Divana döşəli Budda
08.03.2023 [12:00]
İvan Aleksandroviç Qonçarovun “Oblomov” romanı haqqında
Gözdən-könüldən uzaq əyalət kəndi. İdillik məkan. Bu kənddə vaxt irəliləmir, zaman öz oxu ətrafında fırlanır. Bu kəndin insanı zəhmiylə əzən uca dağları, sərt qayaları yoxdur, əvəzində yazda yaşıl çəmənlə, qışda qarla örtülən alçaq, həlim təpələri var. Bu yerlərin cəhənnəm xofuyla dolu ucsuz-bucaqsız okeanları, dənizləri, vahiməli meşələri, meşəsində aslanları, ayıları, qurdları yoxdur. Burada göy də yerə başqa yerlərdə olduğundan daha yaxındır. Yaz da, qış da buralara vaxtında gəlir, buraların yazı tufansız, qışı çovğunsuz ötüşür. Burada insanlar yarıyuxulu ömür sürürlər, təbiətlə iç-içə, həmahəng, həm süst, həm də arxayın yaşayırlar. Onları alovlu ehtiraslar dingildətmir, qəhrəmanlıq, fədakarlıq arzusu həyəcanlandırmır. Həyat onların yanından sakit bir çay kimi axır, onlarsa bu çayın qırağında durub suyun-selin axışını təmkinlə seyr eləyirlər. Bu kənddə oğru, qatil, talançı yoxdur. Bura dinclik, sakitlik, rahatlıq məbədidir. Burada adamlar heç kəslə heç nəyin davasını çəkmirlər, bərəkətli torpağın verdiyi nemətlərdən yeyib-içib şirin yuxuya dalırlar. Onlar torpağı əkib-becərsələr də, gərgin, ağır əməyə Allahın cəzası kimi baxırlar. Bu kənddə uzun illər boyunca ölüm-itim də baş vermir, ölən də lap qocalıb əldən düşəndən, əriyib-itəndən sonra ölür, dinməzcə yoxa çıxır. Bu kəndin sakinləri bilirlər ki, haradasa uzaqlarda Moskva, Peterburq adlı böyük şəhərlər, onlardan da o yanda fransızların, almanların yaşadığı əcaib ölkələr var, ancaq onlar şəhərə dartınmırlar, əbədi sakini olduqları cənnətdən çıxmaq istəmirlər...
Peterburqun mərkəzi küçələrindən birində kirayələdiyi mənzildəki divanın üstündə yatan İlya İliç Oblomov uşaqlığının panteistik cənnətini yuxuda görür. Onun yuxusu dünya ədəbiyyatının ən parlaq səhifələrindən biridir.
On iki ildən bəri Peterburqda yaşayan Oblomov cənnətdən qovulmuş Adəm kimi nə əyyamdır öz kəndinə - dədə-baba mülkünə qayıda bilmir. Oblomovka adıyla tanınan bir neçə para kənddə onun atasından qalma üç yüz əlli təhkimli kəndlisi var. Şəhərdə o, çox yaxşı təhsil alıb, həvəssiz də olsa, bir müddət dövlət qulluğunda çalışıb, işində kobud səhvə yol verəndən sonra xəstəlik bəhanəsiylə qulluqdan uzaqlaşıb, kənddəki mülkündən gələn gəlirlə təvazökar dolanmağa alışıb. Artıq onun otuz üç yaşı var, yeyib-yatmaqdan, hərəkətsizlikdən xeyli kökəlib, demək olar, bütün gününü divanın üstündə, yataqda keçirir.
Piterdəki mənzilində o özünə Oblomovkadakına bənzər qapalı məkan yaradıb. Onun yaşadığı ev - evdən də çox Diogenin çəlləyinə bənzəyir. Eşikdə qaynayan həyat, işıqlı dünya çirkli pəncərələrdən, qalın pərdələrdən keçib onun kahasına yol tapa bilmir. Evi yüzillik toz basıb, hər künc-bucaqda hörümçək tor qurub. Burada divar saatından başqa vaxtın keçdiyini göstərən heç bir əlamət yoxdur. Oblomovu qıraq aləmə bağlayan arada dükan-bazara getməyə məcbur qalan nökəri Zaxar, bir də onu ziyarətə gələn köhnə tanışlarıdır.
Ziyarətinə təşrif buyuranlara Oblomov soyuqdan gəldiklərinə görə əl vermir, üşüyüb azarlamaqdan qorxur. Əlbəttə, bu məqam rəmzi məna daşıyır, Oblomov yaxşı tanıdığı soyuq, amansız, qəddar Peterburq mühitiylə təmasa girməkdən çəkinir. Gün ərzində tanışları bir-bir ona dəyirlər, cürbəcür məsələləri onun parlaq zəkasının işığına tuturlar. Oblomov mənəvi dəyər verməkdə ustadır, bu məsələdə onu yanıltmaq, aldatmaq mümkün deyil. Adamlar onun timsalında həqiqətin, səmimiyyətin ziyarətinə gəlirlər, Günəş kimi tərpənməz olan Oblomov yatağından qalxmadan öz başına planetlər, peyklər toplayır.
O, Peterburq həyatının qaçhaqaçına, qovhaqovuna, puç, mənasız, yalançı dəyərlərinə, faydasız, səmərəsiz əziyyətinə mərhəmət qarışıq heyrətlə baxır: axı bütün bunlar nəyə gərəkdir? Yoldaşları onu divandan qaldırıb şəhər kənarındakı ənənəvi may gəzintisinə aparmağa çalışırlar, onu kübar cəmiyyətə qaynayıb-qarışmağa çağırırlar. Fəqət Oblomov həyata seyrçi mövqedən baxmağı üstün tutur: axı ömrü poçt atı kimi qovmağın nə mənası var?..
Nökəri Zaxar da ağası kimi tənbəldir, təmizlikdə əli yoxdur, qab-qacağı tez-tez salıb sındırır. O da düşünür ki, əmək - cənnətdən qovulmuş bəşərə Allahın cəzasıdır. Nə qədər deyingən olsa da, Zaxar Oblomova kölə sədaqətiylə bağlıdır, özündən iyirmi neçə yaş kiçik ağasını ta uşaqlıqdan qucağında böyüdüb, bacardığı qədər onun nazını çəkib. İlya İliçin məişətdə əli yoxdur, onun məişətdəki əli elə həmin Zaxardır, fəqət o da şikəst əldir. Nökəri ona ev yiyəsinin tələbini çatdıranda Oblomov dəhşətə gəlir: necə yəni evi boşaltmaq, adam da səkkiz il yaşadığı evdən çıxıb başqa yerə köçərmi?!
Bir yandan da kənddən bəd xəbər gəlir, iş icraçısı mənhus məktubunda quraqlıq üzündən qıtlıq yarandığını, gəlirin əvvəlki ilə nisbətən xeyli az olacağını bildirir. Oblomov gün ərzində nə qədər qıcansa da, ona cavab yazmağa özündə güc-qüdrət tapmır. Halbuki bir zaman o, kəndə qayıdıb orada islahat aparmağı, öz cənnətində əbədi məskunlaşmağı arzulayırdı. Ancaq daha iş-işdən keçib, Oblomov real həyatdan get-gedə bir az da uzaqlaşır, onun divandan düşə biləcəyinə ümid qalmayıb. Eşikdə qaynayan dünya daha onu heç nəylə cəlb eləmir, İlya İliç nə müddətdir qəzet-jurnal da oxumur, gündəlik həyatın puç, ötəri qayğıları, kübar cəmiyyətin miskin əyləncələri onu maraqlandırmır.
Uşaqlıq dostu Andrey Ştolts məhz belə bir ümidsiz, çarəsiz məqamda özünü ona yetirir. Dostlar bir zaman Andreyin atası İvan Ştoltsdan dərs alıblar, Andrey ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkən İlyaya həmişə kömək göstərib.
Atası alman, anası rus olan Ştolts Oblomovun antipodu, hər mənada onun tərsidir. Dahi psixoloq, analitik psixologiya məktəbinin banisi Karl Yunqun təbirincə desək, Oblomov - introvert, Ştolts - ekstravert tipdir. Anası kimi pravoslav məzhəbinə mənsub olsa da, rusca dil açsa da, Andrey xaraktercə tam bir almandır. Müəllif onun qazancının mənbəyini oxucudan gizlətməyə çalışır, bununla belə məlumdur ki, Ştolts işgüzar adamdır, çox güman, roman müəllifinin özü kimi xarici ticarət departamentiylə sıx əlaqəsi var (bir dövrdə yaşadığı başqa məşhur rus ədiblərindən fərqli olaraq Qonçarov zadəgan deyildi, Simbirskdə çox varlı bir tacirin ailəsində dünyaya gəlmişdi), bir sözlə, ticarətlə məşğul olur. Onu hətta sosiologiyanın patriarxlarından sayılan Maks Veberin “protestant ruhu - kapitalist etikası” konsepsiyasına illüstrasiya da saymaq olar; eynən Veberin təsvir elədiyi tip kimi Ştolts da işləmək naminə işləyir, daim işgüzar səfərlərdə olur, bir yerdə qərar tutmur, Avropanı qarış-qarış dolaşır, bir sözlə, o, xalis əməl adamıdır.
Oblomov dostundan soruşur: yəqin o, sərvətini ikiqat artırandan sonra rahatlıq tapacaq, eləmi? Ştolts cavabında deyir ki, qazancı dördqat çoxalsa belə işləməkdən vaz keçməyəcək, daim var üstünə var gətirməyə çalışacaq. Onda Oblomov heyrətə gəlir: əgər bütün bu əlləşib-vuruşmalar sonda rahatlığa, sükunətə, asudəliyə gətirib çıxarmayacaqsa, bunun nə mənası var?..
Ardı var...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

