Məğlub Ermənistanda repressiya və siyasi terror dalğası...
16.07.2021 [08:42]
Bəlli olduğu kimi, məğlub Ermənistanda hakimiyyət böhranı davam edir. Müxalifətin seçkilərin nəticələrinin ləğvini tələb etməsi ölkədəki xaosu daha da dərinləşdirib. Məsələnin konstitusiya məhkəməsində müzakirə edildiyi 1 həftə ərzində Paşinyan hakimiyyəti də əleyhdarlarına qarşı repressiya prosesini davam etdirib. Yerli media yazır ki, hüquq-mühafizə orqanları son günlər seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb edən siyasi qüvvələrin təmsilçilərinin həbsi ilə məşğul olub.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətlərə Ermənistan konstitusiya məhkəməsində (KM) baxılması başa çatsa da, yekun qərar hələ açıqlanmayıb.
Erməni mediasının məlumatına görə, müraciətlərə baxılması zamanı müxalifət təmsilçiləri tərəfindən seçkilərdə saxtakarlıq və qanun pozuntuları barədə bir sıra faktlar və sənədlər ortaya qoyulub. “Sputnik-Ermənistan” yazır ki, “Hayots hayrenik” (“Erməni vətəni”) partiyasının nümayəndəsi Artak Qalustyan sonuncu iclasda deyib ki, mərkəzi seçki komissiyasının (MSK) özü tərəfindən aşkar edilən qanun pozuntuları seçkilərin nəticələrinə şübhə yaradır. Nümayəndə 658 seçki məntəqəsində bülletenlərin qanunun tələb etdiyi kimi seyflərdə saxlanmadığını, MSK-nın başlatdığı yoxlama nəticəsində 83 seçki məntəqəsində mindən çox pozuntunun aşkarlandığını, saxta bülletenlərin çap edilməsi faktı ilə bağlı artıq cinayət işi açıldığını da xatırladıb. Partiya nümayəndəsi əlillərin səsvermə hüququnun təmin olunmadığını da bildirib.
Müxalifətin ittihamlarına baxmayaraq, hakimiyyətin nümayəndəsi, vitse-spker Alen Simonyan “Vətəndaş müqaviləsi”nin yeni hökuməti qurmaq üçün xalqdan mandat aldığını və indiki məqamda KM-dən seçki nəticələrinə təsir edə biləcək qərar gözləmədiyini deyib.
Onu da xatırladaq ki, hakimiyyətə qarşı çıxan əsas müxalifət qüvvələri küçə mübarizəsini davam etdirmək niyyətini təkrar ediblər. “Aysor.am”ın yazdığına görə ki, “Ermənistan” blokunun təmsilçisi İşxan Saqatelyan deyib ki, sadəcə parlament müxalifəti olmayacaq, mövcud hökumətə qarşı küçə mübarizəsinə davam edəcəklər: “Yaxın gələcəkdə vətəndaş itaətsizliyi aksiyalarının davam etdirilməsinə, bu hökumətə qarşı bir neçə cəbhədə mübarizənin aparılmasına böyük əhəmiyyət veririk. Mən elə indi küçə mübarizəsinin davam edəcəyini elan edirəm”.
Yeri gəlmişkən, yuxarıda da vurğuladığımız kimi, hakimiyyət müxalifət təmsiçilərinin təqib olunması prosesini davam etdirir. “Panorama.am”ın yazdığına görə, “Yüksələn Ermənistan” partiyasının sədri, “Zəngəzur” mis-molibden kombinatının rərhbəri Vahe Hakopyan deyib ki, seçkidən sonrakı dövrdə “Ermənistan” blokunun üzvləri təqib olunur. Onun sözlərinə görə, ölkədə siyasi işgəncə, siyasi repressiya və siyasi terror hökm sürür. Mehri icmasının rəhbəri Mxitar Zakaryanın 2 ay müddətinə həbs olunduğunu, bundan əvvəl Qacaran bələdiyyə başçısının və rəhbəri olduğu kombinatın daha iki nəfər işçisinin saxlanıldığını xatırladıb.
Göründüyü kimi, seçkilərdə qanun pozuntuları və saxtakarlıq ittihamları fonunda Ermənistan hakimiyyətinin müxalifətə qarşı siyasi repressiyası davam edir. Mövcud vəziyyəti dəyərləndirən ekspertlərin fikrincə, məğlub Ermənistanda repressiya və siyasi terror hökm sürür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

