/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakı İdman Sarayında yenidənqurma işlərinin gedişi ilə maraqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakı İdman Sarayında yenidənqurma işlərinin gedişi ilə maraqlanıb
04.02.2015 [09:51]
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Qeyd olunub ki, bina 1974-cü ildə inşa edilib və hazırda müasir tələblərə uyğun yenidən qurulur. Ötən ilin yanvarında başlayan təmir işlərindən sonra binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılacaq, ilk Avropa Oyunlarının badminton və stolüstü tennis yarışlarının burada keçirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı və xanımı əsas idman zalında aparılan təmir işləri ilə də maraqlanıblar.
Bildirilib ki, tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi qurulub.
Əsas idman zalında artıq döşəmə işləri həyata keçirilir. Döşəməyə xüsusi taxta örtük salınır. Məhdud fiziki imkanlı tamaşaçıların və gələcəkdə paralimpiyaçıların binanın bütün sahələrindən tam istifadə edə bilmələri nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlərin quraşdırılması nəzərdə tutulub. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərəcək. Bundan başqa, burada püşkatma və mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınacaq.
Qeyd edək ki, ilk Avropa Oyunlarının həyəcanı yaxınlaşdıqca ölkəmizdə bu idman yarışlarına maraq daha da artır. Bütün bunlar bir daha təsdiqləyir ki, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir. Təsadüfi deyil ki, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Ölkəmiz birinci Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək.
Dövlətimizin başçısı İlham Əliyev Bakı İdman Sarayında işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

