Təbriz Əli Tudənin xatirələrində
27.02.2024 [11:30]
REDAKSİYADAN:
Onun üçün Vətənin müstəqilliyi, millətin azadlığı sözün müqəddəsliyindən keçirdi. Bütöv Azərbaycanı illər boyu yaradıcılığında, kitablarında, şeirlərində, ümumiyyətlə, düşüncəsində yaşatmışdı. Haqqında danışdığımız şəxs Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərimizdəndir. Söhbət görkəmli şair Əli Tudədən gedir.
Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdi. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub.
1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür.
Milli ruhlu şair
Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü görür. O, “Hizbitudeyi İran” partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyir. “Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir.
Ömür boyu sovet pasportu daşımadı…
Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat “21 Azər” medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şerlər kitabı da çap ərəfəsində idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı “Mən nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şer tez bir zamanda dillər əzbərinə çevrildi.
Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu. Şair 1996-cı il fevralın 26-da Bakıda vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.
Şairin Təbrizlə bağlı xatirələri…
Sovet hökuməti ilə İran hökuməti arasında bağlanmış müqaviləyə əsasən müharibə qurtardıqdan sonra Sovet qoşunları İrandan çıxırdı.
Təbrizdə hələ gözəl may günləri idi. Mavi örpəkli, lalə yanaqlı, nərgiz gözlü may günləri… Şəhər sakinləri gündüzlər təbiətin cazibədar tamaşasından doymur, gecələr isə məstedici rayihəsilə şirin yuxuya gedirdilər. Belə füsunkar yaz günlərində qan qardaşlarımız doğma diyarlarına qayıdırdılar. Bircə ay üzünə öyrəndiyin, səsini eşitdiyin, ülfətinə isnişdiyin adamdan ayrılmaq çətindir. O ki ola neçə il bir redaksiyada görüşdüyün, “Şairlər məclisi”ndə yanaşı əyləşdiyin, fikir mübadiləsi etdiyin, nəhayət bir masa arxasında duz-çörək kəsdiyin mehriban adamlar. Özü də sənin doğma dilində danışan adamlar! Qan qardaşların! Gec tapıb, tez itirdiyin adamlar!.
“Vətən yolunda” qəzetinin kollektivi bu ayrılıq münasibətilə redaksiyada görüş təşkil etmişdi. Əslində bu görüş vida mərasimi idi. Təkcə təbrizlilərin deyil, bütün azərbaycanlıların yaxşı tanıdıqları, yazılarını sevə-sevə oxuduqları söz ustaları Mirzə İbrahimov, Rza Quliyev, Cəfər Xəndan, İsrafil Nəzərov, Ənvər Məmmədxanlı, Əvəz Sadıq, Qulam Məmmədli, Qılman Musayev (İlkin), Seyfəddin Abbasov (Dağlı) məclisdəkilər arasında idilər. Otaq papiros tüstü-dumanı ilə dolmuşdu. Fikirli-xəyallı adamlar papirosu-papirosun oduna yandırırdılar. Tüstü-duman içində közərən papiroslar dumanda alışan ümid şamlarına bənzəyirdi. Aşıq Hüseyn Cavanın bu duman içində tüğyana gələn sazı göy gurultusuna oxşayırdı. Aşığın şimşək nəfəsində, şəlalə zənguləsində, ilhamlı baramqlarında inamla dolu nəğmələr çağlayırdı. Ancaq elə ki, mizrab sazın adi simlərinin üstündən sürüşüb sarı simə dəyirdi, ürəklərdəki sarı simlərdə əks-səda verirdi. Sanki sazdan qopan şimşək parçaları məclisdəkilərin başlarına ələnib ayaqları altında sönürdü. Sonra yenə sarı simlərin yanıqlı təranələri altında məğrur başlar yırğalanırdı. Sanki başlar yelpik-yeplik olub ürəklərdə təzədən közərməyə başlayan odu söndürmək istərkən daha da alovlandırırdı. Başlar ağır-ağır yırğalandıqca sanki vüsalla hicran arasındakı yolu aram-aram gedib qayıdırdı. Qaşlar çatılırdı, hicra misrasına dönürdü. Sonra düyünlənirdi. Sanki ayrılmış yolları bir-birinə bağlayıb vüsal misrasında çevirmək istəyirdi...
Nimçədəki bala bıçaq vuranda o ani olaraq ayrılır. Sonra yenə dərhal bitişir. Həcmi azalsa da şirinliyi itmir. Vüsalın da şirinliyi belədir. Araz zağlı xəncərə dönüb doğma torpağı ayıranda da sevinci azaltmışdı. Vüsalın şirinliyini isə itirə bilməmişdi. Qardaşlar yenə görüşmüşdülər, şirin-şirin söhbətlər etmişdilər, şirin-şirin gülmüşdülər, şirin-şirin arzular bəsləmişdilər! İndi zaman bal dolu nimçəyə təzədən bıçaq vururdu...
Kür şairi Hejar masa arxasında mənimlə üzbəüz əyləşmişdi. Düşmənlər zaman-zaman mehriban qonşuluq şəraitidə yaşayan qardaş xalqlarımız arasında nifaq salmaq üçün dərindən-qabıqdan çıxırdılar. Hejar öz qardaş məhəbbətli şeirlərilə bizim nəğmələrimizə səs verirdi. İndi isə qan qardaşımız olan Şimalı Azərbaycanın söz ustalarını yola salmağa gəlmişdi. Mən Hejarın bir kürd körpəsi haqqında yazdığı gözəl bir şeiri xatırladım. Bələkdə qolları sarınmış körpə qışqırır, dartınır, ağlayır. Qollarını açmaq istəyir. Şair isə ona deyir ki, ay bala, tək sənin yox, bütün xalqın qolları zəncirlər bağlanmışdır. Gərək xalq öz qollarının zəncirini qıra ki, sənin də qolların açıla! Mübariz şair öz çiyninə, belinı, döşünə güllə dolu qatarlar bağlamışdı. Bu qatarlar fədai nəğməkarı cəbhələrə aparan kələ-kötür döyüş yollarna bənzəyirdi. Bəli! O, doğma xalqının qollarındakı paslı zəncirləri əbədi açmaq üçün özü bərk-bərk güllə dolu qatarlarla sarınmışdı! Tək Hejar deyil, məclisdəkilərin çoxu silahlı idi. Sanki ziyafət qurtarandan sonra bu adamlar Vətən, vüsal, səadət uğrunda döyüşlərə gedəcəkdilər. Gecədən xeyli keçmiş məclis dağıldı. Tanışlarla, dostlarla, qardaşlarla görüşüb küçəyə çıxdım. Gülüstan bağının yanənda yerləşən mənzilimə sarı addımladım. Ulduzlarla dolu kəhkəşana bənzəyən Gülüstan bağı Təbrizin füsunkar guşələrindəndi. Burda hər gülün öz rəngi, öz ətri, öz hüsnü var idi! Bu gözəl güllərin hər biri bir nəğmə idi! Lətafətli, təravətli, şeiriyyətli nəğmə! Ancaq hələlik bu nəğmədə yanıqlı hicran notları var idi. Güllərin büllurlaşan göz yaşları da bu yanğını söndürə bilmirdi. Artıq mənzilimə çatmışdım. Fəqət yenə də qulaqlarıma sarı simlərin ürəklərə od salan səsi gəlirdi...
Davamı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

