ANAR
14.03.2023 [10:50]
Görkəmli ədibin yubileyinə təbrik əvəzi
Anar Azərbaycanda ən çox oxunan, əsərləri ən çox müzakirə olunan yazıçılardandır. O zaman uşaq olsam da, yadımdadır ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı işıq üzü görəndən sonra az qala hər küçəyə, hər evə çəkişmə-dartışma salmışdı. Anlayan da, anlamayan da Təhminə başda olmaqla bu romanın personajlarını öz tərəzisinə qoyub çəkirdi, onları danlayırdı, mühakimə eləyirdi, ancaq çox az adam başa düşürdü ki, bu kimi əsərlər ədəbiyyata yeni tendensiyalar gətirir, yeni zövq, yeni üslub, yeni məktəb formalaşdırır, “Ağ liman”la, “Macal”la bəslənən uşaqların, gənclərin başını keyfiyyətsiz makulaturayla, cızma-qaralarla aldatmaq artıq mümkün olmayacaq. Ədəbiyyatımıza, ümumən incəsənətimizə modernizm dalğası gətirmiş, dünya ədəbiyyatıyla genetik bağlarımızı bərpa eləmiş altmışıncılar nəslinin öncüllərindən biri kimi Anarın yeni oxucu tipi yaratmaqda, yeni zövq tərbiyələndirməkdə xidməti əvəzsizdir.
Onun yaradıcılığı çoxşaxəlidir - nəsr, dramaturgiya, tənqid, publisistika, esseistika, kino, jurnalistika... hətta poeziya. Bu sahələrin hər birində Anar öz dövrü üçün hadisə yaratmağı bacarıb. Ədəbiyyatımızda modernizmin pionerlərindən olan “Ağ liman” nəsrimizdə nə boyda hadisədirsə, “Nəsrin fəzası” məqaləsi tənqidimizdə, “Dədə Qorqud dünyası” essesi elmi publisistikamızda, “Üzeyir ömrü” filmi kinomuzda, “Qobustan” jurnalı da mətbuatımızda elə o boyda hadisədir.
...Yadımdadır, atam qaranəfəs evə gəldi, anama məni təcili geyindirib-kecindirməyi tapşırdı. Yeddi yaşım olardı, atamı heç vaxt sözün müsbət mənasında elə həyəcanlı görməmişdim. Kinoya xüsusi maraq göstərməyən, kinoteatra çox nadir hallarda gedən (doğrusu, bundan başqası heç yadıma gəlmir) atam məni təmtəraqla “Dədə Qorqud” filminə baxmağa apardı. Düzdür, film hələ rusca nümayiş olunurdu, öz dilimizdə hələlik səsləndirilməmişdi, mən də danışılanlardan çox az şey anlayırdım, bununla belə təkcə o şəkillərə baxmaq, dastandan oxuduğum parçaların əyani təsvirlərini görmək də bir uşağın öz tarixinə, folkloruna dalması üçün yetərliydi.
İndiki uşaqları, gəncləri o filmlərə baxmağa məcbur eləmək az qala mümkünsüzdür, ancaq bu o demək deyil ki, o filmlər, o əsərlər, o kitablar, o dərgilər öz işini görməyib. Görüb. Kimisi missiyasını başa vurub, kimisinin hələ gələcəkdə də görəcəyi işlər var. Anarın bədii-dramaturji yaradıcılığının sovet cəmiyyətinin neqativlərinə həsr olunmuş səhifələri bu gün aktual görünməyə bilər (çünki içində Anarın da olduğu nəhəng bir proses sonda o cəmiyyətin dağılmasına gətirib çıxardı), fəqət “Ağ liman”, “Macal”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi incilər hələ uzun müddət aktuallığını qoruyacaq. Belə əsərlərin gələn onilliklərdə, yüzilliklərdə də maraq doğuracağına inanıram...
Sovet dövründə qazandığı şöhrətin, hörmətin, məhəbbətin sanki bədəli kimi təqribən son iyirmi beş ildə Anar bəs deyincə tənqid olunub. Bu tənqidlərin haqsız tərəfləri çox olsa da, haqlı tərəfləri də olub. Həm də tənqidlərin mütləq çoxluğu Anarın yaradıcı fəaliyyətinə yox, ictimai fəaliyyətinə yönəlib. Əminəm ki, Yazıçılar Birliyinin sədri olmasaydı, bu qədər tənqid gülləsinə də tuş gəlməyəcəkdi. Mən o fikirdə olmamışam, heç vaxt da olmaram ki, Anarı, ya başqa bir böyük yazıçımızı, şairimizi (ölü olsun, diri olsun, fərq eləməz) tənqid eləmək yaramazlıqdır, ancaq bu işə girişən qoçağın da gərək ağlı, savadı, istedadı Anarınkına bab gəlsin. Elə buradaca deyim ki, görkəmli ədibimizə yarınmaq məqsədiylə onun haqqında yazılmış dayaz mədhiyyələr də elə o haqsız tənqidlər, şər-böhtanlar qədər, yumşaq desəm, etiraz doğurur. Anar müəllimin yerinə olsaydım, bu cür ucuz xidmət göstərənləri, üzdə bir söz, daldada başqa söz danışanları cəzalandırar (bunun üçün onun əlində yetərincə işlək mexanizm var), onlara bu işlə məşğul olmağı qadağan eləyərdim.
Anarın da təmsil olunduğu nəsil Azərbaycan ədəbiyyatında, incəsənətində bütöv bir epoxa yaradıb. Çox təəssüf ki, ölkəmiz müstəqillik qazanandan sonra bu işləri əvvəlki səviyyədə aparmaq mümkün olmadı. Həm də təkcə bizdə yox, bütün postsovet məkanında. Qırılan mexanizmlər hələ də bərpa olunmayıb. Moskvanı itirdik, ancaq İstanbulu fəth eləyə bilmədik, rusdilli oxucunu əldən verdik, fəqət nəinki ingilisdilli, heç türkdilli oxucuya da gedib çata bilməmişik. Demişəm, yenə deyirəm (guya nəsə kəşf eləmişəm): bu işləri başa gətirməkdən ötrü möhkəm mexanizm qurulmalıdır, ən azından Türkiyənin ciddi nəşriyyatlarıyla işgüzar münasibətlər yaradılmalıdır. Şeiri hələlik qoyuram bir qırağa, nəsrimizdə dünya arenasına çıxarılası əsərlər var, az da deyil. Yazıçılar Birliyi bu missiyanın öhdəsindən gələ bilər, bir şərtlə ki, belə işlər vicdanlı, obyektiv, həm də savadlı, istedadlı adamlara həvalə olunsun. Ciddi ədəbi mühitə qeyri-ciddi adamlar vasitəsilə yol tapmaq, vallah-billah, mümkün deyil!
Bu kiçicik yazını belə bədbin əhvalla bitirmək istəməzdim. Əslində, mən yubiley təbriki yazmaq istəyirdim, amma göründüyü kimi, araya giley-güzar da qatdım. Uman yerdən küsərlər.
Bu gün milli ədəbiyyatımızda, incəsənətimizdə müstəsna yer tutan yazıçı Anarın 85 yaşı tamam olur. Bu münasibətlə həm öz adımdan, həm də təmsil olunduğum redaksiyanın kollektivi adından görkəmli ədibimizi təbrik eləyir, ona can sağlığı diləyirəm! Qoy onu sevənləri bundan sonra da sevindirsin!
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

