Ermənistanda yeni istefa dalğası...
11.09.2021 [10:04]
Bütün sahələrdə ciddi böhranın hökm sürdüyü Ermənistanın paytaxtı İrəvanda və regionlarında son günlər əhalinin etiraz aksiyaları da davam edir. Erməni mətbuatının yazdığına görə, son günlər ölkənin müxtəlif vilayətlərində yolları bağlayan əhali paytaxtda da müxtəlif tələblərlə hökumətə qarşı aksiya keçirirlər. Digər məlumata görə, ölkədə yeni istefa dalğası da müşahidə edilir.
Məlum olduğu kimi, artıq neçə gündür ki, “üzümçülərin qiyamı” davam edir. “Panorama.am” yazır ki, Ermənistanın bir sıra regionlarında yolları bağlayan etirazçılara bu dəfə polisin güc tətbiq etməsi ciddi narazılıq doğurub. Belə ki, İrəvan-Mehri beynəlxalq magistral avtomobil yolunu bağlayan yerli sakinlər tələbləri yerinə yetirilməyənə qədər yolları açmaq fikrində olmadıqlarını nümayiş etdirəndən sonra polis qüvvələri hərəkətə keçib. Saytın yazdığına görə, aksiyanı dağıdan polis sakinlərə qarşı zor tətbiq edib, saxlanılanlar da var.
Bu arada, baş nazir Nikol Paşinyanın Ermənistanda müstəqillik elan edilməsinin 30 illiyi ilə bağlı sentyabrın 21-də Respublika meydanında bayram tədbirləri keçirilməsi barədə qərarı etirazla qarşılanıb. “Aysor.am” yazır ki, 44 günlük müharibədə ölən hərbçilərin valideynləri qəzəbləniblər və bu qərara kəskin etiraz bildirirlər. Hətta sosial şəbəkədə bu qərarı ləğv etməyi tələb edən aksiyaya da start verilib. Qeyd edək ki, vətəndaşlar arasında baş qaldıran narazılığı fürsət hesab edən müxalifət də bu məsələdən hakimiyyəti tənqid etmək üçün istifadə edir.
Yeri gəlmişkən, Azərbaycanın uzun müddət işğal altında saxlanılmış ərazilərində vaxtilə qanunsuz məskunlaşdırılan ermənilər də İrəvandakı hökumət binası qarşısında etiraz aksiyası keçirərək yaşayış şəraitinin yaxşılaşdırılması və mənzillərin verilməsini tələb ediblər. “Panorama.am” yazır ki, Ermənistan hakimiyyətini fəaliyyətsizlikdə günahlandıran aksiya iştirakçıları deyiblər ki, 15 gün əvvəl hökumətə müraciət etsələr də, cavab ürəkaçan olmayıb. Qeyd edək ki, etirazçılar Ermənistan hökumətinin 68 min dramlıq yardımından da məhrum olduqlarından və iş tapa bilmədiklərindən şikayətlənirlər.
Yuxarıda qeyd olunduğu kimi, məğlub ölkədə etiraz aksiyaları ilə yanaşı, istefa dalğası da davam edir. “Aysor.am” yazır ki, Ermənistan hərbi prokurorunun müavini Tiqran Ambaryan işdən azad olunmaq üçün ərizə təqdim edib. Bu barədə məlumat yayan Ermənistan baş prokurorluğundan bildirilib ki, T.Ambaryan 20 iyul 2017-ci ildən hərbi prokurorun müavini vəzifəsində çalışır. Bununla yanaşı, 20 dekabr 2020-ci ildən Ararat vilayətinin qubernatoru vəzifəsində çalışan Razmik Tevonyan işdən azad olunmaq üçün ərizə təqdim edib. Bu barədə “Aysor.am”a məlumat verən R.Tevonyanın köməkçisi Kristine Poğosyan istefanın səbəblərini şərh etməkdən imtina edib.
Göründüyü kimi, acınacaqlı vəziyyətin hökm sürdüyü Ermənistanda yeni istefa dalğası və etiraz aksiyaları davam edir. Məğlub ölkədə mövcud olan böhran, hökumətin yaranmış vəziyyətdən çıxış yolu tapmaqda acizlik nümayiş etdirməsi daxili gərginliyi daha da artırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

