/ / Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin inşası başa çatan “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin inşası başa çatan “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub
14.01.2017 [09:59]
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub, “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub və xidməti istifadəyə verilən xüsusi təyinatlı texnikalara baxıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarının yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.
2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakının Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni bazası inşa edilib. Ölkəmizin dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq, dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə sərhəd gözətçi gəmilərinin imkanları gücləndirilib, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilib. Sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusilə diqqət mərkəzində saxlanıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzularda döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndirilməsində böyük rol oynayır. Ötən ilin oktyabrında “Azərbaycan Respublikasına aid neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkar edilmiş terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimlərində ilk dəfə olaraq gəmi silahlarından gecə və gündüz şəraitində təlim tapşırıqları yüksək səviyyədə icra edilib. İlk dəfə Xəzərdə gəminin göyərtəsinə helikopterin enişi yerinə yetirilib.
Dövlətimizin başçısı yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlanıb.
Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqlarla təchiz edilən və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilən itisürətli və yüksək üzmə qabiliyyətli daha bir “Tufan” tipli sərhəd gözətçi gəmisinin inşası yaxın zamanlarda başa çatdırılacaq.
Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.
Azərbaycan Prezidenti İlham Əliyevə Dövlət Sərhəd Xidməti üçün yeni alınan avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar barədə də məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

