Prezident İlham Əliyev cənub bölgəsinə səfər edib
06.09.2013 [09:29]
Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Ümummilli liderin adını daşıyan parkla tanış olub.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verib.
Parkın girişində müasir üslubda üç aşırımlı giriş qapısı inşa olunub. Burada üç fəvvarə, suvarma və işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak edib.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Yenidən Yardımlıda olmağımdan çox şadam. Bu, Yardımlıya mənim prezident kimi artıq üçüncü səfərimdir. Buraya gələrkən birinci səfərimi xatırlayırdım. O vaxt - 2005-ci ildə biz Masallı-Yardımlı yolunun yenidən qurulmasını qeyd edirdik. O vaxt bu, böyük layihə idi. Çünki yol o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yol çəkildi. Ondan sonra 2006-cı ildə Yardımlıya təbii qazın verilməsini qeyd etmişik. O da tarixi bir gün idi. Çünki heç sovet dövründə də buraya təbii qaz verilməmişdi. O vaxt xətlər çəkildi. Bu gün məndə olan məlumata görə, Yardımlı şəhərinin böyük hissəsi qazlaşdırılıbdır. Bir neçə kənddə də qaz xətləri çəkilibdir. Gələcəkdə əlbəttə ki, tam şəkildə qazlaşdırma aparılacaqdır. Bu gün isə biz növbəti vacib layihənin icrasını - Yardımlıya içməli suyun verilməsini qeyd edirik.
Yəni, baxın bu tarix özlüyündə bir göstəricidir. Yol, qaz və içməli su həyatdır. Təmiz içməli su isə sağlam həyat deməkdir. İndi verilən məlumata görə, bütün xətlər artıq bu ilin sonuna qədər qurulacaqdır. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaqdır. Bununla bərabər, yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldurlar. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin. Eyni zamanda, bu gün biz kənd yolunun açılışını qeyd edəcəyik. Yeni elektrik xətlərinin çəkilişi də başlamışdır. Çünki Yardımlıda bərk külək əsəndə köhnə dirəklər yıxılır, elektrik kəsilir. İndi yeni, möhkəm dayaqlar tikilir ki, artıq bu problem də olmayacaqdır.
Bütün bu əsas layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu təşəbbüslər əminəm ki, xalq tərəfindən də yüksək qiymətləndirilir. Çünki rayon qarşısında duran əsas infrastruktur məsələləri qısa müddət ərzində öz həllini tapır. Əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Biz bütün bu işləri davam etdirməliyik. Xüsusilə növbəti illərdə sahibkarlığın inkişafı ilə bağlı daha da böyük tədbirlər görülməlidir. Ölkə üzrə bütövlükdə sahibkarlıq sürətlə inkişaf edir. Yeni kənd təsərrüfatı müəssisələri yaradılır. Hesab edirəm ki, Yardımlı rayonunda da bu istiqamətdə əlavə tədbirlər görülməlidir. Kənd sakinlərinə maliyyə yardımı göstərilməlidir ki, onlar daha da böyük şəkildə və özləri üçün daha da səmərəli qaydada bizneslə məşğul ola bilsinlər.
İçməli su layihəsi isə rəmzi xarakter daşıyır. Çünki bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Digər tərəfdən, Azərbaycanın dövlət siyasətini göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İçməli su insan orqanizmi üçün əsas məsələdir. Ona görə, Yardımlıya təmiz içməli suyun çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Yardımlı dağlıq rayondur. Burada da başqa yerlərdə olduğu kimi bütün infrastruktur layihələri icra edilir və edilməlidir. Dediyim kimi, son yeddi-səkkiz ilin tarixi onu göstərir. Yol, işıq, qaz, su, əlbəttə ki, rayonun abadlığı. Bu istiqamətdə də işlər görülübdür. Yardımlı inkişaf edir. Gözəl binalar tikilir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. Əvvəlki səfərlərimdə məktəblər, uşaq bağçaları açılmışdır. İndi buna ehtiyac vardır. Gələcəkdə bu işlər də görüləcəkdir.
Mən bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Gələcəkdə bizim görüşlərimiz hələ çox olacaqdır. Çünki Yardımlıda başqa müxtəlif layihələr də icra ediləcəkdir. Bütün açılışlarda bərabər olacağıq”.
Rayon sakini Feyruz Sultanov Yardımlının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış olub. Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basıb.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı inzibati binada yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıya səfərini başa çatdıraraq Masallı rayonuna gəlib.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu öndərin abidəsi önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı rayon incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini, Masallıda həyata keçirilən abadlıq və quruculuq işlərini əks etdirən fotolara baxıb. Viləşçay sahilində park-bulvar layihəsi dövlətimizin başçısına təqdim olunub. Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib.
Bildirilib ki, hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfər üzvü var. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Masallıya səfəri çərçivəsində Taekvondo və Boks mərkəzləri istifadəyə verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıya səfərini başa çatdıraraq Astara rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Astara şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Prezidentinə Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Parkda astaralıların və rayonun qonaqlarının asudə vaxtlarını səmərəli təşkil etmək üçün geniş şərait yaradılıb, fəvvarələr quraşdırılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı yeni mənzillərin orderlərini sərhədçilərə təqdim edib.
Bildirilib ki, 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan “Astara” sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilib. “Astara” sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gilan” İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyev Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak edib. Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 5-də Lənkəran şəhərinə gəlib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoyub.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, yenidənqurma işlərinə 2012-ci ilin oktyabrında başlanılıb və 2013-cü ilin mayında başa çatdırılıb. Ümumi sahəsi 27 min 500 kvadratmetr olan istirahət mərkəzində geniş yaşıllıq salınıb. Ümummilli lider Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilib. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunub.
Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başcısı “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin baş planını əks etdirən stendlərlə tanış olub.
Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında da iştirak edib.
Prezident İlham Əliyev yeni mərkəzdə cənub regionunun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşüb.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

