Paşinyan çıxılmaz vəziyyətə düşüb
15.07.2021 [09:07]
İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri iyunun 27-də elan olunsa da, parlamentin iyulun 3-ə nəzərdə tutulan ilk iclası baş tutmayıb. Ona görə ki, müxalifətin tələbi ilə artıq 6 gündür konstitusiya məhkəməsi (KM) seçkilərin nəticələrinin ləğvi məsələsini müzakirə edir. Erməni KİV-i yazır ki, KM-ə ilk müraciət iyulun 1-də daxil olduğu üçün məsələnin müzakirəsinin 17 iyula qədər başa çatması gözlənilir.
Qeyd edək ki, 17 iyulda hansı qərar veriləcəyini proqnozlaşdırmağın çətin olmasına baxmayaraq, hakimiyyət müxtəlif vəzifələrə namizəd məsələsini müzakirə etməkdədir. “Past” qəzeti yazır ki, müzakirələrin nəticəsi olaraq Mərkəzi bankın keçmiş sədri Artur Cavadyan və Paşinyanın ən sadiq “silahdaşları”ndan biri olan ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan baş nazirin müavinləri təyin edilə bilərlər. Qəzetin yazdığına görə, ən çətin məsələ xarici işlər nazirinin təyinatı ilə bağlıdır.
“Hraparak” qəzeti isə yazır ki, 31 may tarixində xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra xarici siyasət idarəsinə rəhbərin axtarışı davam edir: “Əldə etdiyimiz məlumata görə, Paşinyan çıxılmaz vəziyyətdədir, bu posta namizəd tapa bilmir. Müxtəlif şəxslər - Ruben Rubinyan, Ararat Mirzoyan, Mher Qriqoryan və hətta David Tonoyanın adları hallanır. Ararat Mirzoyan artıq bu vəzifədən imtina edib”.
Yeri gəlmişkən, baş nazir vəzifəsini icra edən Paşinyan 14 iyulda Armen Qriqoryanı təhlükəsizlik şurasının katibi vəzifəsindən azad edərək Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edib. Son günlərdə mediada və sosial şəbəkələrdə TŞ-nin katibi A.Qriqoryanın XİN rəhbəri təyin ediləcəyi barədə də xəbərlər yayılmaqdadır. Xatırladaq ki, xarici işlər naziri A.Ayvazyan istefa verdikdən sonra məhz A.Qriqoryan onu Ermənistanın təhlükəsizlik məsələlərinə zərbə vurmaq, xüsusən də erməni hərbçilərin qaytarılması prosesini əngəlləməkdə günahlandırmışdı.
“Joğovurd” qəzeti isə öz mənbələrinə istinadən hakim “Mənim addımım” fraksiyasının nümayəndələrinin baş nazir səlahiyyətlərini icra edən Paşinyanla görüşdüyünü yazıb. Nəşrin məlumatına görə, Paşinyan sədri olduğu “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə mandat qazanan yeni deputatlarının siyahısını, habelə spiker, vitse-spiker, fraksiya sədri və katibi vəzifələrinə namizədləri şəxsən komandaya təqdim etmək qərarına gəlib: “Mənbələrimizin verdiyi məlumata görə, hakim fraksiya, demək olar ki, “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin qərarı ilə barışıb. Belə ki, fraksiya nümayəndələrinin mühüm bir hissəsi, xüsusilə vitse-spiker vəzifəsinə Ruben Rubinyan və Hakop Arşakyanın namizədliyi ilə razılaşmırlar, lakin bu qərara heç bir şəkildə təsir edə bilmədikləri üçün səslərini çıxarmırlar”.
Qəzetin yazdığına görə, Paşinyan görüşdə parlamentdə fərqli bir müxalifət təmsil olunduğu üçün hakim fraksiyanı daha ayıq-sayıq olmağa çağırıb.
Beləliklə, seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı müxalifətin tələbinə konstitusiya məhkəməsində baxılması Ermənistandakı gərginliyi daha da artırıb. Digər tərəfdən, yeni hökumətin formalaşdırılması ərəfəsində Paşinyan hakimiyyəti idarəetmə üçün kadr tapa bilmədiyindən olduqca çıxılmaz vəziyyətə düşüb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31

