Naxçıvandan başlayan böyük xilaskarlıq missiyası...
04.09.2009 [10:18]
ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hakim kəsilən düşüncə bu idi: Heydər Əliyev Azərbaycana qayıtmalı və ölkəyə rəhbərlik etməlidir.
çünki, Azərbaycanın müstəqilliyi ilk illərdə səriştəsiz siyasətçilərin hakimiyyət hərisliyinə qurban verilirdi. Antimili siyasət, Ermənistanın Azərbaycana hərbi təcavüzü, hərc-mərclik hallarının zərbəsi xalqdan yan keçmirdi. Belə bir çətin şəraitdə xalq inamla təkid edirdi: Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlməlidir ki, mənfi hallar aradan qalxsın, iqtisadi dirçəliş olsun.
Təbii ki, ümummilli məsələyə çevrilmiş bu hərəkatın ən fəal iştirakçıları elə xalq idi...
Heydər Əliyev 1990-cı ilin mart ayının 17-də keçirilən Naxçıvan şəhər Partiya Komitəsinin növbəti konfransında Azərbaycan Komunist Partiyasının 32-ci qurultayına nümayəndə seçildi. Ulu öndərin 1990-cı il iyulun 22-də doğma Naxçıvana gəlişi isə burada yaşayan insanlarda ruh yüksəkliyi yaratdı. Artıq onları bütün çətinliklərdən çıxara biləcək böyük siyasətçi, xalqın xilaskarı Heydər Əliyev Azərbaycanda, - Naxçıvanda idi.
Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının bu yolda mübarizə əzminin daha da artması demək idi. Naxçıvandan başlanan milli-azadlıq hərəkatının sonradan bütün Azərbaycan miqyasında yayılaraq aparıcı siyasi qüvvəyə çevrilməsi milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələndi. Naxçıvan Ali Məclisinin 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyilə keçirilən birinci sessiyasında qəbul olunan qərarlar isə siyasi əhəmiyyəti baxımından müstəqillik tariximizdə özünəməxsus yer tutur.
Qeyd edək ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Məclisinin adı da dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsinə ilk dəfə bu sessiyada siyasi qiymət verildi.
Nəhayət, 1991-ci ilin sentyabrı tariximizin daha bir mühüm hadisəsilə əbədiləşdi. Sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin fövqəladə iclasında Ulu öndər Heydər Əliyev Ali Məclisin sədri seçildi. Bu Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, həm də bölgənin müqəddaratını həll edəcək tarixi məqam, dönüş nöqtəsinin başlanğıcı idi...
Bununla da, Azərbaycan imperiya asılılığından xilas edildi, ölkəmizin müstəqil dövlət kimi bir sıra konseptual istiqamətləri işlənib hazırlandı.
Bir sözlə, Heydər Əliyev azərbaycanlılara Azərbaycanı qaytardı. Bu missiya isə Naxçıvandan başladı.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

