Dövlət başçısı İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19.09.2009 [14:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət edir, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. Xalqımız həmişə milli mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Təsadüfi deyildir ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Müsəlman dünyasının ayrılmaz parçası olan ölkəmizdə milli-dini mərasimlər, o cümlədən Ramazan bayramı xüsusi təntənə ilə qeyd olunur. Allah və din qarşısında vicdani borcunu ləyaqətlə yerinə yetirən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram fərəhini məmnunluqla bölüşür, dövlətimizin, xalqımızın əmin-amanlığı və rifahı üçün diləklər edirlər. ölkəmizin hər yerində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu mübarək Ramazan günlərində bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, dualarınızın çin olmasını Uca Yaradandan arzu edirəm. Əziz bacı və qardaşlarım! Cəmiyyətimizdə dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur hissi və könül xoşluğu ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

