/ / Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib
20.01.2017 [09:57]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib.
Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb.
Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını deyən dövlətimizin başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirib, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırıb. İpək Yolunun ölkələr arasında dostluğun və əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini deyən Prezident İlham Əliyev ötən ilin Azərbaycanda “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirib, bu çərçivədə həyata keçirilən tədbirlərin həm də İpək Yolu layihəsinin uğurla reallaşmasına töhfə verəcəyini vurğulayıb. Dövlətimizin başçısı İpək Yolu üzərində yerləşən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə əlaqələndirmə qurumunun yaradılmasının əhəmiyyətinə toxunub, bunun bir çox layihələrin nəzərdən keçirilməsi, qərarların qəbul olunmasına imkan verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev hazırda yüklərin İpək Yolu ilə daşınması üzrə müxtəlif ölkələrlə əməkdaşlıq üzərində iş getdiyini diqqətə çatdıraraq Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tədbirlər gördüyünü bildirib.
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra tədbirlərin görüldüyünü, Azərbaycanın enerji resurslarının İpək Yolunun bərpasında mühüm rol oynadığını deyən Prezident İlham Əliyev bu resursların ətraf mühitə təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. İpək Yolu layihəsinin insanlar arasında da əlaqələrin qurulmasına kömək edəcəyini deyən dövlətimizin başçısı bunun ölkəyə daha çox turistlərin cəlb edilməsinə imkan verəcəyini bildirib. Bu məqsədlə hazırda Azərbaycanda elektron viza sisteminin tətbiq olunduğunu, bunun isə əcnəbilərə Azərbaycana gəlmək üçün vizanı 3 gün ərzində almağa imkan yaratdığını vurğulayıb.
Bununla da yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

