Saz ocağı, sənət məbədi olan muzey
04.03.2017 [10:40]
Hüseyn Həsənovun özünün şəxsi evində yaratdığı Aşıq Ələsgər muzeyində ustad aşığımızın sazı və bəzi əşyaları ilə yanaşı, üç mindən artıq eksponat, lent yazıları və kasetlər qorunub saxlanılır
Azərbaycanda tarixən çox istedadlı aşıqlar yetişib. Onların arasında isə Aşıq Ələsgər aşıqlar dünyasının sultanı hesab olunur. Elə məhz bu səbəbdəndir ki, Aşıq Ələsgər məktəbinin çox böyük yetirmələri olub. Göyçə mahalının Ağkilsə kəndində dünyaya gələn, yaşayıb-yaradan dədə Ələsgərin şöhrəti Azərbaycanın digər guşələrini də əhatə edib. O, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Dədə Ələsgər aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirib, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli bir şair-aşıq kimi yox, həm də tanıyanların qəlbində bir ocaq, pir, bir övliya kimi heykəlləşib.
Qeyd edək ki, Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilib. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunub. Eyni zamanda, 1997-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib və dövlət başçısının Sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib. Onu da xüsusi vurğulayaq ki, təkcə dövlət səviyyəsində deyil, sadə insanlar tərəfindən də Aşıq Ələsgərin zəngin irsi yaşadılır. Belə insanlardan biri də sadə peşə adamı Hüseyn Hacıqulu oğlu Həsənovdur. Belə ki, Hüseyn Həsənov özünün şəxsi evində - Nərimanov rayonu, Atatürk prospekti 37, mənzil 75-də Aşıq Ələsgər muzeyi yaradıb. Bir sözlə, 5 otaqlı evinin 4 otağını muzey edib.
Aşıq Ələsgərlə babası Məşədi Həsənin çox yaxın dost olduğunu deyən Hüseyn Həsənovun sözlərinə görə, sürücülüklə məşğul olduğu müddətdə rayonlara səfər edərkən aşıqları ziyarət edib, soraqlaşa-soraqlaşa Aşıq Ələsgərlə bağlı məlumatlar toplayıb. Eyn zamanda, Aşıq Ələsgərlə bağlı əşyaları, onun haqda yazılan şeirləri, kitabları, digər maddi nümunələri toplayaraq evinə gətirib: “Aşıq Ələsgər muzeyinin yaradılması ideyası məndə elə sürücülük etdiyim ilk vaxtlardan yarandı. Həmişə düşünmüşəm ki, Göyçə mahalının şöhrəti, xalqımızın fəxri olan Dədə Ələsgərin yaradıcılığını yaşatmalıyıq. Bu səbəbdən də, rayonlara səfər edərkən aşıqları ziyarət edirdim, soraqlaşa-soraqlaşa Aşıq Ələsgərlə bağlı nə məlumat əldə edirdimsə, həmin məlumatları, əşyaları, onun haqda yazılan şeirləri, kitabları, digər maddi nümunələri toplayıb evimə gətirirdim. 1988-ci ildə Qərbi Azərbaycandan bütün soydaşlarımız məcburiyyət qarşısında doğma yurdumuzu tərk etdilər. Aşıq Ələsgər yurdu olan Göyçə mahalı da mənfur ermənilərə qaldı. Belə olan halda onun adına nəsə yaratmağa qərar verdim”.
Hüseyn Həsənov deyib ki, 2002-ci ildən yaradılan muzeydə Aşıq Ələsgərə məxsus olan saz, xrom çəkmə və bel kəməri saxlanılır. Muzeydə həmçinin 3000 eksponat, 1500 aşığımızın fotoşəkili, 900 val, şair-aşıqların 500 kitabı, həmçinin 4 ədəd bahalı qrammofon, 3 patefon, lent yazıları, kasetlər və s. qorunur: “Doğrudur, Aşıq Ələsgərin adı tarixə düşüb, amma muzey onu bu gün də yaşadır. Bir çox el sənətkarı olan aşıqlarımız var ki, bəzilərinin nəsillərində imkanlı adamlar olduğu üçün onların yaradıcılığını daha yüksək təbliğ edirlər. Amma Ələsgər bütün aşıqların ən zirvəsində dayanır. Bir çoxları Ələsgərin dizinin üstündə oturub saz çala-çala aşıqlıq öyrəniblər. Həmin aşıqlar Dədə Ələsgərin yaradıcılığını yaşadıblar və bu gün də yaşadırlar. Mən həmin aşıqlar haqqında da məlumatları toplamışam”.
Bununla yanaşı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin 1937-41-ci illərdə Azərbaycan folklorunu, şifahi xalq ədəbiyyatı və musiqi folklorunu toplayaraq tədqiq etdiyi materiallar əsasında hazırlanmış 12 cildlik “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” adlı kitabı da muzeydə öz yerini alıb. Bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavid ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tərəfindən muzeyə hədiyyə edilən “Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrul Cavid” adlı 10-cu cildində Aşıq Ələsgər irsi haqqında geniş məlumatlar əks olunub. Ərtoğrulun əlyazmalarında Cavid əfəndinin “Aşıq Ələsgər Aşıqlar dünyasının zərgəridir” deyə adlandırması xüsusi diqqət çəkib.
Muzeyin yaradıcısı bizimlə söhbətində qeyd edib ki, Ümummilli lider Heydər Əliyev daim Aşıq Ələsgər yaradıcılığına yüksək qiymət verib. Sovet dövründə də, müstəqillik illərində də böyük sənətkarın yubileyləri keçirilib. Onun sözlərinə görə, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinə böyük qayğı göstərir.
O, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlının da Aşıq Ələsgərin zəngin ədəbi irsinin qorunub saxlanılması istiqamətində gördüyü işləri, o cümlədən Aşıq Ələsgər külliyyatının hazırlanmasını və aşığın sözlərinə yazılmış mahnılardan ibarət diskin ərsəyə gəlməsini yüksək qiymətləndirib.
Hüseyn Həsənov deyib ki, bu muzey yaradılandan sonra onu ziyarət edənlər də çoxdur. Bunların arasında Azərbaycanın tanınmış elm adamları, ictimai xadimlər, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, xarici dövlətlərin Azərbaycandakı səfirləri də olub. O, muzeyə qayğı göstərənlərin sırasında mərhum Xalq şairi Zəlimxan Yaqubun da olduğunu və 2006-cı ildə onun muzeyə ziyarətini xüsusi xatırladığını söyləyib. Xalq şairi muzey haqqında belə deyib: “Sazın-sözün, sənətin beşiyinə, evinizə, ev muzeyinizə gəldiyim üçün özümü xoşbəxt hesab edirəm. Balaca bir otağa sazın-sözün dünyasını yerləşdirən ürəyinə, zövqünə, məhəbbətinə eşq olsun. Bir universitetin işini təkbaşına gördüyün üçün qeyrətinə baş əyirəm. Bu otağa muzey demək azdır, bu, saz ocağı, sənət məbədidir. Burada Azərbaycan xalqına başucalığı gətirən böyük şəxsiyyətlərin, nağıllı, dastanlı gecələrin ətri və nəfəsi var. Müqəddəs bir ziyarətə gəldik. Ziyarətimiz qəbul olsun”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44

