Şərq ilə Qərbi birləşdirən körpü
30.01.2026 [12:44]
Azərbaycan Xəzəryanı regionun lokomotivi rolunda
Bakı yeni iqtisadi-siyasi nizamın formalaşdığı bir dövrdə təkcə regional aktor kimi deyil, Avrasiya məkanında prosesləri istiqamətləndirən mühüm mərkəz kimi çıxış edir. Azərbaycan öz yerləşdiyi coğrafiyanın potensialını qlobal müstəviyə daşımağı bacarıb. Məhz bu rasional və praqmatik yanaşma Xəzəryanı regionu yeni inkişaf trayektoriyasına çıxarıb.
Müasir beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar isə qlobal miqyasda alternativ marşrutların və fərqli əməkdaşlıq formatlarının ön plana çıxmasını şərtləndirir. Ənənəvi siyasi və iqtisadi nizamın aşınması fonunda Avrasiya coğrafiyası dünya siyasətinin əsas diqqət mərkəzinə çevrilib. Bu geniş məkanda yerləşən Xəzəryanı region enerji resursları ilə yanaşı, həm də nəqliyyat, logistika, təhlükəsizlik və siyasi uzlaşma baxımından strateji əhəmiyyət qazanıb. Məhz bu kontekstdə Azərbaycanın rolu xüsusi çəkisi ilə seçilir.
Postmüharibə dövründə region üçün tamamilə yeni reallıqlar formalaşıb. Azərbaycan hərbi qələbəni geosiyasi revanşizmə deyil, uzunmüddətli sülhə və əməkdaşlığa çevirməyi bacaran nadir aktorlardandır. Bakı tərəfindən yürüdülən siyasət Cənubi Qafqazda davamlı stabillik üçün əsaslı zəmin formalaşdırıb. Bu yanaşma eyni zamanda Xəzəryanı regionun qapalı geosiyasi məkandan açıq iqtisadi platformaya transformasiyasını sürətləndirib.
Qlobal yeni nizamın əsas şərtlərindən biri logistika və nəqliyyat xətlərinin təhlükəsiz və dayanıqlı şəkildə fəaliyyət göstərməsidir. Bu baxımdan Orta Dəhliz artıq alternativ yox, əsas qlobal marşrutlardan birinə çevrilməkdədir. Çin - Mərkəzi Asiya - Xəzər - Cənubi Qafqaz - Avropa xətti üzərində yerləşən Azərbaycan bu dəhlizin əsas dayaqlarından biri kimi çıxış edir. Bakı Xəzəryanı bölgəni Şərq və Qərb arasında uzlaşma məkanına çevirərək Mərkəzi Asiyanın gələcək inkişafı üçün real perspektivlər formalaşdırır. Beləliklə, “yol” və “tranzit” predmeti artıq Orta Dəhliz üzərində cəmləşir.
Orta Dəhlizin strateji məzmunu
Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrini sistemli və strateji əsaslarla inkişaf etdirir. Bu münasibətlər təkcə diplomatik səviyyə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, nəqliyyat, enerji və humanitar sahələri də əhatə edir. C5 formatı çərçivəsində fəal mövqe tutan Bakı yeni dövrdə Şərq-Qərb maraqlarının uzlaşdırılmasında aparıcı aktora çevrilib. Azərbaycan region ölkələri üçün etibarlı tranzit tərəfdaş kimi qəbul olunur.
Orta Dəhlizin inkişafı bu əməkdaşlığın əsas dayağıdır. Qlobal ticarətdə alternativ marşrutlara artan tələbat Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizi (TRİPP) perspektivi isə Orta Dəhlizin funksionallığını genişləndirərək Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını sürətləndirir. Bu marşrutlar vasitəsilə daşınan yüklər təkcə iqtisadi fayda yaratmır, eyni zamanda regionlararası siyasi dialoqu da gücləndirir.
Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, Bakı tranziti rəqabət predmetinə çevirmir. Əksinə, iqtisadi sabitləşdirici rol oynayaraq qitələrarası rəqabətin əməkdaşlıq müstəvisinə keçidini təşviq edir. Bu yanaşma Mərkəzi Asiya üçün uzunmüddətli inkişaf modeli formalaşdırır və regionu qlobal iqtisadi sistemin ayrılmaz hissəsinə çevirir.
Bölgə üçün yeni imkanlar...
Xəzəryanı regionun gələcək inkişafı baxımından Türk Dövlətləri Təşkilatı mühüm strateji platforma kimi çıxış edir. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə güclənən, yeni nizamda mühüm birlik formatında təqdim olunan təşkilat siyasi dialoqu institusional çərçivəyə salmaqla yanaşı, iqtisadi inteqrasiyanı da dərinləşdirir. TDT çərçivəsində nəqliyyat, enerji və ticarət sahələrində vahid yanaşmalar formalaşır ki, bu da Xəzər hövzəsinin qlobal iqtisadi proseslərə daha fəal inteqrasiyasına imkan yaradır.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi region üçün güclü siyasi dayaq rolunu oynayır. Eyni zamanda Bakının Mərkəzi Asiya Məşvərət Məclisinin tamhüquqlu üzvü olması onu Şərq-Qərb inteqrasiyasının mərkəzinə çıxarır. Bu platformalar regionda qarşılıqlı etimadı möhkəmləndirir və uzunmüddətli inkişaf üçün sabit institusional mühit yaradır.
Xəzəryanı region artıq yalnız enerji məkanı deyil, eyni zamanda siyasi dialoq və iqtisadi sinerji mərkəzinə çevrilir. Bu prosesdə Azərbaycanın oynadığı rol həlledicidir. Bakı regionu parçalanma deyil, uzlaşma məkanı kimi təqdim edərək yeni inkişaf fəlsəfəsi formalaşdırır.
Azərbaycanın sülh, sabitlik və inkişaf modeli
Qərb dövlətləri və beynəlxalq institutlar Azərbaycanın Xəzəryanı region və Mərkəzi Asiya istiqamətində apardığı siyasəti getdikcə daha yüksək qiymətləndirir. Azərbaycanın Sülh Şurasının təsisçi üzvü kimi çıxış etməsi də məhz Bakının regional siyasətinin beynəlxalq etimad qazandığını göstərir. Azərbaycan təhlükəsizlik və inkişaf məsələlərinə ideoloji yanaşmalardan uzaq, praqmatik və nəticəyönümlü mövqedən yanaşır. Təsadüfi deyil ki, Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü Riçard Hoqland Azərbaycanı regionda çox mühüm ölkə adlandırıb. O, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış və Azərbaycanın da təsisçi üzvlərdən biri olduğu Sülh Şurasına böyük töhfə verə biləcəyini bildirib. “Azərbaycan Xəzər bölgəsindəki kimi burada da möhkəm regional rol oynaya bilər. Bu, olduqca vacibdir. Azərbaycan C5-in üzvü seçildi və indi o, C6-dır. Ümid edirəm ki, Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq”,- deyə ekspert əlavə edib.
Qeyd olunduğu kimi, Bakının siyasətinin əsasını sülh, sabitlik və əməkdaşlıq təşkil edir. Azərbaycan regionda gərginlik yaradan deyil, gərginliyi azaldan aktor kimi qəbul olunur. Qərb üçün də bu model cəlbedicidir, çünki dayanıqlı nəqliyyat xətləri, enerji təhlükəsizliyi və siyasi stabillik qlobal maraqlara tam uyğundur.
Bu kontekstdə Azərbaycanın rolu yalnız regional çərçivə ilə məhdudlaşmır. Bakı Avrasiyada yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasına real töhfə verir. Bu isə Mərkəzi Asiyanın gələcək inkişafında Azərbaycanın rolunu daha da möhkəmləndirir.
Xəzəryanı region dayanıqlı platformaya çevirilir
Bəli, Azərbaycan Xəzəryanı regionun inkişafında bu gün strateji lokomotiv rolunu oynayır və Mərkəzi Asiyanın qlobal sistemə inteqrasiyası üçün real perspektivlər yaradır. Orta Dəhliz, Zəngəzur dəhlizi (TRİPP) və Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan əməkdaşlıq mexanizmləri regionu yeni inkişaf mərhələsinə çıxarır. Bakı bu proseslərdə təkcə iştirakçı deyil, əsas istiqamətverici aktor kimi çıxış edir.
Azərbaycanın seçdiyi sülh və əməkdaşlıq modeli Avrasiya məkanında sabitliyin təmin olunması üçün nümunəvi yanaşma kimi dəyərləndirilir. Bu model Mərkəzi Asiya üçün yeni iqtisadi imkanlar açmaqla yanaşı, Xəzəryanı regionu qlobal geosiyasi risklərdən qoruyan dayanıqlı platformaya çevirir. Azərbaycanın ardıcıl və balanslı siyasəti göstərir ki, yeni dünya nizamında güc yalnız hərbi potensialla deyil, uzlaşdırıcı diplomatiya və iqtisadi inteqrasiya ilə ölçülür.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

