/ / Paytaxtın Xətai rayonundakı 265 nömrəli məktəbin kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq
Paytaxtın Xətai rayonundakı 265 nömrəli məktəbin kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq
06.09.2016 [09:52]
Prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub
Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq.
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bu təhsil ocağı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib. Məktəbin həyətində bu təhsil ocağının məzunu şəhid Miryusif Yusifovun xatirə lövhəsi qoyulub.
Bu məktəb 1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək heç vaxt bu cür əsaslı təmir işləri aparılmayıb.
Təhsil ocağının foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotostend qurulub. Burada, həmçinin dövlətimizin başçısının Xətai rayonundakı təhsil ocaqlarında olduğu zaman çəkilən fotoları da var.
Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub.
Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var.
Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
2015-2016-cı tədris ilində məktəbi 54 şagird bitirib ki, onlardan 24 nəfəri tələbə adını qazanıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

