Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Paris-2024”: Azərbaycan idmançısı Paralimpiya çempionu olub

“Paris-2024”: Azərbaycan idmançısı Paralimpiya çempionu olub

31.08.2024 [00:55]

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb.

Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız Paralimpiya çempionu olub.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30