Təsadüflər cənnətindən zərurət türməsinə
27.04.2023 [11:00]
Alber Kamünün “Yabançı”
romanı haqqında
Vur-tut qırx dörd yaşında Nobel mükafatına layiq görülmüş Alber Kamü filosoflar arasında yazıçı, yazıçılar sırasında filosofdur. Əlcəzairin kasıb məhəlləsində atasız, ehtiyac içində böyüsə də, bir fikir adamı kimi o, çox tez yetişmişdi. 1960-cı ildə dostu, naşiri Mişel Qallimarla birgə ölümcül avtomobil qəzasına düşən qırx yeddi yaşlı Kamü özündən sonra üç bitkin roman, xeyli esse, hekayə, pyes, üstəlik, dünyaya sığmayan azman ad-san qoyub gedib.
O, iyirminci əsr ədəbiyyatına, düşüncəsinə ən çox təsir göstərmiş müəlliflərdən sayılır. Hələ sağlığında şöhrəti göz qamaşdırırdı, anlayan da, anlamayan da onu yamsılamağa, onun personajlarının qılafına girməyə çalışırdı. Parisdə onun təlimini bir növ həyata keçirən, nəzəriyyədən praktikaya çevirən məbədlərə bənzər absurd kafeləri açılmışdı, gənclər bu rind ocaqlarında içib-çəkib hallanır, fani zamanı, puç həyatı yelə verirdilər. Kamü öz fəlsəfəsinin bu sayaq interpretasiyasını bəyənmirdi, yazdıqlarının, dediklərinin düzgün anlanmamasını özünə dərd eləyirdi. Epikürdən Nitsşeyəcən ta qədimdən üzübəri filosofların fikirlərini yanlış yozan belə pəjmürdə hallar çox olub.
Kamü bir əli ədəbiyyatda, bir əli fəlsəfədə olan müəllif idi, deyirdi ki, filosof olmaq istəyirsənsə, roman yaz. Özünün ilk romanı “Yabançı” ilə ilk böyük fəlsəfi essesi “Sizif haqqında mif”i, demək olar, eyni zamanda, paralel şəkildə ərsəyə gətirmişdi, həm də hələ otuz yaşına çatmamış. Kamünün fəlsəfi baxışlarına bələd olmadan onun bədii yaradıcılığını anlamaq mümkün deyil. Özü bu anlayışdan xoşlanmasa da, Alber Kamü bir filosof kimi Sören Kyerkeqor, Martin Haydegger, Karl Yaspers, Nikolay Berdyayev, Jan-Pol Sartrla bir sırada ekzistensializm cərəyanının nümayəndəsi sayılır. Ekzistensialistlər iki qismə bölünürdülər - bir qismi teist, bir qismi ateist idi. Sartrla Kamü mövcudluq fəlsəfəsinin ateist qanadının başında dururdu.
Dilimizə alim-tərcüməçi Cavanşir Yusiflinin çevirdiyi “Yabançı” romanı Kamü dünyagörüşünün bədii şərhidir. Bu səbəbdən əsər bəzi tədqiqatçılara quru, sxematik, həyatdan uzaq görünür. Onlar romanın baş qəhrəmanı (hərçənd bu sözü ona aid eləmək çox çətindir) Mersonun canlı insandan çox fəlsəfi-psixoloji konstrukt, hipotetik varlıq olduğunu söyləyirlər. Zənnimcə, bu fikirlə qismən razılaşmaq olar, ancaq qismən! “Yabançı” cəmiyyətdəki qüsurları ifşa eləməyi hədəf götürmüş adi realist roman deyil, bu əsərə sosial romanın meyarlarıyla yanaşmaq doğru nəticəyə aparıb çıxara bilməz. “Yabançı” eynən Kafkanın “Qəsr”i, “Məhkəmə”si kimi ədəbi-fəlsəfi pritçadır, buradakı obrazlar, hadisələr həm realdır, həm də real deyil. Merso bir yandan fəlsəfi ümumiləşdirmə, o biri yandan real adamların arasında yaşayan canlı insandır. Burada mücərrədlə konkret, nəzəriyyə ilə praktika ruhla bədən kimi bir arada, bir qabdadır, ikisindən biri olmasa, o biri zühura gələ bilməz.
***
Merso epikürçü tipdir, onun vücudunu zövq həvəsi, həzz istəyi hərəkətə gətirir. Bu adam həyatın ağrı-acılarına, həyəcanına, qorxusuna, ölümünə biganədir. Əsər onun anasının ölüm xəbərini almasıyla başlayır. Merso vaxt itirmədən Əlcəzairdən səksən kilometr aralıdakı Marenqo şəhərinə yola düşsə də, əhvalında xüsusi bir pozuntu duyulmur, ağlayıb sızlamır, anasını qocalar evinə qoyduğuna görə xəcalət, peşmanlıq çəkmir. Mənzil başına çatanda tabutun qapağının açılmasına razılıq vermir, anasını son dəfə görməyə həvəs göstərmir. Cənazənin yanında qəhvə içir, siqaret çəkir, bir sözlə, matəm saxlamalı, yasa batmalı olduğu məqamda belə ona zövq verən nemətləri dadmaqdan imtina eləmir. Sonralar bütün bunların əleyhinə işləyəcəyini ağlına da gətirmir.
Merso ?ünəşdən, səmadan, dənizdən həzz alan, təbiətlə həmahəng yaşayan panteistik varlıqdır. O, təsadüflərin sağa-sola əsdiyi absurd dünyada indiki zamanda yaşayır, çünki həyat yalnız indiki zamanda vücuda gəlir - keçən keçib, gələcəksə heç zaman gəlməyəcək, ona ümid bağlamağa dəyməz. Ümumiyyətlə, Kamü ümidi reallıqdan qaçış, yaşanmalı anları bada verən mərəz sayırdı.
Mersonun keçmişi haqda biz, demək olar, heç nə bilmirik, bircə ondan başqa ki, nə vaxtsa ali təhsilini yarımçıq qoyub. Onun keçmişə bağlı nostaljisi, gələcəyə bağlı illüziyası yoxdur. Anasına münasibəti də keçmişə münasibətindən seçilmir, zatən ana elə insanın keçmişi deməkdir. Sabah üçün də Mersonun heç bir planı yoxdur, həyatda nəyinsə dəyişilə biləcəyinə inamını çoxdan itirib. Təsadüfün yedəyində, həyat dolu bir anın - həyat havasıyla dolu bir köpüyün içində sərgərdan dolanan Merso yalnız ucsuz-bucaqsız göylə, onun yerdəki əksinə bənzər dənizlə, dənizi ilıq ana bətninə çevirən günəşlə təmasda rahatlıq, dinclik tapır, təbiətə sığınanda özünü beşikdəymiş kimi, ana qucağındaymış kimi bəxtəvər sanır.
***
Romanın birinci bölümü mənasız-məntiqsiz təsadüflərlə, cəfəng, puç, bayağı macəralarla doludur. Bir təsadüfdən ayrı bir təsadüf doğulur, təsadüflər zənciri uzana-uzana gedir. Əslində, buna səbəb-nəticə zənciri mənasını verən determinizm də deyə bilərik. Göründüyü kimi, determinizm (filosofların qulaqlarından iraq) təsadüfün alternativi yox, ta özüdür, onun başqa bir adı, ikinci üzüdür. Birinci bölümün sonunda təsadüflər zənciri Mersonun təsadüfən adam öldürməsiylə qırılır.
Bilmirəm buna da təsadüf demək olarmı, çünki bu qətlə gətirib çıxaran konkret səbəblər silsiləsi var. Səbəbdən səbəb törəyir, hər səbəb özündən sonrakı səbəbi qabağına qatıb qovur: Merso sutenyor qonşusunun intriqasına cəlb olunmasaydı, özünə yox yerdən düşmən qazanmasaydı, o düşmənlə dəniz qırağında üz-üzə gəlməsəydi, birinci qarşılaşmada qonşusunun tapançasını əlindən alıb öz cibinə qoymasaydı, günəşin zərbindən anlaqsız hala düşməsəydi, ərəbin bıçağının tiyəsində əks olunan gün işığı gözünü qamaşdırmasaydı... bu amansız qətl də baş verməyəcəkdi. Göründüyü kimi, günəş təkcə həyat mənbəyi deyil, həm də ölümcül qüvvədir.
Bədbəxt hadisə Mersonun ekzistensial yaşantılarının təsiri altında baş verir. Onun əməli Raskolnikovun əvvəlcədən dəqiq planlaşdırdığı ideoloji qətlə bənzəməz, ona görə də Mersonun qəlbini vicdan əzabı didmir, o, başını peşmanlıq daşına döymür. Ondan peşman olub-olmadığı soruşulanda qeyri-müəyyən cavab verir, bircə bunu deyə bilir ki, mənə xoş deyil. Ondan ötrü bu həyatın günləri, saatları, dəqiqələri iki qismə, iki tirəyə bölünür - xoş olan, bir də xoş olmayan anlar.
***
Əsərin birinci hissəsinin üslubu da mahiyyətinə, məzmununa tam uyğundur: qırıq, təntik, çaparaq cümlələr, bir-birini sürətlə əvəzləyən kadrlar, epizodlar, xüsusi məna kəsb eləməyən səhnələr, dəqiq, amma qısa təsvirlər, bir sözlə, teleqraf üslubu. İkinci bölümdə isə hər şey - məzmun da, stil də dəyişir. Romanın ikinci hissəsi birinci hissəni tərsinə göstərən güzgüdür. Kamü deyirdi ki, bu kitabın mənasını, mahiyyətini iki hissənin paralelizmində axtarmaq lazımdır.
Birinci bölümdə sadalanan təsadüflər silsiləsinə ikinci bölümdə prokurorun, hakimlərin, tamaşaçıların iştirakıyla allı-güllü zərurət donu biçilir. Əksər dindarlar kimi çox qəddar olan, özünü Tanrıdan insanları mühakimə eləmək lisenziyası alıbmış kimi aparan ittihamçı Mersodan Allaha inanıb-inanmadığını soruşanda müttəhim ona sakit, iddiasız bir səmimiyyətlə “yox” cavabı verir. Bununla da prokuror onu, necə deyərlər, qaralayır, məhkəmədə ən böyük günahları, ən ağır ittihamları onun başından yağdırır, ancaq Merso öz vəziyyətini yüngülləşdirmək üçün müstəntiqin allahına yaltaqlanmaq yolu tutmur, əvvəl dediyi sözdən dönmür.
Merso özü vəkilə ehtiyac duymasa da, dövlət hesabına ona müdafiəçi ayrılır - necə deyərlər, qanun belə tələb eləyir. Vəkil çəkinə-çəkinə ondan anasının dəfnində gerçəkdənmi kədərlənmədiyini, ağlamadığını soruşanda o, vəkilə freydanə bir cavab verir: hər kəs heç olmasa ömründə bir dəfə ona doğma, əziz olan adamın ölümünü arzulayıb. Müdafiəçi həyəcan içində onu başa salmağa çalışır ki, amandır, məhkəmədə də belə sözlər söyləməsin, yoxsa öz vəziyyətini birə-beş qat ağırlaşdırar.
Fəqət Merso nəyə başa gəlir gəlsin, öz həqiqətindən sapmır, mərhəmət dilənmək üçün yalan danışmır, məhkəmə heyətinin, bu teatra baxmaqdan ötrü zala toplaşmış tamaşaçıların rəğbətini qazanmaq xatirinə maskalanmır, nə duyubsa, nə düşünübsə, onları dilə gətirir. Kamü bir dəfə onun haqqında belə demişdi: “Heç bir qəhrəmanlığa iddia eləmədən həqiqət uğrunda ölməyə hazır adam”.
F. Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

