Yeni iş yerlərinin yaradılması ilə bağlı davamlı siyasət növbəti mərhələyə qədəm qoyub
21.08.2009 [00:53]
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəfləri ölkədəki dinamik inkişafın sürətlənməsi, makroiqtisadi sabitliyin möhkəmlənməsi, bölgələrin bərabər şəkildə inkişafının təmin edilməsi, ölkədəki mövcud əmək potensialından istifadə etməklə qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi üçün əhəmiyyəti ilə seçilməkdədir. Bu davamlı strateji konsepsiya 2009-cu ilin birinci yarısında mühüm nəticələrlə müşayiət olunub və ötən aylar ərzində ölkədə yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib.
Respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib və nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər baş verib.
2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası artıq bütün rayonların iqtisadi, sosial və infrastruktur bölmələrində əhəmiyyətli dərəcədə hiss olunmaqdadır. Yeni iş yerlərinin yaradılması ilə bağlı davamlı tədbirlər öz mühüm bəhrələrini göstərməkdədir. Prezident İlham Əliyev bildirib ki, regionların inkişafında ümidverici meyillər davam edir: “Son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə də davam edir. ötən altı ayda Azərbaycanda 35 min yeni iş yerləri açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır”.
Regional inkişaf proqramının ikinci mərhələsi çərçivəsində bütün rayonlarda quruculuq, tikinti-abadlıq, təmir-bərpa işləri, yeni istehsal sahələrinin yaradılması intensiv şəkildə davam etməkdədir.
İlin əvvəllərindən başlayaraq bölgələrdə geniş miqyas alan kredit yarmarkaları nəticəsində onlarla sahibkar maliyyə vəsaitləri ilə təmin olunub və onlar artıq öz layihələrinin icrası üçün müvafiq işlərə start veriblər. Eləcə də, kənd təsərrüfatı və emal sənayesinin inkişafı üçün aqrar kredit təşkilatları bu istiqamətdə fəallığını artırıb. Eyni zamanda, hökumətin dəstəyi son aylarda daha da güclənib.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi “dövlət tərəfindən ayrılan kreditlərin məbləği artıb, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da deməliyəm ki, birinci altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur. Yəni Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Bir daha demək istəyirəm, bu onu göstərir ki, Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır”.
Yeni iş yerlərinin yaradılması ilə bağlı siyasət ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına zəmin yaratmaqla bərabər, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin artmasına və yoxsulluğun azalmasına impuls verməkdədir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci proqramda olduğu kimi 2009-2013-cü illəri əhatə edən proqramın da əsas xüsusiyyətlərindən biri yeni müəssisələrin və iş yerlərinin yaradılması ilə bağlıdır. Yeni Dövlət Proqramının icrasının ilkin nəticələri onu göstərir ki, yeni yaradılmış iş yerlərinin böyük əksəriyyəti yenə də bölgələrin payına düşür.
Birinci yarımillikdə yaradılmış 35 min iş yerinin 30 faizə yaxını Bakı şəhəri və Abşeron iqtisadi rayonunda yaradılıb. İş yerlərinin təxminən 70 faizi regionların payına düşür. İş iş yerlərinin ən böyük hissəsi (13 faiz) Aran rayonlarında yaradılıb. Gəncə-Qazax iqtisadi rayonunun payı isə təxminən 9 faiz təşkil edir. Naxçıvan, Abşeron və Lənkəran iqtisadi rayonları bu sahədə 7 faiz paya malikdir. Eləcə də, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının iş yerlərinin yaradılmasında çəkisi 7 faizə yaxındır. Eyni zamanda, iş yerlərinin 70 faizi fiziki şəxslərə məxsus müəsissələrdə qeydə alınıb ki, bu da ölkədə sahibkarlıq sektorunun, özəl bölmənin dinamik inkişafının göstəricisi sayıla bilər. Yeni müəssisələrin cəmi 5 fazi dövlət mülkiyyətinə aiddir, qeyri-dövlət bölməsinin çəkisi 95 faizə çatıb. Yeni iş yerləri ilə bağlı yaradılmış müəssisələrin əsas hissəsi tikinti, emal sənayesi, istehsal, xidmət sahələrini əhatə edib. Məsələ ondadır ki, ilk altı ayda Yuxarı Qarabağ və Laçın-Kəlbəcər iqtisadi rayonlarında da yüzlərlə yeni iş yeri yaradılıb. Bu iqtisadi rayonlarda 1000-ə yaxın iş yerinin açılması reallaşıb.
Prezident İlham Əliyevin bölgələrə intensiv xarakter alan səfərləri dövlət başçısının əhalinin sosial şəraiti ilə yaxından tanış olması ilə yanaşı, eyni zamanda, həm də regionların inkişafı ilə bağlı yeni proqramın icrasının vəziyyətini dərindən təhlil etməsinin əyani göstəricisi kimi dəyərləndirilə bilər. Prezidentin ilin əvvəllərindən başlayaraq rayonlara geniş vüsət alan səfərləri regionlara diqqət və qayğının ən yüksək təzahürlərindəndir. Dövlət başçısının son 6 ayda Bərdə, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Naxçıvan Muxtar Respublikasına səfərləri və həmin rayonlarda istifadəyə verilmiş obyektlərin açılış mərasimlərində iştirakı regionların sosial-iqtisadi inkişafı ilə bağlı siyasətin davamlılığını təsdiqləyir. Eləcə də, Bakı şəhərinin bir çox rayonlarındakı infrastruktur, yol-nəqliyyat obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı Prezident İlham Əliyevin yeni iş yerləri ilə bağlı siyasətin gerçəkləşməsinə böyük diqqətinin nümunəsi sayıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, “növbəti beş il ərzində biz bu istiqamətdə siyasətimizi artıq bu gözəl əsas üzərində davam etdirəcəyik. Bütün iqtisadi, maliyyə böhranlarına baxmayaraq, biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycanın hərtərəfli inkişafı üçün, ölkəmizin zənginləşməsi üçün, insanların rahat yaşaması üçün öz səylərimizi davam etdirəcəyik”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

