Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29.07.2021 [08:38]
Məğlub Ermənistanda seçkidən sonrakı gərginlik Paşinyanın yeni hökumət qurmasını da əngəlləyə bilər. Digər tərəfdən, məğlub ölkədə gərginlik o həddədir ki, hətta yeni hökumət formalaşsa belə, müsbət nəsə gözlənilmir. Bir çox analitiklərin fikrincə, yeni hökumətin dövründə də məğlub ölkədə siyasi gərginlik davam edəcək, böhran dərinləşəcək.
Onu da qeyd edək ki, hazırda Paşinyanın komandasının daxilində də gərginlik hökm sürür. Xüsusilə, baş nazirin müavini olmuş Tiqran Avinyanın yeni komandada yer almaması, sabiq spiker Ararat Mirzoyanın isə başqa vəzifəyə təyinat alacağı barədə məlumatlar dolaşır. “News.am” yazır ki, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının yeni seçilmiş deputatları ilə görüşündən sonra partiyanın funksioneri, spiker postuna əsas namizəd Alen Simonyan bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, T.Avinyan və A.Mirzoyan partiyanın qurucu üzvləri kimi partiyanın idarə heyətində fəaliyyətlərini davam etdirəcəklər: “Hökumətin tərkibinə gəlincə, indi bu barədə heç nə deyə bilmərəm. Hökumət strukturundakı dəyişikliklərlə bağlı da hər hansı məlumatım yoxdur”.
Yeri gəlmişkən, Paşinyanın hakimiyyəti dövründə parlamentin sədri olan Ararat Mirzoyanın Ermənistan təhlükəsizlik şurasının katibi təyin edilməsi gözlənilir. Bu məsələyə münasibət bildirən keçmiş müxalifətçi deputat Gevork Petrosyan A.Mirzoyanın təyinatı ilə əlaqədar həm iqtidarı, həm də müxalifəti tənqid edib. Dünənə qədər “agent” adlandırılan şəxsin belə bir yüksək və strateji vəzifəyə təyinatı məsələsinə səs çıxarmayan müxalifəti qınayan G.Petrosyan “Çoxlarını yalnız mandatın maraqlandırdığı təəssüratı yaranır” deyib.
“Panorama.am” isə yazır ki, “Nəsillər üçün həqiqət” təşəbbüsünün qurucusu, politoloq Geqam Nazaryan erməni əhalisinin, cəmiyyətin etinasız olduğunu deyib: “Siz müharibə və məğlubiyyətin simasını seçdiniz. Müharibə on ay əvvəl başladı. On ay əvvəl Nikol ölkəmizə, ailələrimizə kədər gətirdi. Müharibədən doqquz ay sonra Nikolun rəhbərlik etdiyi siyasi qüvvə yarım milyondan çox səs aldı”.
“24News.am”a açıqlama verən “Qoy” teatrının bədii rəhbəri, incəsənət xadimi Artur Sahakyan isə deyib ki, Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum hökm sürür. Cəmiyyətin hadisələrə seyrçi qaldığını vurğulayan A.Sahakyan bildirib ki, həm iqtidar, həm də müxalifət vahid mərkəzdən idarə olunurlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31

