Ölümsüzlüyün sirri: Bilqamış (Bilgəmiş) haqqında dastan
10.05.2024 [11:00]
Qədim dünyanın ölümsüzlük haqqında ən məşhur eposu Bilqamış (Bilgəmiş - bilən, bilgiyə ərmiş) haqqında dastandır. Bilqamış əfsanəsinin əsas hissələri Mesopotamiya, İsrail, Suriya və Türkiyə ərazilərində tapılıb. Eposun digər variantına Türkiyənin Hattuşa bölgəsində, Het arxivlərində rast gəlinib. “Bilqamış” eposu Şumer sivilizasiyasının bəşəriyyətə bəxş etdiyi ən qiymətli ədəbi-mədəni abidədir.
“Bilqamış” mətnlərinin ilk versiyaları eramızdan əvvəl II minilliyin əvvəllərinə aiddir. Eposun ən dolğun variantı isə Ninevada Aşşurbanipalın (e.ə. 668-630) kitabxanasında saxlanıb. Eposun bu nüsxələri on iki gil lövhəyə yazılıb.
Yarıminsan, yarımtanrı hökmdar
Epos qəhrəmanının prototipi olan Bilqamışın özü əfsanələşmiş tarixi şəxsiyyət hesab olunur. Onun eramızdan əvvəl üçüncü minilliyin birinci yarısında Uruk şəhərinin hökmdarı olduğu güman edilir. Eramızdan əvvəl ikinci minilliyin əvvəllərində tərtib edilmiş Şumer kralları siyahısında Bilqamışın da adı çəkilir. Bilqamış Uruk dövlətinin Birinci Sülaləsinin beşinci kralı olmuş, rəvayətə görə, 126 il hökmranlıq etmşdir. Əlbəttə, bu rəqəm reallığı əks etdirə bilməz, elə buradan görünür ki, əsərin qəhrəmanı yarımifik insandır. Şumer mətnlərində Bilqamış fövqəltəbii varlıq kimi təsvir olunur.
Dastanın şumer versiyasında Bilqamışın əhvalatları sonradan bir variantda birləşdirilən beş hissədən ibarətdir: Bilqamış və Ağqa, Bilqamışın ölümü, Bilqamış və yeraltı dünya, Bilqamış və cənnət, Bilqamış və qaranlıq dünya - Humbaba. Dastanın, demək olar, bütün bölümləri Bilqamışın qəhrəmanlığından, yenilməz döyüşçü olmasından, həyatın və ölümün mənasını axtarmasından bəhs edir.
Epos kral Bilqamışın keşməkeşli həyatının sonlarına yaxın tikdirdiyi Uruk şəhərinin təntənəsi ilə başlayır. Kral Luqalbandanın və ilahə Ninsunun oğlu, yəni yarımtanrı Bilqamış ilk vaxtlarda şəhər əhalisini incidən bir tiran kimi göstərilir. Bilqamışın əlindən cana doyan insanlar ondan tanrılara şikayət edirlər. Tanrılar yenilməz gücə sahib Bilqamışın qarşısını almaq üçün vəhşi varlığı - Enkidunu yaradıb onun üstünə göndərirlər. Bilqamış öz düşmənini Şamhat adlı bir qadınla görüşdürür. Enkidu yeddi gün qadınla sevişir, bundan sonra vəhşilikdən çıxıb insana çevrilir. Dastanda deyilir ki, Enkidu sevginin, çörəyin və şərabın nə olduğunu biləndən sonra dəyişib insanlaşır.
Urukda Enkidu Bilqamışla qarşılaşır, uzun sürən döyüşdə heç biri digərinə qalib gələ bilmir. Nəhayət, onlar savaşı sonlandırıb dost olmağa qərar verirlər. Sonra iki dost vəhşi Humbabanın qoruduğu sidr meşəsinə gedir.
Bilqamış dastanı sirli-sehirli epos təhkiyəsiylə yazılıb: “Sidr meşəsini qorusun deyə Enlil insanları qorxutmağı ona tapşırdı. Humbaba səsi ilə tufan qaldırdı, dənizi tərpədib, yeri titrətdi. Fırtınalı külək kimi savaş başlatdı. Dünyanı sel kimi titrətdi! Qəzəbi şiddətli döyüş kimidir: ağzını açır - göy titrəyir, dağlar əsir, daşlar silkələnir. Bütün canlılar uçuruma yuvarlanır... Onun ağzı alovdandır, ölüm onun nəfəsidir!”
Tanrıların qəzəbi
Dastanda Humbabanı öldürən Bilqamış və dostu Enkidu meşədəki sehirli sidr ağaclarını kəsib qalib kimi Uruk şəhərinə qayıdırlar. İlahə İnanna Bilqamışın Humbabaya qalib gəldiyini görüb ona aşiq olur. Bilqamış isə tanrıçanın aşiqlərinin faciəli talelərini xatırlayaraq, onun sevgisini rədd edir. Bilqamışdan rədd cavabı alan ilahə qəzəblənir və cənnət buğasını onun Uruk şəhərini məhv etməyə göndərir. Bilqamış Enkidunun köməyilə nəhəng buğanı öldürərək şəhəri xilas edir.
Tanrılar səmavi buğanın öldürülməsini narazılıqla qarşılayırlar. Onlar Bilqamışı cəzalandırmaq üçün onu ən zəif yerindən vurmaq qərarına gəlirlər. Tanrılar Enkiduya sirli bir xəstəlik göndərirlər. Əziz dostunun ölümünü çarəsizcə seyr etməkdən savayı Bilqamışın əlindən heç nə gəlmir. Enkidunun ölümü tarixdə dönüş nöqtəsi olur. Bilqamış başa düşür ki, özü də ölümlüdür, çünki o, dastanda deyildiyi kimi “üçdə iki tanrı, üçdə bir insan”dır, yəni, onun özü də ölümə məhkumdur. Bundan sonra Bilqamışın həyatında yeni dönəm başlayır. Onun yeni məqsədi ölümsüzlük axtarışı olur. O, tanrıların hədiyyəsi olaraq əbədi həyat qazanmış yeganə iki insanla - böyük daşqından sağ çıxa bilmiş Utnapiştim və onun xanımı ilə görüşməyə gedir (yeri gəlmişkən, Utnapiştim semit dinlərindəki Nuh obrazının qədim əcdadıdır).
Gerçək ölümsüzlük
Beləliklə, Bilqamış dünyanın sonundakı bir meyxanaya girir. Onun ölümsüzlük axtardığını bilən meyxana sahibi ilahə Siduri ona bunları söyləyir: “Bilqamış! Hara gedirsən? Axtardığın həyatı tapa bilməyəcəksən! Tanrılar insanı yaradanda ona ölüm də bəxş ediblər. Həyatımız onların əllərindədir. Sən, Bilqamış, gecə-gündüz şadlan. Hər gününü bayram elə, oyna, rəqs elə! Paltarın yüngül olsun, saçlarını müqəddəs su ilə yu! Bax, uşaqlar adamın əlindən necə tuturlar, sən də öz dostunu elə qucaqla, onu sevindir! İnsanın işi yalnız budur!”
Bu fikirlər olduqca ibrətamizdir. Bu parçadan çıxan nəticəyə görə, insan ?er üzünə xoşbəxt olmaq, yaxşı əməlləriylə özündən sonra iz qoymaq üçün gəlir. Həyatın mənası ölümsüzlükdə deyil, verilən ömrü mənalı, xoş yaşamaqdadır.
Sonrakı bölümlərdə Bilqamış Utnapiştimi tapır, bu müdrik insan ona dünya daşqını barəsində danışır. Məlum olur ki, canlılar arasında Utnapiştim və onun həyat yoldaşının ölümsüzlüyü istisnadır. Bilqamışın isə bu taleyi bölüşmək şansı yoxdur. Ancaq onun bir çıxış yolu var: Bilqamış qocalarkən yenidən cavanlığını qaytarmağa kömək edəcək sehirli çiçəyi tapmalıdır. Qəhrəman uzun axtarışlardan sonra gənclik çiçəyini tapır. Çiçəyi dərib öz yurduna, Uruka doğru yol alır. Yolda yorğunluğunu çıxarmaq üçün çayda çimmək fikrinə düşür. Bilqamış çayda çiməndə bir ilan həmin çiçəyi oğurlayaraq yeyir. Beləliklə, Bilqamış fiziki ölümsüzlüyə nail ola bilmir.
Dastan şeirlə başladığı kimi Bilqamışın tikdirdiyi Uruk şəhərinin hündür divarlarını tərənnüm edən bir nəğmə ilə də başa çatır. Əslində, Uruk şəhərini yenidən qurub-yaratması Bilqamışa mənəvi ölümsüzlük gətirir.
Qədim şumer-türk mədəniyyətinin şah əsərləri olan Bilqamış eposundan çıxan nəticə belədir: hökmdar nə qədər qüdrətli olur olsun, o, tanrı deyil, ölməz deyil. Sonucda kral da bir insandır, bütün insanlar kimi onun da ömrü sonludur. Məhz bu detal Şumer ilə Misir sivilizasiyası arasındakı mühüm fərqlərdən biridir. Bilqamışın qazana biləcəyi yeganə ölümsüzlük forması xalqın yaddaşıdır. Bu, əbədi yaddaşdır.
Eposda Bilqamış Uruk şəhərini düşmənlərdən qorumaq üçün möhkəm qala-divarlar tikdirir, ölkəsini ədalətlə idarə edir, insanların əbədi sevgisini qazanır. Şumer incisi olan “Bilqamış” dastanı bu gün də öz tərbiyəvi-əxlaqi dəyərini qoruyub saxlamaqdadır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

