İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır
01.11.2016 [09:46]
Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ikinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə ikinci dəfə keçirilən Azərbaycan Elm Festivalının respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. Tədbirin keçirilməsinin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. İki il əvvəl keçirilmiş birinci Elm Festivalında 15 mindən çox insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə diqqətə çatdırıb ki, budəfəki tədbirə qatılanların sayının 50 minə çatacağı gözlənilir. Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan akademik festivala hazırlıq prosesini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.
AMEA-nın prezidenti ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən də söz açıb. O, akademiyanın bir sıra dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edib. A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, akademiyada 75 magistrant təhsil alır. Müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onları düzgün istiqamətləndirməklə bütün sahələrdə fəaliyyətlərinin artırılmasına dəstək göstərmək son dərəcə vacibdir.
Hazırda AMEA-nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyən akademik bildirib ki, akademiyada islahatyönümlü hədəflər 2020-ci ilədək davam edəcək. AMEA-nın 70 illik yubileyi ilə bağlı akademiyaya bir sıra nəşrlər təqdim olunub. Bu nəşrlər sırasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə işıq üzü görmüş “Müstəqillik yollarında - 25” kitabı xüsusi qeyd edilməlidir.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elm və ali təhsil sahəsində keçdiyi yoldan söz açıb. Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf edib, ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-cı ilə nisbətdə iki dəfədən çox artıb. Azərbaycanda elm və təhsilin dövlət siyasətinin prioritetlərindən olduğunu cari ildə qəbul edilmiş “Elm haqqında” Qanun bir daha təsdiqləyir. Sənəddə ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusu müəyyənləşdirilib. Bu da ali təhsil ocaqlarımızın elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır.
M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədilə elmin gücündən istifadəni genişləndirməkdir. Bunun üçün nazirlik AMEA, ölkəmizdə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birgə elm və təhsil arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlığı inkişaf etdirməyə səy göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura pilləsinin yaradılması, birgə layihələrin reallaşdırılması bu əməkdaşlığın uğurlu nəticəsidir.
Elmin bütün cəmiyyətlərin ehtiyac duyduğu tərəqqini sürətləndirmək üçün ən böyük qüvvə olduğunu deyən nazir tədbir iştirakçılarını, xüsusilə gənc nəslin nümayəndələrini elmi prosesin fəal iştirakçısı olmağa çağırıb.
Sonra Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov festival haqqında fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, festival elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacaq.
Daha sonra Dünya Elm Festivalının prezidenti Cudit Koksun ikinci Azərbaycan Elm Festivalının iştirakçılarına təbriki səsləndirilib.
Tədbirin bədii hissəsində AMEA-nın marşı səsləndirilib, müxtəlif elmi şoular nümayiş olunub, ABŞ-ın “Acidic Band” musiqi qrupunun ifası maraqla qarşılanıb.
Daha sonra festival iştirakçıları AMEA-nın “Alimlər evi”ndə təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə təmsil olunan AMEA-nın institutları, bir sıra ali təhsil ocaqları və müxtəlif dövlət qurumları son iki ildə qazandıqları elmi nailiyyətləri nümayiş etdiriblər.
Festival AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, həmçinin BDU, BANM, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam etdirilib.
Tədbir çərçivəsində bir sıra muzeylərə, texnoparklara və digər məkanlara elmi ekskursiyalar təşkil olunub.
Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində davam etdiriləcək festival noyabrın 5-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

