Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib
23.02.2017 [09:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunmasının artıq yaxşı ənənə halı aldığını deyib. Bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edən Prezident İlham Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirib. Ötən dövr ərzində bir çox işlərin görüldüyünü bildirən dövlətimizin başçısı layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın bu gün Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq, bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu deyib.
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bu görüşün layihənin icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsi baxımından önəmli olduğunu qeyd edən qonaq ABŞ nümayəndəsinin bu iclasda iştirakının vacibliyinə toxunub. Robin Danniqan bildirib ki, bu, ABŞ-ın yeni hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsinə dəstəyini bir daha açıq şəkildə nümayiş etdirir.
Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib, bu gün Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının əhəmiyyəti bir daha vurğulanıb, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

