AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
09.11.2019 [10:23]
Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində kitabxananın foyesində AMEA əməkdaşlarının rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Beynəlxalq seminarı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iştirakçıları salamlayıb, tədbirin olduqca aktual mövzuya həsr edildiyini bildirib. Akademik AMEA-da Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə bundan öncə də müxtəlif mövzulara həsr olunmuş beynəlxalq elmi konfransların keçirildiyini, dövlətlər arasında elmi əməkdaşlıq ənənələrinin yenidən bərpa edilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
AMEA-nın rəhbəri ötən il keçirilmiş beynəlxalq elmi konfransda da çox aktual və müasir problemin müzakirəyə çıxarıldığından bəhs edib. “Fizika və lirika” mövzusunda AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında və Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil olunmuş müzakirələrin MDB ölkələrində humanitar sahənin alimləri ilə dəqiq və təbiət elmlərini təmsil edən elm adamlarının qarşılıqlı əlaqələrinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Natiq bildirib ki, bu gün “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda keçirilən beynəlxalq elmi seminarda qədim sivilizasiyaların, ibtidai insan düşərgələrinin formalaşması, habelə bədii düşüncənin və yazı mədəniyyətinin əmələ gəlməsi kimi ciddi elmi problemlər müzakirə olunacaq. Vurğulayıb ki, hazırkı mərhələdə sivilizasiya və insan məskunlaşması məsələləri beynəlxalq elmi mühitdə geniş müzakirə edilən aktual problem olduğu üçün burada səslənəcək tezislər dünya elminin inkişafına mühüm töhfələr verəcək. Bəşəriyyətin qədim qayaüstü mədəniyyətdən müasir mədəniyyətəqədərki keçilmiş yolunun dərslərini və mühüm elmi nəticələrini müəyyən etmək istiqamətində mühüm addımlar atılacaq.
AMEA-nın prezidenti beynəlxalq elmi seminarın işinə uğurlar arzulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək dünya elmində qayaüstü mədəniyyətin ilkin insan birliklərinin daş yaddaşı kimi qəbul edildiyini, qayaüstü təsvirlərin etnosun mənşəyi və qədimliyini müəyyən etməyə imkan verən əsas faktorlardan biri olduğunu bildirib.
“Azərbaycan qayaüstü mədəniyyəti özündə oturaq mədəniyyəti, habelə əfsanə ilə reallıqları bir yerdə əks etdirir” - deyən akademik Azərbaycan qayaüstü rəsmlərindəki araba, öküz, yallı, əmək və qoşqu alətləri təsvirlərinin regiondakı oturaq mədəniyyətin nişanələri olduğunu vurğulayıb.
İsa Həbibbəyli Bakı şəhərindən 40 kilometr aralıda yerləşən məşhur Qobustan qayaüstü rəsmlərinin bu torpaqlarda yaşayan ulu babalarımızın həyatı və fəaliyyətinin daş salnaməsi olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, qayaüstü mədəniyyətlər insanlığın inkişaf tarixinin bir karvan yoludur.
AMEA-nın vitse-prezidenti beynəlxalq seminarın keçirilməsini qayaüstü mədəniyyətləri tədqiq edən elm adamlarının koordinasiya edilməsinə doğru atılmış əhəmiyyətli addım kimi qiymətləndirib.
Tacikistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov “Qayaüstü mədəniyyətin fəlsəfi və ekzistensial aspektləri” mövzusunda məruzə edib. Alim qayaüstü rəsmlərdə estetik dəyər ilə yanaşı, qədim insanların dünyagörüşü ilə bağlı dərin fəlsəfi fikirlərin gizləndiyini qeyd edib.
Tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayan məruzəçi bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin qayaüstü mədəniyyətin öyrənilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Kemerov Dövlət Universitetinin Tarix və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Olqa Sovetova isə “Minusinsk çökəkliyindəki qayaüstü mədəniyyətin qeyri-real görüntülər dünyası” mövzusunda məruzə ilə çıxış edib. Olqa Sovetova tədbirdə müzakirə olunan mövzunun aktuallığını önə çəkərək Azərbaycanda qayaüstü mədəniyyətin öyrənilməsinə ayrılan diqqəti yüksək qiymətləndirib. O, laboratoriya şəraitində qayaüstü mədəniyyətin öyrənilməsində tətbiq olunan yeni tədqiqat metodlarından da bəhs edib.
Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, iqtisad üzrə elmlər doktoru, professor İmran Əkpərov qayaüstü mədəniyyətin öyrənilməsində rəqəmsal dövrün, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan danışıb.
Seminarda Qırğızıstan-Rusiya Slavyan Universitetinin Tarix və mədəniyyətşünaslıq kafedrasının müdiri Lyudmila Stavskaya da çıxış edərək Qırğızıstanın qaya sənətinə dair kitabı təqdim edib.
Tədbirdə, həmçinin “Qaya mədəniyyətinin fəlsəfi və ekzistensial aspektləri”, “Qayaüstü mədəniyyət və müasirlik. Tarixi və mədəni refleksiya və etnoqrafik konvergentlik”, “Gəmiqaya abidə kompleksi: Cənubi Qafqazın bənzərsiz incisi”, “Suuk Dube (Uzgen) mağara rəsmlərinin öyrənilməsi”, “Yaxın Şərqin maddi mədəniyyətindəki Gəmiqaya rəsmlərinin analoqları” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq seminar “Qayaüstü mədəniyyət: tarixin izləri və təsvirlər”, “Qayaüstü mədəniyyət: süjetlər və piktoqramlar” və “Qayaüstü mədəniyyət: dünya təcrübəsi və Azərbaycan reallıqları” mövzularını əhatə edən sessiyalarla davam edib. Sessiyalarda ölkə alimləri ilə yanaşı, Rusiya, Qazaxıstan, Moldova, Qırğızıstan, Tacikistan və digər ölkələrdən gələn alim və mütəxəssislər də elmi məruzələrlə çıxış ediblər.
Seminar işini noyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

