hakimiyyət bu vəzifəni “Şərəfim var” blokunun təmsilçisinə verməyə meyillidir. Çünki “Ermənistan” blokundan bu vəzifəyə namizəd İşxan Saqatelyan hökumətə qarşı kəskin mövqeyi ilə seçilir. Bununla belə, “Şərəfim var” bloku namizəd irəli sürməklə bağlı hələ yekun qərar verməyib, çünki bu, digər müxalifət bloku ilə münasibətlərin pozulmasına səbəb ola bilər. Məhz bu səbəblərdən, o cümlədən parlamentin vitse-spikeri və daimi komissiya sədrləri vəzifələrinin bölüşdürülməsi məsələsinə görə ilk iclasda parlament böhranının baş verməsi ehtimal edilir”.
Bu arada, baş nazir vəzifəsini icra edən Paşinyan əleyhdarlarına qarşı repressiya və təzyiqləri davam etdirir. Belə ki, “Panorama.am yazır ki, seçki ərəfəsində həbs edilən “Ermənistan” blokunun üzvü “İzmirliyan” tibb mərkəzinin rəhbəri Armen Çarçıyanın vəkillərinin apelyasiya şikayəti rədd edilib. Eyni zamanda, həmin bloka dəstək verdiyinə görə, Qacaran bələdiyyə başçısı Manvel Paramazyan həbs edilib. Vəkil Ruben Ayrapetyanın dediyinə görə, təhlükəsizlik xidmətinin (TX) əməkdaşları Qacaran şəhərinin merini Yerevana aparıblar. “Ermənistan” blokunun üzvü “Yüksələn Ermənistan” partiyasının sədri Vahe Hakopyan deyib ki, TX əməkdaşları onun rəhbəri olduğu Zəngəzur Mis-Molibden Kombinatının bir neçə ofisində də axtarış aparıblar və zavodun əməkdaşı heç bir səbəb göstərilmədən saxlanılıb.
Yeri gəlmişkən, sabiq deputat, “Alternativ layihələr” qrupunun üzvü Elinar Vardanyan deyib ki, hakimiyyətin başlatdığı siyasi repressiyaya qarşı cəmiyyətdəki laqeydlik başadüşülən deyil. Onun sözlərinə görə, həlledici məqamlarda öz sözünü deyən vətəndaşlara qarşı həyata keçirilən “siyasi qisas” hallarını passiv şəkildə izləməyə haqqımız yoxdur: “Sünik (Zəngəzur) şəhərlərinin bələdiyyə başçıları ən çətin anlarda hakimiyyətə ciddi müqavimət göstərdilər. Bu günlərdə Armen Çarçıyan və digər icma rəhbərləri ilə əlaqəli təzyiqləri cəmiyyətin sükutla qarşılaması qəbuledilməzdir”.
Göründüyü kimi, Ermənistanda siyasi böhran davam edir. Seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı müxalifətin tələbinə konstitusiya məhkəməsində baxılması ölkədə yeni parlament seçkilərinin keçirilməsi ehtimalını gündəmə gətirir. Buna paralel şəkildə hakimiyyətin əleyhdarlarına qarşı repressiya və təzyiqləri davam etdirməsi daxili siyasi gərginliyi artırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

