Ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistanda vəziyyət kritik həddə çatıb
09.09.2021 [08:50]
Ermənistanda bütün sahələrdə hökm sürən böhran vəziyyəti hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Erməni mediası yazır ki, məğlub ölkədə sosial-iqtisadi tənəzzül, mənəvi-psixoloji və siyasi gərginlik yeni vətəndaş itaətsizliyi aksiyaları ilə müşayiət olunur. Mövcud hökumətin verdiyi vədlərin müqabilində heç bir iş görməməsi daxildəki narazılıqları daha da artır.
Qeyd edək ki, hakimiyyətdən narazılıq fonunda yeni hökumətdə də bir sıra kadr dəyişiklikləri aparmaqla və “korrupsiyaya qarşı mübarizə” adı altında yeni həbslərə rəvac verməklə Paşinyan iqtidarı vəziyyətdən çıxmaq istəyir. Məsələn, “Hraparak” qəzeti yazır ki, hazırda hökumətdə əsas fiqurlardan biri olan baş nazirin müavini Suren Papikyanın qərarı ilə Ermənistan Ədliyyə Nazirliyi Cinayət-icra xidmətinin rəisi vəzifəsini icra edən Artur Qoyunyan vəzifəsindən uzaqlaşdırılıb. Həmin gün Su Komitəsi sədrinin səlahiyyətlərini icra edən Karen Sarkisyan da vəzifəsindən azad edilib: “Lakin əldə etdiyimiz məlumata görə, onlar başqa vəzifəyə təyin ediləcəklər. Bir neçə gün əvvəl parlamentdə müxalifətə hücum edən və alovlu nitq söyləyən K.Sarkisyan Qeqarkunik (Göyçə) vilayətinin qubernatoru təyin ediləcək. Digər məlumata görə, A.Qoyunyan Dövlət gəlirləri komitəsinin (DGK) sədri Rüstəm Badasyana yaxın olduğu üçün sözügedən komitədə vəzifə alacaq”.
Yeri gəlmişkən, ölkədə sensasiyalı həbslər də qeydə alınır. Belə ki, Ermənistanın keçmiş baş prokuroru, istintaq komitəsinin sabiq sədri Ağvan Hovsepyan dələduzluq və xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb. “News.am” Xüsusi istintaq xidmətinin (XİX) mətbuat xidmətinə istinadən yazır ki, 2004-2013-cü illərdə Ermənistanın baş prokuroru və 2014-2018-ci illərdə isə İstintaq komitəsinin sədri vəzifələrini tutan A.Hovsepyan həmin müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlərin idarə edilməsində iştirak edib, əlavə olaraq 190 milyon dram məbləğində rüşvət alıb, fırıldaqçılıq yolu ilə 800 milyon dram məbləğində əmlakı mənimsəyib. Ümumiyyətlə, A.Hovsepyan 1 milyard 299 milyon 404 min dram məbləğində əmlakı qanunsuz yolla ələ keçirməkdə ittiham olunur. “FactInfo” yazır ki, sentyabrın 8-də İrəvanın ümumi yurisdiksiya məhkəməsi A.Hovsepyanın həbsinə dair XİX-in vəsatətini təmin edib.
Bu arada, Paşinyan hökuməti üçün son vaxtlar başağrısına çevrilən kəndlilərin üzümlərinin alışında yaranan problemlə bağlı regionlarda keçirilən etiraz aksiyaları da davam edir.
Göründüyü kimi, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistanda vəziyyət kritik həddə çatıb. Ölkədəki siyasi durumdan asılı olmayaraq əhalinin problemlərini həll edə bilməyən yeni hökumət yersiz kadr dəyişiklikləri ilə işini bitmiş hesab edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

