Müəllimdən tələbələrə hekayələr...
03.05.2024 [11:10]
“ƏDİBİN EVİNDƏN HEKAYƏLƏR”İ TƏLƏBƏLƏR SƏSLƏNDİRİRLƏR
2021-ci ilin iyun ayından etibarən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Asan Radio ilə birgə “Ədibin Evindən hekayələr” layihəsini icra edir. Bu layihədə Fond Azərbaycan ədəbiyyatından sevilən hekayələri səsli şəkildə mütaliə həvəskarlarının ixtiyarına verir.
Bu ildən etibarən layihəyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də qoşulub. Belə ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu və ADMİU rəhbərliyinin birgə razılığına əsasən, bu il ərzində “Ədibin Evindən hekayələr” layihəsində hekayələri universitetin tələbələri səsləndirəcəklər.
Bu günlərdə layihələrin tələbələrin yer aldığı ilk buraxılışı təqdim olunub. İlk buraxılışda ADMİU-nun III kurs tələbəsi Kənan Hüseynov Yusif Vəzir Çəmənzəminlinin “Ağsaqqal” hekayəsini səsləndirib.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva layihənin yaranma məqsədi haqqında danışarkən dedi: “Məlumdur ki, bizim artıq rəqəmsal dünyada öyrənməyə vərdiş edən tam bir nəslimiz yetişib. İnternet möhtəşəm bir bilik ümmanının qaynağıdır. Demək, rəqəmsallaşma ilə maariflənmə arasında sürətlə artan əlaqəni nəzərə alaraq oxu vərdişlərimizi müvafiq şəkildə uyğunlaşdırmalıyıq. Bu məqsədlə, 2021-ci ilin iyun ayından etibarən “ASAN Radio 100 FM”lə sosial media layihəsinə başladıq. “Ədibin Evindən hekayələr” adlı oxuya həvəsləndirmə layihəsi Mir Cəlal və digər klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini rəqəmsal şəkildə gənclərə təqdim edir. Peşəkar aktyorlar və tanınmış ictimai simalar tərəfindən səsləndirilən bu qısa hekayələr, eləcə də, onları ifa edənlərlə kitabın həyatımızdakı əhəmiyyəti barədə qısa müsahibələri videoçarxlar şəklində yayımlanır və internetlə ölkəmizin bütün guşələrinə əlçatan olur”.
Ş.Mehrəliyeva layihənin istiqamətinin ustad sənətkarlardan tələbələrə doğru yön almasını bu cür əsaslandırdı: “Ədibin evi” Mir Cəlal Paşayevin tələbələri Ədibə xanım Paşayeva və Təhsin Mütəllimovun səyləri nəticəsində yaradılıb. Fondun layihələrində Mir Cəlal Paşayevin tələbələrinin- Təhsin Mütəllimovun, Nizami Cəfərovun və başqalarının çox böyük rolu olur. Eləcə də bu gün onların tələbələri artıq layihələrimizdə geniş iştirak etməyə başlayıblar. Yəni bir növ, Ədibin evi müəllimdən-ustaddan tələbəsinə miras kimidir. Bu yol müəllim-tələbə əlaqələri vasitəsi ilə nəsillərdən nəsillərə ötürülür.
Bu günə kimi “Ədibin Evindən hekayələr” layihəsində ustad yazıçılarımız, aktyorlarımız, qiraətçilərimiz hekayələr səsləndirirdilər. Onların arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri- İlham Namiq Kamal, Şövqi Hüseynov, Mehriban Zəki və başqaları da var. Bu dəfə isə qərar verdik ki, artıq peşəkarlar deyil, gənclər, tələbələr bu layihədə iştirak etsinlər. Təbii ki, ilk seçimimiz də Mədəniyyət və İncəsənət Universiteti oldu. Çünki bu universitet yüz ildir mədəniyyətimizə saysız-hesabsız istedadlı sənətçilər, sənətkarlar yetişdirib. İndinin tələbələri də, inanırıq ki, gələcəyin tanınmış sənətçiləri olacaqlar.
Rektor Ceyran Mahmudovaya təşəkkür edirəm ki, təklifimizi çox gözəl şəkildə qəbul etdi və bizə dəstəyini əsirgəmədi.
Bu da müəllim-tələbə kontekstinin bir nümunəsi oldu. Hekayələri əvvəl müəllimləri səsləndirirdi, indi isə tələbələri səsləndirirlər. İl boyunca “Ədibin Evindən hekayələr”i tələbələr oxuyacaqlar. Bir neçə gün öncə ilk buraxılışımız təqdim olundu və indidən böyük marağa səbəb olduğunu görürük.
Ümumiyyətlə, hesablamalarımız göstərir ki, “Ədibin Evindən hekayələr”ə geniş ictimai rəğbət var. Çünki ilk buraxılışlarımız 30 mindən çox izləyici qazandı və gün keçdikcə bu rəqəm daha da artmağa başladı. İnanıram ki, tələbələrimizin ifası da cəmiyyətimizdə bu cür maraq yaradacaq və gənclərimizdə mütaliə vərdişlərinin artmasına kömək edəcək”.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

