Böyük ədib
02.04.2024 [11:20]
Nəcəf bəy Vəzirovun doğum günüdür
Onun Azərbaycan dramaturgiyasının inkişafında, milli teatrımızın yaradılmasında müstəsna rolu var. Vətənin azadlığı, xalqın maariflənməsi və xoşbəxtliyi onun böyük ideya və arzusu idi. O, istedadının gücünü, bilik və bacarığını ömru boyu bu yolda sərf etməyi özünə səadət hesab edirdi. Ona görə də bu yolda nə təqib, nə həbsxana, nə də Sibir meşələrinə sürgün onu qorxudurdu. Bütün yaradıcılığı boyu xalqın səadəti və rifahı missiyasının daşıyıcısı olması ilə qürur duyurdu. Xalqımız da özünün bu ölməz sənətkarı ilə qürur duyur. Söhbət dahi yazıçı-dramaturq Nəcəf bəy Vəzirovdan gedir.
Bu gün N.Vəzirovun anadan olmasının 170-ci ildönümü tamam olur. Azərbaycanın səfalı guşələrindən biri olan Şuşa şəhərində dünyaya göz açan Nəcəf bəy ilk təhsilini dini məktəbdə aldıqdan sonra, Şuşadakı mülkiyyə məktəbində də bir il oxuyur. 1868-ci ildə isə Şuşadan ayrılıb Bakıya gələrək imtahan verir və real gimnaziyanın ikinci sinifinə daxil olur. O, gimnaziyada öz bacarığı və biliyi ilə müəllimlərin rəğbətini qazanır.
Burada ona dərs demiş böyük mütəfəkkir Həsən bəy Zərdabi ilə tanışlığı N.Vəzirovun inkişafında müstəsna rol oynayır. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət
elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O, yazır: “1873-cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.
N.Vəzirov 1874-cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli-azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878-ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir.
N.Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, “Pəhləvanı-zəmanə” kimi klassik əsərlərini yaradır. N.Vəzirov 1903-cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.
Hər bir xalqın mənəviyyatının aynası həmin xalqın dilidir. N.Vəzirov yaşadığı dövrdə böyüməkdə olan nəslin milli ruhda tərbiyə olması ədibi narahat etdiyindən ana dili məsələsinə həssaslıqla yanaşırdı. Dramaturq dilimizə laqeydliyin səbəbi kimi kişilərin alman, fransız, yəhudi və başqa millətlərdən qız almasını göstərir. Bunun nəticəsində onlar həm övladların başqa adlar qoyurlar, həm də övladları ilə ünsiyyəti öz dilləri ilə qururlar.
N.Vəzirov Azərbaycan xalqının mənəvi diriliyini, ölməzliyini, böyük gələcəyini, milli özünədərkini müəllim kimi onların oxumağında, məktəbə sövq edilməyində görürdü. O, bütün bunları öz tələbələrinə öyrətmiş, daha geniş kütləyə isə əsərləri və teatr vasitəsi ilə xitab etmişdi. Yeniliyi, tərəqqini alqışlayan, savadsızlığı tənqid edən Vəzirovun fəaliyyəti həmişə xatırlanmalı və qeyd edilməlidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

