Məbəddən emalatxanaya
17.02.2024 [11:27]
Uilyam Folknerin “Ayı” povesti haqqında
Əvvəli ötən sayımızda…
***
Folknerin başqa əsərlərində olduğu kimi bu povestin də süjeti hamar, düzxətli deyil, təhkiyə anaxronikdir. Ondan on altıya, on altıdan on səkkizə, on səkkizdən iyirmi birə qədər müxtəlif yaşlarda səhnəyə çıxan baş qəhrəman oxucuya üçüncü şəxsin təkində təqdim olunsa da, müəllif hər şeyə, hər kəsə, bütün hadisələrə onun gözüylə baxır. Folkner elə bil bizə yeni bir əhvalat danışmır, eşitdiyimiz, bildiyimiz nələrisə xatırladır; üstəlik də, müəllif kimi hadisələri idarə eləmir, prosesin arxasınca gedir, ona şahidlik eləyir.
1877-ci ilin payızında on yaşlı Ayzek Makkaslin özündən on altı yaş böyük əmisi oğluyla meşəyə ova gedir. Bir pəncəsi tələyə düşdüyündən şikəst olmuş Ben adlı nəhəng qoca ayı illərdir ovçuların girinə keçmir, kimsə onu nə ovlaya, nə tuta bilir. Qoca Ben meşənin həm simvolu, həm padşahıdır. Çikeso adlı hindu qəbiləsinin sonuncu nümayəndəsi, yetmiş yaşlı ovçu Sem Fazers oğlana ovçuluğun qaydalarını, rituallarını öyrətməyə başlayır. Ustadı ona anladır ki, fermerlərin, ovçuların başına illərdən bəri oyun açan Qoca Beni tutmaq üçün onlara yaxşı, igid bir ov iti lazımdır. Əlbəttə, düşərgədə it çoxdur, ancaq onlar ayı ilə döşləşməyə yaramır.
Ənənəyə görə, ov mövsümünün bir günü nəhəng ayının izlənməsinə həsr olunmalıdır. Ovçular mövqelərini tutandan sonra Ayzek hiss eləyir ki, Qoca Ben haradansa onu izləyir. Fəqət ayının harada olduğunu, haradan baxdığını kəsdirə bilmir, anlayır ki, Beni vurmaq heç vaxt ona qismət olmayacaq. Onda belə təsəvvür yaranır ki, Qoca Ben ölməzdir. Meşə padşahının nəzərlərini öz üzərində duyması yeniyetmə oğlanın təbiətlə kontaktının alındığına işarədir.
Növbəti ilin iyununda Ayzek mayor de Speynin düşərgəsinə yenidən qayıdır. Mayorla dostları dincəlməkdəykən oğlan gizlicə Qoca Benin sorağına çıxır. Hamı elə bilir ki, Ayzek yaxınlıqda dələ ovlayır, yalnız Sem Fazers onun niyyətindən duyuq düşür, uşağı inandırır ki, əlitüfəngli gedəcəksə, Qoca Ben özünü ona göstərməyəcək. Ertəsi gün Ayzek tüfəngini düşərgədə qoyub yalın əllə meşənin dərinliyinə baş vurur. Meşədə saatını, kompasını da bir ağacdan asıb, ana təbiətin qoynuna tam “təmizlənmiş”, “anadangəlmə” şəkildə girir, başqa sözlə, təbiəti diksindirməmək, meşəni ürkütməmək üçün sivilizasiya əlamətlərini məbəddən eşikdə saxlayır. Bundan sonra əliyalın, köməksiz uşaq qoca ayının izinə düşür, yol-riz tanımadan cəngəllikdə qarasına hərəkət eləyir. Az keçmiş Qoca Ben özünü oğlana göstərir, sonra da balıq səssizcə dəryaya qərq olan kimi qımıldanmadan, tərpənmədən meşənin dərinliyində əriyib itir. Balıqdan ötrü dərya nədirsə, Qoca Bendən ötrü də orman odur. Meşənin ağsaqqalı cəngəllikdə azmış məsum uşağa doğru yolu nişan verir, oğlan ağlasığmaz bir fəhmlə start mövqeyinə qayıdır.
Ayzekə elə gəlir gördüyü ovçular hər il bu düşərgəyə ov ovlamaq, quş quşlamaq üçün yox, bir pəncəsi zədəli ayını ziyarət eləmək üçün gəlirlər. Özləri də yaxşı bilirlər ki, Qoca Beni ələ keçirmək onlara heç vaxt müyəssər olmayacaq.
***
On üç yaşının tamamında Ayzek Makkaslin artıq təcrübəli ovçudur. Günün birində oğlan ustadı Sem Fazerslə birgə Qoca Beni pusquya salır. Özünə güvənən ağılsız ov köpəyi ayının üstünə cumanda Ayzek iti qurtarmaq üçün irəli atılır, Qoca Ben ürküb hadisə yerindən uzaqlaşır. Bundan sonra ustadla şagird ayıya güllə atmadıqlarına görə bir-birini qınayır. Oxucuda belə təəssürat yaranır ki, onlar şüursuz şəkildə bu oyunu bitirmək, meşə padşahını taxtından salmaq istəmirlər.
Növbəti ilin yay tətilində Ayzek yenə yaşadığı əyalət şəhərindən düşərgəyə yollanır. Artıq o, bir maral ovlayıb. Qoca Sem qədim hindu ovçuluq ənənəsinə uyğun olaraq maralın qanını onun üzünə yaxır, belə demək olarsa, artıq Ayzeklə meşənin nikahı bağlanır, ana təbiət onu köynəyindən keçirir. Sonra o, bir ayı da ovlayır.
Bir gün də düşərgə yaxınlığından dayça leşi tapılır. Kimi dayçanı bəbirin, kimi canavarın, kimi də Qoca Benin yırtıb-dağıtdığını güman eləyir. Ancaq təcrübəli ovçu Sem Fazers leşin üstündəki izlərdən anlayır ki, at balasını vəhşi it öldürüb. Üç gün ərzində qoca hindu köpəyi pusquya salıb dama qatır, onu uzun müddət ac-susuz saxlayıb yavaş-yavaş ələbaxım öyrədir. Aslan adı verdiyi bu bədheybət köpəyin köməyilə Sem Qoca Beni ovlamaq niyyətindədir.
Noyabrda Ayzek də aralarında olmaqla ovçular komandası yenidən düşərgəyə toplaşır. Bu dəfə dəstədə Bun adlı zalım, duyğusuz bir nəfər də peyda olur. Bədheybət köpək qısa vaxtda ona mehir salır, hətta onunla bir komada, bir yataqda gecələyir. Aslan Qoca Benin izinə düşürsə də, çaya çatanda izi itirir. Bir il sonra köpək ayının yolunu kəsə bilir, ancaq Bunun güllələri hədəfdən yayındığına görə Qoca Benə aradan çıxmaq müyəssər olur. Sonrakı il ov mərasimi dekabra qədər uzanır. Nəhayət, ovçular ayını pusquya sala bilirlər. Aslan ləqəbli köpək Qoca Ben ləqəbli ayını boğazlayır, ayı isə caynağını itin qarnına keçirir. Köpəyin köməyinə çatan Bun bıçağını ayının kürəyinə saplayır. Qoca Ben canını tapşırır, bir neçə gün sonra ağır yaralı it də ölür.
Qoca Benin zərər vurduğu əlliyə qədər adam Aslanı təntənəylə dəfn eləyir. Ovun qızğın yerində qəfil yıxılan Sem Fazers də bərk xəstələnir, hərçənd həkim onun sağlam olduğunu, həyatına ciddi bir təhlükə görmədiyini söyləyir. Həkimin optimist proqnozuna baxmayaraq az sonra qoca Sem də Aslanın yanında torpağa tapşırılır. Elə bil onun da canı Qoca Ben ləqəbli ayıda, Aslan ləqəbli köpəkdəymiş.
Ayının zədəli pəncəsini də onların yanına gömürlər. Bu dünyada bir-birinə qənim kəsilmiş üç seçkin varlıq əbədi sülh şəraitində dinc yanaşı yatır. Hər üçü panteistik tanrının bu dünyada onların boynuna qoyduğu missiyanı ləyaqətlə yerinə yetirib: Qoca Ben - ayıların, Aslan ləqəbli köpək - itlərin, Sem Fazers - ovçuların ən yaxşısıdır. Folkner bununla təbiətdə düşmənçiliyin üzdə olduğunu, əslində, bütün canlıların bir başlanğıcdan törəyib eyni kökə, qaynağa qayıtdığını bizə əyani şəkildə göstərir.
***
Üstündən bir neçə il də keçəndən sonra gənc Ayzek Makkaslin köhnə ovlaqları gəzməyə gedir, ustadı qoca Semin, Aslan adlı köpəyin yatdığı yamacı ziyarət eləyir. Oğlan duyur ki, Sem onun gəlişindən xəbərdardır. Onda belə bir möhkəm qənaət yaranır ki, təbiətin qoynunda, meşədə ölüm yoxdur, bu torpağın altında yatanlar puça çıxmayıblar, eləcə öz əzəllərinə, mənbələrinə, vətənlərinə dönüblər. Onlar haldan-hala düşə-düşə, dondan-dona girə-girə, rəng alıb rəng verə-verə daim hərəkətdədirlər, onlar dan işığıyla oyanıb gün uzunu ormanda min biçimdə zühur eləyir, gecəylə yuxuya dalıb dinclik tapırlar. Əlbəttə, Folknerin ruhun ölməzliyinə, fərdi əbədiyyətə inandığını söyləmək üçün əlimizdə tutarlı dəlil yoxdur, ancaq onun panteistik cənnətə ümid bəslədiyi ən azı bu əsərini oxuyan kəsdə şübhə doğurmaz.
Mayor de Speyn ovlaq yerlərini meşə təsərrüfatıyla məşğul olan şirkətə satıb. Kəsik ağaclar meşənin ortasından çəkilmiş dəmiryolla sivilizasiya mərkəzinə daşınır. Orman bir xeyli seyrəlib, keçəlləşib. Adamlardan, texnikadan ürkən zavallı ayı hələ mişar dəyməmiş bir ağacın başında otuz altı saat ac-susuz daldalanıb sivilizasiyanın gözündən yayınmağa çalışır. Ağacdan-ağaca atılan dələlər böyür-başındakı ağaclar kəsildiyindən tək qalmış bir evkalipt ağacının üstündə aşağı-yuxarı qaçışırlar, qırxa qədər dələ həyəcanla öz sonunu gözləyir.
Ağacın altında oturmuş zalım Bun - Qoca Benin müxənnət qatili öz xidməti müqabilində artıq sivilizasiyadan, kapitalist dünyasından payını qoparıb - onu şirkətə mühafizəçi götürüblər. Sökük silahının hissələrini çəkiclə döyəcləyən Bun gözünü yerdən qaldırmadan dələlərə işarəylə quduz bir tərzdə bağırır: “Rədd olun buralardan! İşiniz olmasın onlarla! Birinə də barmağınız dəyməsin! Hamısı özümündür, hamısı mənimdir!”
***
Folkner təsəvvüründəki Allahın yaratdığı dünyanı olduğu kimi qəbul eləyir, onu dəyişməyə, söküb yenidən qurmağa çalışmır. Onun fəlsəfi yanaşmasından belə nəticə çıxara bilərik: biz bu dünyanın, həyatın, yaradılışın mənasını anlamaqda acizik, nəyin nədən, kimin kimdən üstün olduğunu, xeyirin harada, şərin harada olduğunu heç vədə qanmayacağıq, ona görə də bu dünyaya gəlişimizi xoş təsadüf, uğurlu qismət kimi qəbullanıb təbiətə, təbii qanunlara uyğun ömür sürməliyik.
O yolu ki biz getməliyik, onsuz da gedəcəyik; ya könüllü gedəcəyik, ya da sürüyə-sürüyə aparacaqlar. Təbiət bizim taleyimiz, valideynimiz, biz də onun bir parçası, zərrəsiyik. Yaxşı olar taleyimizin pişvazına könüllü çıxaq, onun görüşünə öz ayağımızla gedək, ona sözsüz təslim olaq, yoxsa o gec-tez bizi cəzalandıracaq. Təbiəti öyrətməyə yox, ondan öyrənməyə çalışaq. Onun qisası amansız olur.
Bu mənada Uilyam Folkner çox dərin, çox da yetkin bir stoik, sivilizasiyaya pəncərədən baxan zahiddir. Öz ömrünü də bu qədim, müdrik təlimin qaydalarına uyğun yaşayıb.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

